Milyonların mənimsəndiyi işdə ŞOK gəlişmə – Arif Əsgərovun baldızı oğlu azad olundu


[r32]
Arif Əsgərovun adı ətrafında hallanan qalmaqallara daha bir əlavə edildi. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbsdə olan digər baldızı oğlu da azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsəndə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb və Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, E.Hüseynov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinərək həbs edilmişdi.
İttihama görə, Emil Hüseynov vətəndaşlar- Tural Hüseynovun etibarından sui-istifadə edərək ondan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 min 500 manat pul alıb. İş görmək adı ilə adı çəkilən şəxslərdən pul alan E.Hüseynov daha sonra həmin məbləğləri dələduzluq yolu ilə ələ keçirib.

Pullarını geri ala bilməyən şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı E.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi materiallarına əsasən, E.Hüseynovu bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb.

Zərərçəkmişlər bu qərardan narazıdır
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov musavat.com-a bildirib ki, təqsirləndirilən E.Hüseynov 2016-cı ilin dekabr ayında Qazaxıstanda həbs edilib. Vəkilin sözlərinə görə, təqsirləndirilən E.Hüseynov zərərçəkmişlərdən aldığı pulu geri qaytarmadığı üçün barəsində cinayət işi açılacağından öncədən xəbər tutduğu üçün ölkədən qaçıb: “Daha sonra onun barəsində “İnterpol” xətti ilə axtarış elan olundu və ötən il Qzaxıstanda həbs edilərək Azərbaycana təhvil verildi. Hakim Azər Tağıyev isə onu ev dustaqlığına buraxdı. Biz qərardan əvvəl məhkəmədə dəymiş ziyan barədə çıxış etdik. Mən çıxışımda bildirdim ki, Emil Hüseynov ev dustaqlığına buraxılan kimi yenə istintaqdan qaçacaq. Ali Məhkəmənin plenum qərarında göstərilib ki, ağır cinayətlərdə ev dustaqlığına buraxmaq olmaz. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən bir iş idi. Lakin hakim onun vəsatətini təmin edib, azadlığa buraxdı”.

Arif Əsgərovun iki baldızı oğluna azadlıq verən hakim

Vəkilin sözlərinə görə, ötən ay hakim A.Tağıyev təqsirləndirilən E.Hüseynovun adı dələduzluqda hallanan qardaşı Rahib Hüseynovu da məhkəmə zalından azadlığa buraxıb: “Rahib Hüseynov da dələduzluqda təqsirli bilinirdi. Hakim Azər Tağıyev onun vəsatətini təqdim edərək, Rahib Hüseynovu da azadlığa buraxdı”.
Bildirək ki, Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Vəkil Emil Aslanov deyib ki, Arif Əsgərovun baldızı oğlunun azadlığa buraxılması ilə bağlı çıxarılan qərardan apellyasiya şikayəti verəcəklər:
“Həmçinin məhkəmənin qərarından sonra prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şürasının sədri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcəyik”.

Arif Əsgərovun oğlu haradadır?

E.Aslanovun sözlərinə görə, təqsirləndirilən Emil Hüseynov hüquqlarını müdafiə etdiyi şəxsə dəymiş 382 min dolların bir qismini qaytarıb: “Ancaq Emil Hüseynov bildirib ki, qatqı malları gətirdiyinə görə müvəkkilinin pulu 955 min manat olub. Tural Hüseynov isə həmin puldan keçərək, ona verdiyi 382 min dollarının qaytarılmasını istəyir. Bu pulu da 2015-ci ilin fevral ayının 13-nə qədər qaytarmalı idi. Lakin Emil Hüseynov pulu geri qaytarmayıb. Buna görə də müvəkkilimin işlətdiyi mağaza bağlandı. Həmin malın müqabilində də aylıq 20-30 faiz pul qazanırdı. Həmin pulları 2 il ərzində qaytarmadığına görə maddi ziyan vurub. Bu da 435 min 288 dollar edir. Bundan əlavə, 50 min manat da maddi ziyan vurub. Ümumilikdə cinayət işinin tərkibinə 1 milyon manata yaxın mülki iddia qaldırmışıq”.
Bildirək ki, Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun adı heç də kiçik qalmaqallarda çəkilməyib. Hələ 2013-cü ildə QSC-də külli miqdarda- 48 milyonluq yeyinti faktı aşkarlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etmişdilər. Ancaq sonradan məlum olmuşdu ki, bu işlərə rəhbərlik edən şəxslərdn biri elə A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovdur. Amma o, məsuliyyətdən kənarda qalmağı bacardı.
Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirirlir.

