Rusiyanın en gözel qızı – FOTO

10:57 xeber – Rusiyanın ən gözəl qızı seçildi. Bu ada 18 yaşlı tələbə layiq görülüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Rusiya gözəli 2015” adını qazanmaq uğrunda 50 qız mübarizə aparıb.

Bu adı qazanan Aleksandra Çerepanov hüquq fakültəsində təhsil alır.
Vladivastokdan olan gözələ tacını ötən ilki müsabiqənin qalibi Tatyana Baitova taxıb. O, münsifləri təbii gözəlliyi və səmimiliyi ilə heyran edə bilib.

Aleksandra gecədə həm ziyafət paltarı, həm də çimərlik geyimində səhnəyə çıxıb.

Aleksandra Rusiyanı “Kainat gözəli” müsabiqəsində təmsil edəcək.

Gənc qız universitetdə təhsil alsada, model kimi fəaliyyət göstərir. Onun fikrincə, həyatda ən vacib şey ailədir.
“Mən birinci olduğum üçün çox xoşbəxtəm. Çünki rəqiblərim çox idi. Şadam ki, mənim səylərin, məşqlərim boşa getmədi”.

Bu gözəllik müsabiqəsi 1995-ci ildən keçirilir. Rusiyanın müxtəlif vilayətlərindən olan gözəl qızlar qabil adı uğrunda mübarizə aparır. Sonda seçilən şəxs ölkəni “Kainat gözəli” müsabiqəsində təmsil edir.




“Rusiya gözəli 2015” müsabiqəsinin qalibi

mənbə :
anspress