Başı 5 milyon dollar olan “qanuni oğru”: Lazımdırsa, başımı kəsin


[r32]
2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən “Şakro Molodoy”a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.

Prosesdə “Şakro” ilə bərabər onun yaxın adamı, “İtaliyalı” ləqəbli “qanuni oğru” Andrey Koçuykov da ittiham olunur. O, son sözündə bütün günahları boynuna almağa razı olub. “Əgər kiminsə başına vurmaq üçün əmr varsa, mənim başımı kəsin” deyə, o bildirib. “Şakro Molodoy” isə son sözündə heç bir suç işləmədiyini söyləyib.

Rusiya KİV-lərinin məlumatına görə, hökm martın 27-də elan olunacaq.

“Şakro” 2015-ci ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışmaya görə həbs edilib. Hadisə “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan “İtaliyalı” ləqəbli Andrey Koçuykov həbs edilib. “Şakro” onun azadlığı üçün istintaqçılara 5 milyon dollar rüşvət verməyə razılaşıb. Amma onların sövdələşməsi baş tutmayıb.

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür, onu “Şakro kürd” kimi də tanıyırlar. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir. O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olur. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə “Şakro” İspaniyaya yerləşib. “Şakro Molodoy” İspaniyadan qaşsa da, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilib İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşov 7 il azadlıqdan məhrum edilib və 20 milyon avro cərimə olunub. O, 2014-cü ilin oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. “Şakro Molodoy”un vaxtilə Azərbaycanda Rusiya istehsalı olunan avtomobillərin satışı biznesində payı olduğu da deyilirdi. Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

“Şakro”nun uzun müddətli həbsxanada qalması, kriminal aləmdə yenidən nüfuz savaşını qızışdıracaq.

Akademikin qatili həbsxanada danışdı – Sensasion AÇIQLAMA


[r32]
Azadlıq.az Musavat.com-a istinadən akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibəni təqdim edir:

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə müsahibəsində açıqladığı və geniş rezonans doğuran məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik. Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə görüşümüzə şərait yaradılsın.

Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni – Qobustana yollandıq. Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər, mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır. Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.

Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi. Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç” əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq.

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır… Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar. Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim qarşımdadır.

Ermənistandan Ramana sovxozuna uzanan yol...

Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi Ermənistanın Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı. Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca böyükdürlər, sonra da 1 qardaşı var.

Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə açıb:

O, həyatını belə nəql etdi:

– Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu. Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1 yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya…

Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi. Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını tərk etdik.

Parnik əkib, qoyun saxlayırdım...

Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim. Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.

Qətlin təşkilatçısı Elmlər Akademiyasının elmi işçisi olub!

1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi, elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim. Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz” kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim. Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi. Tariyel gec evləndi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz qılasan.

Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli idi. Ziyalı ailə idilər.

Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada oxuyub

Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi, özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım, namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim. İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət etməyə.

Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür. Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub. Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri ilə davam etdirir:

– Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur. Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi. Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım. Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz “Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü əmr bilirdik.

– Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə qatılmışdız?

– Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki, OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq verdim. O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt, döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə. Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi. Dedi ki, İranda Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə orada təlim keçirdilər. Onun danışıqları məndə maraq yaratmışdı…(davamı var)

Həbsxanada 4 məhkum öldü


[r32]
Bakıda 1 məhkum intihar edib, 3-ü isə xəstəlikdən ölüb.

APA-nın xəbərinə görə, hadisə Qobustan həbsxanasında qeydə alınıb. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş

Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.

“Qoca”nın həbsxanadan yeni görüntüsü: “Silkələyirsən Kürdəxanını?” – Video


[r32]
Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet “Qoca” ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.

Azadlıq.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.

E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.

Daha sonra “Qoca” adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: “Çalış onu gətir. Denən ki, “Qoca” səni məhkəmədə görmək istəyir”.

Etibar Məmmədovun yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.

Qeyd edək ki, Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

“Ən xoşbəxt günlərimi onunla yaşadım” – Müğənni Fədayə Laçın “Qoca” üçün ağladı – Video


[r32]
“Space” telekanalının “Hər gün” verilişi həbs edilən müğənni Fədayə Laçınla bağlı süjet hazırlayıb.
Sənətçinin 2015-ci ildə qonaq olduğu “Məhəbbət əhvalatları” verilişində sevgisini etiraf etdiyi görüntülər yayımlanıb.

