“İranın taleyi necə olacaq” – İsrail eksperti


[r32]
Aviqdor Eskin (İsrail)
REGNUM İA, 12.02.2017

İran şiə inqilabının 38-ci ildönümünə təcavüzkar bioenergetikanın danılmaz ehtiyatı ilə çatıb. “Baş Şeytan” təmsilçilərinin qaba ahəngi bu gün Tehranda sərt xətt tərəfdarlarına səs-küylü şüarlarla Amerika və necəsə İsrail və Rusiya kimi digər balaca nümunəciklərə ölüm arzulamaqda yardım edər.

Barak Obama administrasiyasının Tehranın indiki rəhbərlərinə iltifatından fərqli olaraq, Trampın yanında Yaxın Şərq siyasətinə məsul olanlar ayətullahlarla nüvə proqramı üzrə sazişə qarşı sərt şəkildə çıxış edənlərdir. Milli təhlükəsizlik üzrə Mayk Flinn və müdafiə naziri Ceyms Mettis hakim anqlo-saks qoşununun bütün məqsədyönlü quduzluğu ilə İrana hədəfləniblər.

Tehranda hakimiyyəti saxlayanlar tonqalı alovun müəyyən səviyyəyə alışmasına qədər məmnunluqla qalayır: ümid edirlər ki, Trampla komandasına sataşmaqla tərəfdarlarını səfərbər edə bilər, amma həddi aşmazlar. Deyəsən, ballistik raketlərin sınağı və prezident Ruhanı tərəfdən Trampın ünvanına atılmış “siyasətə təzə başlamış adam” hərbəsi ən yaxın günlərdə yeni biçim alacaq.

Köhnə başlıq həvəskarları artıq kəsdiriblər ki, amerikalılar İraqdakı əməllərini təkrarlayacaqlar. Həqiqətən də, İran ordusunun gerçək durumu formaslaşmış ritorika əsasında qorxutma və lovğalqdan xeyli uzaqdır. Bununla belə, İraq təcrübəsi amerikalılar üçün o qədər zədəlidir ki, onun təkrarı bilmərrə gündəlikdə durmur.

İranda indiki böhranı hətta sanksiyaları götürməyə imkan vermiş nüvə proqramı üzrə beynəlxlaq sazişdən sonra da ram etmək mümkün olmayıb. Bu müsəlman respublikasında bir ildən artıq keçdikdən sonra mətləblərin durumu o qədər fərəhsizdir ki, prezident Həsən Ruhani inqilab bayramı ərəfəsində hansısa qüvvələri antiiran sui-qəsdində ittiham etməkdən daha yaxşı söz tapa bilməyib. Guya, neftin aşağı qiymətləri antiiran sui-qəsdidir.

Tehran rəhbərləri Rusiya ilə uzunmüddətli müqavilələrə getsəydilər, ötən il İran üçün xeyli iqtisadi və siyasi uğurlarla başa çata bilərdi. Təəccüblə qeyd etmək lazım gəlir ki, heç bir böyük Rusiya-İran layihəsi işə salınmayıb. Niyyət protokolları niyyət protokolu kimi də qalıb. Suriyada İran-Rusiya əməkdaşlığı əksərən layiqincə həyata keçirilir – İraqda İŞİD-ə qarşı İran-Amerika əməkdaşlığı kimi.

Sanki İrana Rusiya dəstəyi məhz indi xüsusən vacibdir. Prezident Tramp və çevrəsi Amerika-Rusiya münasibətlərində artıq möhkəmlənən dəyişikliklərlə yanaşı, İranın Yəmən, Suriya və İraqdakı fəaliyyətindən ard-arda narazılığını ifadə edir.

İran rəhbərliyindəki bəzi nüfuzlu adamların Qərblə əməkdaşlığa güvəni doğrulmayıb. Zəif infrastruktur və İranın geridə qalmış sənayesi Qərb yatırımçılarını cəlb etməyib. Müqayisə üçün: Türkiyə və İranın, demək olar, eyni əhalisi müqabilində birincinin ÜDM-i iki dəfə çoxdur. Söhbət İran və ərəb ölkələri üçün ümumi problemdən gedir: neftin dəyəri və strateji, siyasi önəmi durmadan getdikcə aşağı düşür.

İrandakı iqtisadi böhran hakim dairələr üçün yeganə təşviş predmeti deyil. Böyük şəhərlərin əhalisnin hakim şiəliyin təməl ideologiyasından ayrı düşməsi getdikcə daha da təhlükəli olur. Ayətullah rejiminin əhalinin önəmli hissəsini xarici çağırışlara qarşı səfərbər etmək məharəti indiyədək işlək idi, lakin hakimiyyəti saxlayanlar bu səlahiyyəti nə qədər uzun müddətə saxlaya biləcəklər?

Hələ buna güclü fars millətçiliyi və ənənəvi zərdüştiliyi əlavə etsək, onda ciddi problemlər yumağı əldə edirik. Adətən, özünü 30 milyon hesab edən 20 milyon azərbaycanlı ilə daxili münaqişəni nəzərdən keçirməyə başlasaq, İran təımsilçilərinin həyatı bizə heç də şirin görünməyəcək. Burada isə hələ fars və yəhudilərlə bərabər bölgənin yerli xalqı sayılan kürdlərin də aqibəti həll edilməyib.

