Paris terroru – Polislə Atışma Videosu

paristerroru

 

Parisdə Yanvarın 7-də baş veren Şarle Hebdo satirik jurnalına hücumun yeni bir videosu yayılıb.

Azadlıq.az-ın verdiyi xəbərə görə, Reuters agentliyinin yaydığı videoda Kuaşi qardaşlar hadisəyə müdaxilə etməyə çalışan polis maşınını “Kalaşnikov” avtomatları ilə atəşə tuturlar və intiqam şüarları səsləndirərək qara rəngli avtomobilin içinə minirlər.

Baş verənləri yaxınlıqdakı binadan mobil telefona çəkən şəxlər görüntüləri sosial mediada yayıblar.

Terorçularının yolunu kəsməyə çalışan polis maşını hər 2 maskalı şəxs tərəfindən güclü atəşə tutulur. Polis maşını geriyə hərəkət edərək atəşdən uzaqlaşmağa çalışır.

Qeyd edək ki, maşındakı polis əməkdaşları gülləbarandan xəsarətsiz qurtula biliblər.