Heyder Eliyev Merkezinde ‘Moda mekani’ sergisi acilib

[r32]

4 İyun, 2018  22:55 xeber – İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Moda məkanı” adlı sərginin açılış mərasimi keçirilib.“Report” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.Bu gözəl məkanda – Heydər Əliyev Mərkəzində ikinci sərginin açılış mərasimində bu qədər böyük sayda insanı görməkdən çox şad olduğunu deyən Aleksandr Vasilyev qeyd edib ki, budəfəki sərginin mövzusu Azərbaycana yaxındır. Bu, Azərbaycanın əsrarəngiz təbiəti ilə əlaqədardır. “Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var”, – deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib. “Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq”, – deyə Aleksandr Vasilyev qeyd edib. Diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan canlılar, dənizdəki balıqlar, xərçənglər, mirvarilər, mərcanlar, meduzalar, dəniz atları – bütün bunlar rəssamların yaradıcılığında əksini tapır. Eləcə də kəpənəklərin, böcəklərin, çəyirtkələrin özünəməxsus görünüşündəki incəlik istənilən dizaynerin hazırladığı paltardan üstündür.

mənbə :
Report.az

Ekoloji qanunvericiliyin teleblerini pozanlar cerimelenib

[r32]

5 Aprel, 2018  20:09 xeber – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, araşdırma martın 16-31-də aparılıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 23 iş üzrə 17900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 12668,97 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 217 iş üzrə 33031,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 14 iş göndərilib.

mənbə :
Report.az

Nazirlik 58200 manatlıq cerime tetbiq etdi


05.11.2015 / 12:00 xeber –

16-31 oktyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli “məcburi göstəriş” verilib.

 

Ümumilikdə, 35 iş üzrə 58200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1679.32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 182 iş üzrə 56485.42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 36, məhkəmələrə isə 2 iş göndərilib. 

 

mənbə :
lent.az