Məlum olub ki, Fədayə bu gün öldürülən “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla uzun illərdir sevgili imiş. F.Laçın sevgilisi haqqında bu etirafları edib:

“Bilirsiniz, bizi nə ayırdı? Bizi dəmir barmaqlıqlar ayırdı. O, getdi həbsxanaya, qara zindana düşdü. Biz heç qovuşmadıq. Bir dəfə xəstəxanada yatırdı. Yanına gedib-gəlirdim. Ürəyimdən keçdi i, yanında qalım, özü də buna icazə verdi. Onda yanında qaldım. Ən xoşbəxt günlərimi onda xəstəxanada yaşadım”.

“Qoca”nı qaçırmağa cəhd edən Gunay Atakişiyeva əməlini etiraf edib


[r32]
“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda “Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Türkiyəli homoseksual Azərbaycanda həbsxanada– “Burada qalmaq çox çətindir”


[r32]
Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı Yıldız Suatın ölkəsinə ekstradisiya olunması məsələsinə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib.
“Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir”.
Məhkəmədə qərar elan edilib. Qərara əsasən S. Yıldız öz ölkəsinə eksradisiya ediləcək.

Qeyd edək ki, S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilən və 10 il müddətinə azadlıqdan məhrum edilib. O öz ölkəsinə eksradiya edilməsi üçün müraciət edib.
Azadlıq.az

Sabiq nazir Eldar Mahmudov generalları hədələyib – Həbsxanaya mesaj göndərib


[r32]
Sübahir Qurbanovla Teymur Quliyevin istintaqa verdiyi məlumatlar sayəsində sabiq nazirin gizli qalan bank hesabları, müxtəlif turistik bölgələrdəki villaları, mal-mülkləri də üzə çıxdı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov öz generallarına hədə mesajı yollayıb. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir hazırda həbsdə olan generallar Teymur Quliyev və Sübahir Qurbanovun istintaqla, məhkəmə ilə aktiv əməkdaşlıq etmələrindən ciddi narazıdır. Belə ki, hər 2 general həbs olunandan sonra onlara MTN-də baş verən qanunsuzluqlarla bağlı verilən suallara ətraflı, çox vaxt isə gərəkəndən artıq cavablar verirlər.
Bu isə azadlıqda qalan, hər iki şəxsi general rütbəsinə təqdim edən E.Mahmudovun qəzəbinə səbəb olur. Onun ətrafındakı dar çərçivədə olan şəxslərə bilinən sirlər, çirkli biznes gizlinləri də beləcə istintaqçıların əlinə keçir. Generallarının istintaqa verdiyi ətraflı məlumatlar sayəsində Eldar Mahmudovun istintaqa məlum olmayan bank hesabları, müxtəlif turistik bölgələrdəki villaları, mal-mülkləri də siyahıya alınıb.
Mənbəmiz bildirib ki, Eldar Mahmudov mesajında həbsdəki hər iki generalına Akif Çovdarovdan ibrət götürməyi də çatdırıb, özlərini isə hədələyib. Generallara çatdırıblar ki, özləri istintaq altında, Penitensiar Xidmətin qoruması altında olsalar da, yaxınları belə qorumadan kənardırlar, arada onları da düşünsünlər. Yəni onlara qarşı hansısa addımlar atıla bilər.

Hazırda məhkəmə qarşısına çıxarılan S.Qurbanova general-mayor ali hərbi rütbəsi E.Mahmudovun təqdimatı ilə 2011-ci ilin martında verilib. Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı illərdə o da qanunsuz yollarla varlanmağa, heç vaxt görmədiyi qədər var-dövlət qazanmağa müvəffəq olub.
S.Qurbanov ilkin dindirmələrdə bütün qanunsuz göstərişləri Eldar Mahmudovdan aldığını deyib.

Hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev də Eldar Mahmudovun təqdimatı ilə vaxtilə general-mayor rütbəsi alanlardandır. 1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişib.

O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilib. Lakin bu vəzifədə az işləyib və tezliklə Eldar Mahmudov onu daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyin edib. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir. Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib.

DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxil işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır. Mətbuatda Eldar Mahmudovun “qara qutusu” kimi təqdim olunan MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN xətti ilə baş tutan bütün qanunsuz dinləmələr onun razılığı, göstərişi əsasında yerinə yetirilib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi mərkəzdən dinlənilib. Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qandallananlardan biri də məhz T.Quliyev olub. E.Mahmudovun bu generalı da ilk dindirmələrdə sabiq şefinin əleyhinə ifadələr verib. Qanunsuz dinləmələrin Eldar Mahmudovun göstərişi ilə baş tutduğunu ifadələrində göstərib.

Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova və digər vəzifəli şəxslər – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə proses keçirilir. Təqsirləndirilənlərə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitləri, 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

Xatırladaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Digər şəxslərin barələrində istintaq hərəkətləri davam etdirilir(musavat.com).

