Avtovağzaldakı istinad divarı vağzala doğru sürüşür – TƏHLÜKƏ


20.10.2015 / 11:16 xeber –

Yağışların intensivləşdiyi zaman divar uça bilər

 

“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidir”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Lent.az-a açıqlamasında  bildirib.

Ələmdar Piriyev bildirib ki, Avtovağzal kompleksi ərazisində oturma, aşınma prosesi hələ də davam edir, gün keçdikcə çatlarda genişlənmə müşahidə olunur: “Hazırda həmin ərazidə bərpa işləri davam etdirilir. Ərazi nəzarətdədir”.

İstinad divarının çox ciddi təhlükə yaratdığını vurğulayan Ə. Piriyev bildirib ki, Avtovağzal kompleksinə doğru sürüşən divar uça bilər: “İstinad divarının sökülməsini təklif etmişik. Çünki yağışların intensivləşdiyi zaman divar uça, beton dağıla bilər. Çox ciddi fəsadlar yaşanmasın deyə divarın tez bir zamanda sökülməsi, yenidən bərpa olunması mütləqdir”.

 

mənbə :
lent.az

Avtovağzalın qarşısındakı sürüşmede AKTİVLİK


16.10.2015 / 13:57 xeber –

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da aktivləşə bilər.

 

Dəstə rəisi əlavə edib ki, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb.

 

R. Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir.

 

mənbə :
lent.az