Müəmmalı milyonçu ilə bağlı şok ittiham! – “Hacı Məmmədov lazımdır ki, bunların qulağını kəssin!” – VİDEO

“Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb”

[r32]
“Real MTK”-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun həbsindən təxminən 2 ay keçsə də, məsələ KİV-lərin və ictimaiyyətin diqqət nərkəzində qalmaqdadır. İş adamının yaxınlarının media vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına ünvalanan müraciətlərində yer alan sensasiyalı faktlar, iddialar ötən il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun həbsinin əsl səbəbinin heç də ittiham aktında əks edilənlər olmadığını düşünməyə əsas verir. Hər halda Qasımovun anasının, bacısının və vəkilinin saytımızda da dərc olunan müraciətlərində iş adamına qarşı həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıq edildiyi, onun sifarişlə həbsə alındığı bildirilir. Onlar adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçən İ.Qasımovun heç bir günahı olmadığı halda həbsə alınmasını bu həbsin sifarişçilərinin iş adamının bütün əmlakını ələ keçirmək niyyətiylə bağlayırlar.

Sifarişçilərin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, iş adamı Gülağa Tənha olduğu iddia edilir. Məhkəmə prosesinə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

İlham Qasımov

General Müqəddəs Sultanov bu ittihamlarla bağlı susqunluğunu qorusa da, əsasən Rusiyada fəaliyyət göstərən, adı müxtəlif qalmaqallarda hallanan müəmmalı iş adamı-şair Gülağa Qəmbərov (Tənha) bəzi mətbuat orqanlarında İ.Qasımova qarşı müəyyən ittihamlar irəli sürüb.

Bununla bağlı “Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Səfəralı oğlu Qasımovun anası Hacı Gözəl Cəfərova təkrarən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə və ictimaiyyətinə müraciət ünvanlayıb. Bu dəfəki müraciətində G.Cəfərova oğlu İ.Qasımovun vaxtı ilə ortaqları olan general Müqəddəs Hətəm oğlu Sultanov və iş adamı Gülağa Məmi oğlu Qəmbərova qarşı bir sıra ciddi ittihamlar irəli sürüb. Gülağa Qəmbərovu (Tənha) “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətə qarşı çıxan, müstəqil dövlət quruculuğuna mane olmağa çalışan “OMON” adlı bir qurumun lideri və maliyyələşdiricisi” kimi təqdim edən G.Cəfərova onun bir sıra Kütləvi İnformasiya Vasitələrində iş adamı İ.Qasımova, ailə üzvlərinə və vəkillərinə şər-böhtan atdığını bildirib.

Sensasion ittihamlarla dolu olan bu müraciəti, bəri başdan qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan etməklə, olduğu kimi təqdim edirik:

Gülağa Qəmbərov niyə “Albert Mixailoviç Umarov” oldu?

“Hörmətli redaksiya!
Əvvala sizlərə minnətdarlıq edirəm ki, bu günə qədər haqsızlığın, ədalətsizliyin, şər və böhtanın qurbanı olan ailəmizin və oğlum, iş adamı İlham Qasımovun səsinə səs vermisiniz. Bizim başımıza gələn müsibət o qədər böyük faciədir ki, ancaq yalan və şərin qurbanı olan insanlar bu müsibəti dərk edə bilərlər. Sizə etdiyim bu müraciət isə şər və böhtan qurbanı olan bir ananın fəryadıdır. Allah mənə ağbirçək vaxtımda müqəddəs ziyarətgah olan Kəbə evini ziyarət etməyi nəsib edib. Bunun üçün də ədalətli danışmağı özümə borc bilirəm. İş o yerə çatıb ki, oğlumu şərləyib həbs etdirən general Müqəddəs Sultanov və Gülağa Qəmbərov müxtəlif adamlar və pravdainfo.az, tezadlar.az və bu iki böhtançı cütlüyün qohumuna məxsus olan azpress.az saytları vasitəsi ilə bizim ailəmizə, oğlum İlham Qasımovun vəkillərinə, oğlumun ailəsinə və hətta mənə, ağbirçək bir anaya qarşı şər və böhtan kampaniyası aparırlar.

