Türkiyədən möhtəşəm qələbə


[r32]
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə növbəti oyunlar keçirilib
“AzPolitika”nın məlumatına görə, 8-ci turun son oyun günündə İ qrupunda mübarizə aparan Türkiyə milli komandası doğma azarkeşi qarşısında qrupun lideri Xorvatiya millisi ilə qarşılaşıb.

Mirça Luçeskunun rəhbərlik etdiyi komanda Xorvatiya qarşısında çox əhəmiyyət kəsb edən 3 xalı çətinliklə də olsa qazanmağı bacarıb 1-0. Türkiyəyə 3 xalı qazandıran qolu qarşılaşmanın 75-ci dəqiqəsində Çenk Tosun vurub.

Bu qələbə ilə xalını 14-ə yüksəldən Türkiyə millsi 3-cü pillədə qərarlaşıb. Ukraynanı məğlub edən İslandiya və Xorvatiya milliləri isə 16 xalla ilk 2 yeri tutublar.

Məmur oğlu mərc oyunlarına 500 min uduzdu: Evlərini satdılar

topaz
BakıPost.az-a daxil olan məlumata görə, o, futbol oyunlarına bir neçə dəfə nisyə pul yazdırıb. Proqnozları səhv çıxan gənc, borcunu qaytara bilmək üçün bukmeykerə əlavə nisyə pul qoymaqdan çəkinməyib. O, bu addımına borcu 500 min manata çatana kimi davam edib.

“Topaz” idman mərc oyunlarının yerli məntəqəsinin sahibi ona daha pul yazdıra bilməyəcəyini deyib və borcunu qaytarmağı istəyib. Borcunu qaytara bilmədikdə isə “Topaz” sahibi polisə müraciət edib. Onun polisə müraciətindən sonra gəncin ailəsi övladlarının 500 minlik borcundan xəbər tutub. Çarəsiz vəziyyətdə qalan ailə övladlarını həbs təhlükəsindən qorumaq üçün Gəncə və Bakıdakı evlərini satmağa məcbur olub. Lakin evlərin pulu belə borcu qaytarmağa kifayət etməyib.

Məlumata görə, sözügedən gənc işğal altında olan rayonlardan birinin Təhsil Şöbəsinin müdirinin oğludur. Həmin şəxsin adı bizə məlum olsa da, özü ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığından adını hələlik gizli saxlayırıq.

(Qaynarinfo.Az)

BOS-dakı ilk toyun bəyi futbolçudur

toy
“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub. ANS PRESS-in məlumatına görə, tanınmış türk müğənnisi Ebru Gündeş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir.
Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir. Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib
ebru
Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.
“Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək”. Bunu ANS PRESS-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün istifadə olunacaq. O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunun insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib: “Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək”, – deyə C.Mehdiyeva bildirib.

Bakı Olimpiya Stadionu
Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Martın 18-də isə Bakı Olimpiya Stadionunun açılışı olub.Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb.
Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Stadionun ümumi ərazisi 32 hektar, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilib.Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadiondur. İndiyədək Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadion sayılırdı
Azadliq.az

“Onlar bize hörmet gösterdiler”

07:45 xeber – “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Borussiya” (Dortmund) ilə oyunla bağlı firilərini bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məğlub olduqları oyundan sonra ukraynalı mütəxəssis bunları bildirib:

“İlk növbədə rəqibə yüksək səviyyəli oyun göstərib və əsas heyətin futbolçuları ilə çıxdığı üçün təşəkkür edirəm. Onlar bizə hörmət göstərdilər. Bu il “Borussiya”nın əksər oyunlarına baxmışam. Onların qapısında olan qol imkanları başqa matçlarda olmamışdı. Təəssüf ki, biz onları qola çevirə bilmədik”.


Roman Qriqorçuk

“Krasnodar”la oyunda qələbə qazanmalı idik. Amma “Borussiya” ilə oyunda bu sözü deyə bilmərəm. Çünki rəqib yüksək səviyyəli komanda idi. Biz də onlara ciddi rəqib olduq. Növbəti oyunda düşünmürəm ki, çətin oyun olacaq. Bugünkü oyunda güclərimizi ölçdük. Bunlara baxmayaraq futbolçularımla fəxr edirəm. Bu oyundan sonra komanda daha da güclənəcək. Qarşıda hələ 3 oyunumuz var. Ola bilsin bu oyunlarda 9, 7, 6 xal da qazanaq. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadılar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadı”,- deyə Qriqorçuk qeyd edib.


“Qəbələ” klubu

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin 3-cu turunda “Borussiya”ya (Dortmund) 1:3 hesabı ilə məğlub olub.

mənbə :
anspress

AVRO-2016: daha 3 qrupun oyunlarına yekun vuruldu – NƏTİCƏLƏR


13.10.2015 / 01:53 xeber –

AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, baş tutan 9 qarşılaşmada final mərhələsinə daha iki vəsiqənin sahibini müəyyənləşdirməklə yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı bəlli olub.

 

E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyıb. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilləni tutub.

 

C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparıb. Lüksemburqa qalib gələn Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilən Ukrayna isə 3-cü kimi pley-offa vəsiqə qazanıb.

 

G qrupunda da qalib bəllidi. Avstriyanın ən yaxşı olduğu “altılıq”da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıb. İsveçdən 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda qalib gələrək Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç isə daha bir qarşılaşma oynamalı olacaq.

 

 

AVRO-2016-nin seçmə mərhələsi

X tur

 

C qrupu

Belarus – Makedoniya – 0:0

Lüksemburq – Slovakiya – 2:4

Ukrayna – İspaniya – 0:1

 

 

E qrupu

Estoniya – İsveçrə – 0:1

Litva – İngiltərə – 0:3

San-Marino – Sloveniya – 0:2

 

 

G qrupu

Avstriya – Lixtenşteyn – 3:0

Rusiya – Monteneqro – 2:0

İsveç – Moldova – 2:0

mənbə :
lent.az