Levandovski “Ginnesin rekordlar kitabı”na düşdü


30.11.2015 / 22:09 xeber –

“Bavariya”nın futbolçusu Robert Levandovski “Ginnesin rekordlar kitabı”na düşüb. Apasport.az saytının məlumatına görə, polşalı hücumçu eyni vaxtda 4 sertifikatla mükafatlandırılıb.

 

Sentyabrın 22-də “Volfsburq”a qarşı Bundesliqa matçında oyuna sonradan daxil olaraq, 9 dəqiqədə 5 qol vuran forvard bu nəticəsinə görə təltif olunub.

 

O, “ən sürətli het-trik”, “ən sürətli poker”, “ən sürətli penta-trik” və oyundan sonradan girib ən çox qol vuran futbolçu kimi nadir kitaba düşüb.

mənbə :
lent.az