Gülağa Qəmbərovu tanıyanlar yaxşı bilirlər ki, bu adam vaxtı ilə – 1993-1994-cü illərdə “OMON”-un rəhbər şəxslərindən biri kimi dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən birisidir. “OMON” adlı bir qurum tərkisilah olduqdan, liderlərdən biri – R.Cavadovun ölümündən sonra həmin gecə gizli yolla Azərbaycanı tərk edərək, qaçmışdır. Qorxu hissi keçirən G.Qəmbərov adını və soyadını dəyişərək, Albert Mixailoviç Umarov adı altında sonradan birdən-birə milyoner kimi ortaya çıxdı.

“Gülağa Qəmbərov Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb!”

Ortaya çıxmaqda ona yardımçı olan isə sabiq Mili Təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-nin idarə rəisi, general Akif Çovdarov və hazırda dövlət məmuru olan general M.Sultanov olub. Onların dəstəyi ilə Azərbaycanda öz fəaliyyətini davam etdirməyə nail olub.

G.Qəmbərov Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. O, Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb. Bundan sonra Eldar Mahmudov onun Azərbaycana girişinə icazə verib. G.Qəmbərovun Eldar Mahmudovla işbirliyi açıqlansa bir çox həqiqətlər ortaya çıxar. Lakin kimsə bu əlaqələrin ortaya çıxmasını yasaqlayır.

Müəmmalı məqamlardan biri də budur ki, o, biznes fəaliyyətində Albert Mixailoviç Umarov kimi, məhkəmə şikayətlərində isə Gülağa Qəmbərov kimi tanınır. Dediyinə görə “Allaha bir köynək yaxın olan insan” Albert Mixailoviç Umarovdu, yoxsa Gülağa Məmi oğlu Qəmbərov?

Mətbuat vasitəsilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən G.Qəmbərovun, yəni Rusiyada Albert Mixailoviç Umarov kimi qeydiyyatda olan bu insanın tam kimliyi haqqında bizə məlumat verməsini xahiş edirəm.

“Müqəddəs Sultanov və Gülağa Qəmbərov oğlumun əmlakına göz dikiblər”

Oğlum, iş adamı İ.Qasımov onların məqsədlərinin heç də yaxşı olmadığını bildikdən sonra “Real” MTK-dakı payının 10%-ni general M.Sultanovun həyat yoldaşı Təranə Novruz qızı Əliyevanın adına, 45%-ni isə G.Qəmbərovun sonuncu arvadı Şəhla Əliağa qızı Rüstəmovanın adına keçirmişdir.
Lakin G.Qəmbərov oğlumun yaxasından əl çəkmədi və hələ də əl çəkmək istəmir. Çünki oğlum onun və havadarı, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun çirkin əməllərinə alət olmaq istəmədi. General M.Sultanov və G.Qəmbərov oğlum İ.Qasımov barəsində işin Apellyasiya Məhkəməsinə verildiyini bilərək, öz qara fikirlərindən əl çəkmədən yenidən bizlərdən mal-mülkümüzü tələb edirlər. Tamahlarına sahib çıxa bilməyən cütlük oğluma sifarişlə verdirtdikləri 15 illik həbs qərarının quvvədə qalması üçün əllərindən gələni edirlər.

Dövlət məmuru M.Sultanov və hazırda cinayət axtarışında olan G.Qəmbərovun birgə hazırladıqları ssenari ilə mülki işi cinayət işinə cevirərək, insan həyatının onlar üçün nə qədər uçuz olduğunu subut ediblər. Və indi də oğlumun həyatını məhv etməyə çalışırlar.