Ayətullah Xomeyini ardıcıllarının 38 illik idarəçiliyi dövründə İran haqda “totalitar fundamentalist ölkə” kimi təsəvvür kök atıb. İran cəmiyyətinin mənzərəsini daha diqqətlə nəzərdən keçirərkən Şimali Koreya tipli totalitar dövlətdənsə, daha qəliz qarşılıqlı münasibətlər sistemini görürük. Hətta İran siyasətinin daha çılğın işartıları praqmatik düşüncənin məhsuludur. Məsələn, İsrailə qarşı ilk baxışdan quduz və barışmaz ədavəti götürək. Bu, İraq müharibəsinin gedişatında Xomeyninin özünə İsraildən silah almağa heç cür mane olmayıb. Bu, Holokostun inkarı üzrə konfransa və yaxud Tehranın terrorçu fəaliyyətə fəal şəkildə cəlb edilməsinə bəraət qazandırmaq deyil, anlamaq cəhdidir. İsrailə qarşı fəaliyyətin dini astarı bu postulata söykənir ki, nə vaxtsa müsəlmanlara məxsus olmuş torpaqlar heç vaxt kafirlərin əlinə keçməməlidir. İsrailə məxsus ərazi əvvəllər Osmanlı imperiyasına, bir hissəsi sonralar İordaniyaya aid olduğundan dünya xəritəsində İsrailə yer yoxdur.

Bu prinsipi İran üçün mütləq götürsək, onda azərbaycanlılarla münaqişədə ermənilərə dəstəyi necə izah etmək olar? Məlum olduğu kimi, indiki Erməınistanın bütün ərazisində hələ bu yaxınlarda tamamilə müsəlman xanlıqları yerləşib. Ermənilər Qarabağ münaqişəsində isə önəmli hissəsi şiə sayılan xeyli azərbaycanlını sıxışdırıb çıxardıblar. Yuxarıda göstərilən vəziyyəti bu münaqişəyə tətbiq etsək, onda İran hər bir halda fəal şəkildə Azərbaycan uğrunda çıxış etməlidir!

Bu qayda ilə bütün antiisrail tüstüsünü cəsarətlə müsəlman aləmində mövqe tutmaq cəhdlərinə aid etmək olar. Demək lazımdır ki, bu özünütəsdiq taktikası doğrulmayıb. Fələstin mövzusu bu gün ərəb liderlərini az məşğul edir. İranın gen-bol qidalandırdığı “Həmas” isə Suriyada digər “müsəlman qardaşlar”la yanaşı prezident Əsədə qarşı dönüb.

Deyəsən, İrana görə onsz da çaşqınlıq içində olan oxucunu daha da dolaşdırdıq. İranın çoxsimalılığı və çoxyönlülüyü dünya liderlərini dəfələrlə çaşdırıb. Görünür, Amerika-İran oyunu hazırda cığallıq nöqtəsinə yaxınlaşır.

Daxili bütün çəkişmələr nəzərə alınmaqla ABŞ-a qarşı ciddi şəkildə durmaq İranın xörəyi deyil. Bununla yanaşı, öz əhalisini birləşdirmək üçün İrana xaricdən hərbə-zorba lazımdır.

Bəs İranın başına nələr gələcək?

Tərcümə: Strateq.az

Ölkə başçılarının Parisdəki terrorla bağlı açıqlamaları

terroraçıqlama

 Parisdə “Charlie Hebdo” jurnalında 12 nəfərin öldürülməsi və sonrasında daha 5 nəfərin ölümü ilə əlaqədar dövlət başçılarının açıqlamaları bir-birinin bənzəridir. Bütün liderlər terroru lənətləyərək terrora qarşı mübarizədə Fransanın yanında olacaqlarını söylədilər.
Fransanın prezidenti Fransua Holland – “Bu terror hadisənin İslam diniylə heç bir əlaqəsinin olmamasını açıq elən edirəm.”
ABŞ prezidenti Barack Obama – “Fransa bizim ən qədim müttəfiqimizdır, ABŞ olaraq bu gün də, gələcəkdə də sizlərin yanında olacağıq, dualarımız sizlərlədir. Bizi dost və müttəfiq olaraq bir-birimizə bağlayan universal dəyərləri ayaqda tutmaq üçün sizlərlə birlikdə mübarizə edəcəyik”.
Türkiyənin prezidenti Rəcəp Tayyip Ərdoğan – “Türkiyə olaraq, “Charlie Hebdo” jurnalının Parisdəki mərkəzində 12 adamın həyatını itirməsinə və 20 adamın yaralanmasına yol açan mənfur hücumu şiddətlə qınayırıq. Dost və müttəfiq ölkə Fransaya bu ağrılı günündə başsağlığı diləyir, hücumun səbəbkarlarının ən qısa müddətdə tutularaq ədalətə təslim edilməsini gözləyirik”
İsrailin Baş naziri Benyamin Netanyahu – “İşid, Boko Haram, Həmas, Əl Şəbab, Əl-Qaidə və ya Hizbullah fərqli adlara sahib ola bilərlər, amma hamısı eyni nifrət və qana susamış fanatizm tərəfindən idarə olunur. Hamısının məqsədi azadlıqlarımızı yox edərək, orta əsrlər zülmünü üzərimizə təlqin etməkdir. “
erdoğanobamaAzadliq.az