“Nardaran işi”ndə hökm oxundu


[r32]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Taleh Bağırov 20 illik müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çərşənbə günü verdiyi hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il həbs cəzası verilib.
Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər.
Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisəsində təqsirləndirilənlərin məhkəməsi başa çatıb.
Hökmün oxunmasından sonra BBC Azərbaycancaya verdiyi müsahibədə, Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə məhbusların həbsdən qorxmadıqlarını və bu səbəbdən qərarın “hakimiyyətin məğlubiyyəti” olduğunu deyib.
“Onlar heç cürə bu insanların əqidəsinə mubarizələrinə qarşı dura bilməzlər”, o əlavə edib.
Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ədalətli qərar gözləmədiyini, lakin Taleh Bağırzadənin ömürlük azadlıqdan məhrum edilmə tələbinin 20 il həbs cəzası ilə əvəzlənməsini “müəyyən mənada qələbə hesab” etdiyini deyib.
Nardaran məhbuslarının qohumları. Fuad Qəhrəmanlının yat yoldaşı (soldan üçüncü ) Zümrüd Yağmur və Taleh Bağırovun həyat yoldaşı (sağdan üçüncü) Leyla İsmayılzadə
Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.
Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülmüşdü.

T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur
Azadlıq.az