General M.Sultanovun diktəsi ilə G.Qəmbərovun arvadının şikayət edərək ailəmizdən tələb etdiyi puları, indi G.Qəmbərov özü tələb etməyə başlayıb. Bununla bağlı şikayət verib. Bunu necə başa düşək? Ortaqların şəriklikdə ünvanlı xərclənən pulları tələb etmələri yalnız onların tamahkarlığı ilə bağlıdır.

General M.Sultanov və G.Qəmbərov özlərini oğlumun biznes şərikləri kimi deyil, düşməni kimi aparırlar. Bu da onunla bağlıdır ki, Müqəddəslə Gülağa oğlum İ.Qasımovun var-dövlətinə göz dikiblər.

Gülağa Qəmbərov niyə qanqster Hacı Məmmədovu arzulayır?

Bu yaxınlarda G.Qəmbərov öz qohumunun saytı olan azpress.az saytında bir video-müsahibə yayımlayıb. Həmin müsahibədə G.Qəmbərov Eldar Mahmudova “şərəfsiz, alçaq” deyir. Həmçinin həmin video yazıda özünü ağıllı sayan G.Qəmbərov insan oğurluğu ilə məşğul olan bir banda başçısı olan Hacı Məmmədova haqq qazandırır. Onun azadlıqda olmasını, yeni cinayətlər həyata keçirməsini arzulayır

Sual olunur, bütün bunları G.Qəmbərov niyə yada salır? Bu sözlər onun vaxtilə Hacı Məmədovla da yaxın olduğunu təsdiq edir. Eyni zamanda bu adamın cinayətkar aləmə münasibətini, əsl simasını ortaya çıxarır.

Gülağa Tənhanın “möminliyi: Ayrıldığı qadınlardan notariusda “halallıq kağızı” alır!


G.Qəmbərovun yaxın” dostu, onun Bakıda işlərini görən və oğlumun həbsində əsas rol oynayan “Odlar Yurdu” MTK-nın rəhbəri Orxan Bünyadzadənin atası Hacı İlqar Bünyadzadə onun haqqında “Təzadlar” qəzetində görün nə yazır. Sitat: “O, kiminə maşın alıb, kiminə ev bağışlayıb, kimin könlündən nə keçibsə həmin xanımın arzularını yerinə yetirib. G.Qəmbərov hər bir xanımından ayrıldığı zaman onun mehrini verib, ondan hallalıq alıb – hətta notarial qaydada belə bir məzmunda sənədlər də var: “Mən, (xanımın adı, soyadı, atasının adı), Qəmbərov Gülağa Məmi oğluna qarşı heç bir iddiam yoxdu və zəhmətimi ona halal edirəm”. Mən hələ elə bir mömin və imkanlı şəxs tanımıram ki, ayrıldığı xanımlardan belə notarial təsdiqlənmiş halallıq sənədi alsın.

Bu açıqlama “Təzadlar” qəzetində G.Qəmbərovun keçmiş arvadı, şahmatçı, 1983-cü il təvəllüdlü Zeynəb Məmmədyarova onun haqqında mətbuata biabırçı açıqlama verdikdən sonra təşkil olunmuşdu (Qeyd edək ki, G.Qəmbərovun təvəllüdü 1959-cu ildir. Xeyriyyəçi kimi özündən 24 yaş kiçik Zeynəb Məmmədyarovaya yaxınlaşıb, 1 il 6 ay evli olublar-red.)

Gülağa Qəmbərov neçə dəfə evlənib-boşanıb?

Dostu hacı İlqar Bünyadzadənin dili ilə G.Qəmbərov özünü bu şəkildə biabır etdi. Özünə “Allaha yaxın olan adam” deyən Albert Mixailoviç Umarov, yəni G.Qəmbərov öz dini əxlaqını bu şəkildə ortaya qoydu. G.Qəmbərov özünün neçə dəfə evlənib boşanması ilə bağlı mətbuata məlumat verə bilərmi? Yəqin ki, verə bilməz.

Məndə olan məlumata görə hazırda G.Qəmbərov son həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəhla Rüstəmova ilə də boşanır. Buna görə də Gülağa Tənha Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, oğlumdan müsadirə olunaraq “Real” MTK-nın payçısı Şəhla Rüstəmovaya ödəniləcək olan məbləğin ona ödənilməsi ilə bağlı iddia qaldırıb.

