Bu il hakimiyyetden gedecek dövlet başçıları

18:47 xeber – Böyük Britaniyanın “Financial Times” Qəzeti 2016-ci ildə ən aktual iqtisadi və siyasi hadisələrin proqnozlarını öz oxucuları ilə bölüşüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qəzetin “Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə qalacaqmı?” sualına siyasi şərhçi Rula Xalef müsbət cavab verib. Onun sözlərinə əsasən, Moskva və Vaşinqtonun 18 aylıq Suriya planı bu il həll olunmalıdır. Amma bu mübarizədə Bəşər Əsəd təslim olmayacaq, o, son dəqiqəyə qədər döyüşəcək.


Bəşər Əsəd – Suriya prezidenti

Siyasətçi Qideon Raxmanın fikrincə, bu il Almaniyanı mürəkkəb vəziyyət gözləyir. Bu da ölkənin ötən il Yaxın Şərqdən qəbul etdiyi qaçqınlarla əlaqədardır. Bundan isə ən çox ziyan çəkən Almaniya kansleri Angela Merkel olacaq. Çünki o, Xristian-Demokratik İttifaqının (XDİ) silahdaşlarına hakimiyyəti güclü saxlamaq üçün miqrant axının qarşısını almaq üçün lazımı tədbirlər görəcəyinə söz versə də, amma bu vədi yerinə yetirmək ona çətin olacaq. XDİ-nın daxilindən gələn təhlükə nəticədə Merkelin vədlərinin əsassız olduğunu sübut edəcək.


Angela Merkel – Almaniya kansleri

“2015-ci il neft bazarının həmişəki mövqedə qalacağna inanan məmurlar üçün də ağır keçdi. Gələn il də neft bazarının mürəkkəb olacağı gözlənilir. Eyni zamanda, bu İranın sanksiyalardan azad olunmasına səbəb olacaq. Bu həm də, dünya karbohidrogen istehsalçıları üçün ağır keçəcək”, – deyə qəzetin redaktoru Ed Kruks bildirib.

“Brend markalı neftin qiymətinin 50 dollardan aşağı olması gələn il bu bazara invetrların sayının da az olmasına səbəb olacaq. Əgər dünya iqtisadiyyatı resessiyaya düşməsə, o zaman neft əvvəlki qiymətinə qayıda bilər”, – deyə redaktor əlavə edib.

“Financial Times” – Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biridir. Dünyanın 24 şəhərində çap olunur. Qəzetin baş redaktoru 2005-ci ildən Layonel Barberdir.

mənbə :
anspress

Tramp Azerbaycana göre müflis ola biler

12:30 xeber – ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Azərbaycana yatırdığı sərmayəsi təhlükə altındadır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə nüfuzlu “Financial Times” qəzeti xəbər verib.

Məlumata görə, onun islama qarşı çıxışları onun müsəlman dövlətlərində nüfuzunu azaldır. Bu isə birbaşa onun həmin ölkələrdəki sərmayələrinə mənfi təsir edir.

Bakıda yerləşən “Tramp Hotel”i isə ötən il 2,5 milyon dollar qazanc gətirib. Belə çıxışlarından sonra onun gəlirlərinin azalacağı bildirilir.

Qəzet bunu prezidentliyə namizədin müsəlmanlara qarşı son çıxışları ilə əlaqələndirir.

“Financial Times” qeyd edir ki, Trampın sərvəti üçün digər müsəlman ölkələri Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Türkiyədə də təhlükələr var.

Qəzet əməkdaşalı Dubayda iş adamları ilə danışıqlardan sonra bu qərara gəliblər. Söhbət zamanı Donald Trampın müsəlmanlarla bağlı açıqlamalarının böyük etirazla qarşılandığı məlum olub.


“Tramp Towers” İstanbul oteli

Türkiyənin İstanbul şəhərində namizədin adını daşıyan “Tramp Towers” oteli ildə 1,5 miyon dollar gəlir gətirir.

Milyarder namizəd Donald Tramp ABŞ-a müsəlmanların buraxılmaması tələbi ilə çıxış edib.

Tramp bunu ötən həftə ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərindəki 14 nəfərin ölümü ilə nəticələnən fiziki məhdudiyyətli insanlar üçün sosial mərkəzə hücumla əlaqələndirib.

Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər. O, bildirib ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.

Tramp siyasi fəaliyyətindən çox qalmaqallı açıqlamaları ilə gümdəmə gəlir. Bu ilin iyunun 16-da ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü haqda açıqlama verən milyarder meksikalı miqrantları cinayətkar adlandırıb. Onun sözləri dünyada birmənalı qarşılanmayıb.

mənbə :
anspress