General Müqəddəs Sultanov və Gülağa Qəmbərov birləşərək…

General Müqəddəs Sultanov və vaxtilə dövlətə qarşı çıxan Gülağa Qəmbərov birləşərək, oğlum İ.Qasımovun var-dövlətinə, mal-mülkünə və biznesinə bilərəkdən əl uzadaraq, ona qeyri-qanuni 15 il azadlıqdan məhrumetmə cəzası verdirdilər.

Möhtərəm Prezidentimiz dəfələrlə çıxış edərək söyləyib ki, sahibkarlığın inkişafına mane olanlar xalqa və dövlətə xəyanət etmiş olurlar. Məqamı çatmışkən xatırladım ki, general M.Sultanov dövlətimiz tərəfindən ona verilən vəzifə və ali rütbə ilə kifayətlənmədiyi üçün özəl sektorlara əl uzadır. Dövlət başçımızın ideya və fikirlərinə qarşı çıxan dövlət məmuru, general M.Sultanov hələ də öz hegemon qərarlarından əl çəkmir.

Mən bir ana kimi bütün məsuliyyətimlə bildirirəm ki, oğlum, iş adamı İ.Qasımovun cinayət işinin aparılması general M.Sultanovun tapşırığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, M.Sultanovun yaxın qohumu Zeynal Ağayevə bilərəkdən verilmişdir. Çünki hakim Zeynal Ağayev tapşırıqla hökm oxuyan tanınmış bir hakimdir. General M.Sultanov kimi qanunlarımızı yox, sifarişləri nəzərə alaraq hökm oxuyur. Səbəbini belə izah etmək olar.

“Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib…”

Oğlum İlham Qasımovdan gələn son xəbərdə bildirilir ki, Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib. Deyib ki, şəxsi acığını soyutmaq üçün İlham Qasımova 15 il həbs cəzası verilməsini o təşkil edib. Gülağa Qəmbərov oğluma yolladığı xəbərdə həmçinin bildirib ki, hakim Zeynal Ağayev dövlət ittihamçısının istəyinə uyğun olaraq, İlham Qasımova 13 il cəza kəsməyi düşünürmüş.

Hökm elan olunmamışdan əvvəl Gülağa Qəmbərov ilə birlikdə şam edən hakim Zeynal Ağayev özü bunu Gülağa Qəmbərova bildirib. Bundan sonra isə G.Qəmbərov hakim Zeynal Ağayevə 50 min manat verərək, ondan oğluma 15 il cəza verilməsini istəyib. Və onun bu istəyi də yerinə yetirilib.

Bir daha xatırladıram ki, bütün bunları G.Qəmbərov özü həbsxanada olan oğluma göndərdiyi xəbərdə etiraf edib.

Prezidentimizə inanıram, bu işə ədalətlə baxacağına ümid edirəm!
Mən onu da qeyd etmək istəyirəm ki, mənim yaxınlarım və oğlumun vəkilləri tərəfindən Prezidentimiz cənab İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova etdikləri müraciətlərdən sonra Bakı Apellyasiya Məhkəməsinin bu işə ədalətlə baxacağına ümid edirəm.

Mən Prezidentimiz İlham Əliyev cənablarının humanist addımlarına və haqq-ədalətin şərin üzərində qələbə calacağına inanıram!
Hörmətlə, Hacı Gözəl xanım Cəfərova”

Xatırladaq ki, son günlər ölkə mediasının gündəmində olan və ötən ilin ən qalmaqallı həbslərindən biri kimi xarakterizə olunan “MTK-Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun barəsində 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. Onu da qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakimi Zeynal Ağayev təqsirləndirilən İlham Qasımovu daha ağır cəzaya, 15 illik həbs cəzasına layiq görüb. Hazırda qarşı tərəf Apellyasiya şikayəti verib və işə yaxın zamanlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.(AzPolitika.info)

P.S. Bəzi məlumatlara görə, Gülağa Qəmbərov 2 gün əvvəl – yanvarın 22-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.

14 yaşlı kiçik məktəblı uşağa təcavüz etdi, azadlıqdadır! – “Müstəntiq stolun üstünə 10 min pul qoydu…”

qız
Bakı sakini – Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 11 saylı binanın 14-cü mənzilində yaşayan Kərimova Rəsmiyyə Əvəz qızı “AzPolitika”ya müraciət edib. Yerindəcə, qeyd etmək istəyirəm ki, bu müraciəti oxuduqca, xəcalət təri tökürsən… qəzəblənməyə bilmirsən! Azərbaycan hüquq-mühafizə orqanlarında məsuliyyətsizlik, cəzasızlıq və hüquqi nihilizm o həddə çatıb ki, hətta yetkinlik yaşına çatmayan qız uşağını zorlama kimi ağır cinayəti belə pul gücünə ört-basdır etmək adi hala çevrilib.
Müraciəti müvafiq ixtisar və redaktə ilə dərc edirik ki, sizlər də qəzəblənib, xəcalət təri tökəsiniz, hörmətli oxucular! Nədən ki, bu müraciət Azərbaycan cəmiyyətinin hansı miqyasda aşındığını (mənəviyyat nihilizminin şiddətini) açıq-aydın ortaya qoyur…

Rəsmiyyə Kərimova yazır: «Qonşuluğumuzda yaşayan Elməddin Kərimov 2013-cü ilin dekabrında 14 yaşlı qızım Nərgiz Kərimovanı aldadaraq, sonra isə zor işlədərək, onunla qeyri-təbii yolla (!) cinsi əlaqədə olub. Bundan sonra da o, 2013-cü ilin dekabr ayından 2014-cü ilin iyun ayına qədər – təxminən, 6 ay ərzində – məktəb yoldaşlarının yanında rüsvay edəcəyi ilə hədələyib, susmağa məcbur edərək, mütəmadi surətdə qızımla əsasən, qeyri-təbii yolla və bir neçə dəfə də təbii yolla cinsi əlaqədə olub…
Cinayət işinin istintaqı təxminən, 1 il 2 ay müddətində Suraxanı rayon Pokurorluğunda, Suraxanı rayon Polis İdarəsində, Bakı şəhər Baş Polis İdarəsində və Bakı şəhər prokurorluğunda aparılıb. Elməddin Kərimovun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 149.2.3 və 150.2.3. maddələri ilə tövsif edilsə də sonradan Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayevin himayədarlığı ilə verilmiş saxta rəylər əsasında CM-nin 149.2.3. maddəsi ilə ittiham istintaq materialından çıxarılaraq, Bakı şəhər Rrokurorluğunun müstəntiqi Cavid Abbasov tərəfindən CM-nin 150.2.3 maddəsi ilə əvəz edilib və yekunlaşdırılaraq, məhkəməyə göndərilib…
Elməddinin əməlinin ağır cinayət olmasına və maddənin sanksiyasında alternativsiz olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, təqsirləndirilən şəxs barəsində indiyə qədər həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova yazdığım şikayətlər də nəticəsiz qalıb…
Sizdən artıq drəcədə xahiş edirəm ki, bizə qarşı edilən məhkəmə özbaşınalığından və qanunsuz davranışdan müdafiə olunmaq üçün mənim, Ədliyyə naziri cənab Fikrət Məmmədovun qəbuluna düşməyimə köməklik edəsiniz».

Redaksiyamızda olan R.Kərimova deyir ki, cinayəti törədən gəncin ailəsi əvvəlcə müstəntiqin vasitəsilə onları pulla satın almaq, bu yolla cinayəti ört-basdır etmək istəyib. “İşi aparan müstəntiq dedi ki, artıq olan olub, biabır olmusunuz, al bu 10 min manatı şikayətinizi geri çəkin. Bunu deyib stolun üstünə bir dəstə pul qoydu. Soruşdum ki, namusu pula satmaq olarmı?! Heç nə deyə bilmədi”.

Çarəsiz ana deyir ki, yetkinlik yaşına çatmayan övladına qarşı cinayət törədən şəxsin məsuliyyətdən yayındırılmasında Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayev əsas rollardan birini oynayıb. Ş.Musayev saxta ekspert rəyi verərək, cinayətkarın cəzadan yayındırılmasına şərait yaradıb. “Bu ağır cinayəti pulla ört-basdır etdilər. Məhkəməyə ağzında saqqız gəlirdi. İndi də uşağımı hər dəfə məktəbdən çıxanda dostlarının yanında təhqir edir, onlara göstərib nalayiq sözlər deyir. Qızım özünü öldürmək istədi, ancaq xilas etdik”, deyə, çarəsiz ana hönkür-hönkür ağlayır.

R.Kərimova deyir ki, indiyədək 4 dəfə Baş prokuror Zakir Qaralovun qəbulunda olub. “Hər dəfə söz verdi ki, Elməddin Kərimov həbs olunacaq. Amma bu gün də o azadlıqda gəzir…”

Beləliklə, 14 yaşlı qızla cinsi əlaqədə olan, aylarla qızcığazı təhdid altında saxlayan bir cinayətkar bu gün azadlıqda gəzir. Ölkənin Baş prokuroru “həbs olunacaq” deyə, söz verməsinə baxmayaraq. NƏ BAŞ VERİR? ÖLKƏ BU YOLLA HARA GEDİR?

“AzPolitika”

Əfv Komissiyasının 6 yeni üzvü teyin edildi


19.02.2016 / 20:26 xeber –

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibinin buraxılması barədə fərman, habelə Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Əfv Komissiyasının yeni tərkibində də Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.

 

Daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev (milli təhlükəsizlik nazirinin əvəzinə təyin olunub-red.), Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputat Elmira Axundova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, deputat Məlahət İbrahimqızı, əməkdar müəllim Cəmilə Ramazanova yeni Əfv Komissiyasının üzvləri kimi təkrar təsdiqləniblər. Komissyianın katibi Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova da yenidən vəzifəsində təsdiqlənib. Ombudsman Elmira Süleymanova isə yeni tərkibdə yer almayıb.

 

Əfv Komissiyasının öncəki tərkibində üzv kimi yer almış Hüseyn Cavidin xatirə muzeyinin direktoru olmuş Turan Cavid, Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Vaqif Səmədoğlu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuş Ağamusa Axundov, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru olmuş sabiq deputat Zahid Qaralov vəfat ediblər.

 

Əfv Komissiyasında yer alan yeni üzvlər isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevdir.

mənbə :
lent.az

6 minden çox borclunun ölkeden getmek hüququ mehdudlaşdırılıb


15.02.2016 / 18:46 xeber –

Ötən il dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-in sayı isə 5.100-ə çatmaq üzrədir.APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən ədliyyə naziri Fikrət Məmmədovdeyib.

 

Nazir bildirib ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2.750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 6.238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

 

Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 27 mindən çox iş daxil olub, ekspertlər 530 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər.

 

Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb, keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib.

mənbə :
lent.az

Azerbaycanda 4 hakim cezalandırılıb


21.12.2015 / 19:36 xeber –

Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki,Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına önəm verilərək buna ayrıca bölmə həsr edilib.

 

İclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə, bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilib, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələri tərəfindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanıb.

 

Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən iclasda açıq və ətraflı müzakirələr aparılmaqla onların hər birinin fəaliyyəti prinsipial qiymətləndirilib. Vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar, habelə yol verilən xarakterik pozuntular nəzərə çatdırılıb, belə halların qətiyyətlə aradan qaldırılması üzrə tapşırıqlar verilib, ədalətli və qərəzsiz olmaqla hakim adının və şərəfinin daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibətin hər bir hakimin əsas vəzifəsi olduğu vurğulanıb.

 

Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanıb.

 

İclasda həmçinin, hakimlər barədə intizam icraatına baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara, icra intizamının kobud pozulmasına yol verdiyinə görə Şamaxı rayon məhkəməsinin hakimi Təranə Hüseynova ciddi intizam məsuliyyətinə cəlb edilib, bu kimi hallara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatları başlanılıb.

 

mənbə :
lent.az

Azerbaycanda 4 minden çox mehkum şerti azad olunub


20.11.2015 / 11:13 xeber –

 

 

“Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilib və bu sahədə islahatlar davam etdirilir”.

 

APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradıb: “Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bu günədək 4 min 200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib”.

mənbə :
lent.az