Bakıda sevgilisini öldüren şexs cinsiyyet orqanını yere mismarladı – İFADƏ

13.11.2016 / 16:51 xeber –

Bakıda həbsxanaya gizli yolla narkotik vasitə keçirmək istəyən qardaşların məhkəməsi keçirilib.

Lent.az musavat.com-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Kərimov Elman Ömər oğlu və 1982-ci il təvəllüdlü Əliyev Əlvan Ömər oğlu Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinirlər.

Onlardan biri qətldə təqsirləndirilərək 7 ildən artıqdır ki, məhkumluq həyata yaşayır. Digər qardaş isə həbsdə olan qardaşına alt paltarında narkotik vasitə keçirmək istəyərkən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan qardaşlar irəli sürülən ittihamlarla razılaşmayıblar. Onlardan biri özünü qismən günahkar bilsə də digəri özünü qətiyyən təqsirli bilmədiyini deyib.

 

Həbsdə olan qardaşı Elmana narkotik aparmaqda təqsirləndirilən Əlvan məhkəmədə deyib ki, üzərindən götürülən narkotik vasitəni istifadə etmək məqsədi ilə özü üçün alıbmış.

 

Baş ağrısı keçsin deyə narkotikdən istifadə edirmiş…

 

“Mən xəstəyəm. Başım xəstədir. Uşaqlar mənə dedilər ki, dərman atıb ciyərlərini xarab eləmə. Mənə mal verdilər ki, çəkim. Bununla da başımın ağrıları keçəcəkdi. Elə də oldu. Sonra bundan istifadə eləməyə başladım. Qardaşımın yanına həbsxanaya gedəndə mən görüşə girməyəcəkdim. Nənəm də getmişdi. O, içəri girəcəkdi. Orda dedi ki, içəri keçmək istəmir. Mən içəri girəndə Elmana məktub və uşaqların toy diskini gətirmişdim”- deyə Əlvan ifadəsində deyib.

 

Həbsxanaya girərkən narkotikin alt paltarında olmasına da “aydınlıq” gətirən Əlvan deyib ki, şəhərdə olanda da narkotiki orada gizlədirmiş. Həbsxanaya girərkən də narkotiki orada unudub.

 

Dövlət ittihamçısı bildirib ki, həbsxanada olan Elman bir neçə dəfə qardaşına zəng edərək ona narkotik gətirməsini istəyib. Prokuror əlavə edib ki, bununla bağlı tərəflər arasında telefon danışıqları da var. Əlvan qardaşına aparmaq üçün narkotiki tanımadığı şəxsdən alıb. Həmin şəxs Elmanın tanışı olub. Onlar “Maşın bazarı”nın yanında görüşüblər.

 

Elmanın isə qardaşının həbs olunmasına və özünün yeni maddələrlə ittiham olunmasına reaksiyası sərt olub. Belə ki, o, məhkəmədə bildirib ki, qardaşı günahsız yerə tutulub və ona qarşı yalan ittihamlarla yeni cinayət işi açılıb.

 

Həbsxanada cinsiyyət orqanını yerə mismarlayıb…

 

O, bunlara etiraz olaraq özünə xəsarətlər yetirib: “Əlvan mənim yanımda siqaret belə çəkmirdi. O mənə necə narkotik gətirə bilərdi? Ola bilsin ki, özü sonradan istifadə edib. Amma mənə gizli yolla narkotik gətirilməyib. Bu iş düzgün aparılmadı, mənə yeni maddələrlə ittihamlar verildi. Həbsxanada buna etiraz etdim. Özümə dəmirlə xəsarət yetirdim, aclıq elədim. Cinsiyyət orqanımı yerə mismarladım. Cırıb bura gətirdilər”.

 

Elman məhkəmədən xahiş edib ki, işin yenidən araşadırılması üçün istintaqa qaytarılsın.

 

Növbəti məhkəmə prosesi noyabrın 16-na təyin edilib.

 

Elman sevgilisinin boğazını kəsib dənizə atıbmış…

 

Həbsdə olan Elman Kərimov 2009-cu ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234-cü maddələri ilə təqsirli bilinərək 12 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

 

O, 2009-cu il 24 yanvar tarixdə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qeyri-rəsmi nigahda yaşadığı 1991-ci il təvəllüdlü Nurməmmədova Güllər Nurməmməd qızı itkin düşüb.

 

Elman polisə deyib ki, Güllər Nurməmmədova 3 gündür evdən çıxıb və bir daha geri qaytımayıb.

 

Bu hadisədən 4 ay sonra Nardaran qəsəbəsində çimərlikdə naməlum qadın meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın meyiti Güllər Nurməmmədovaya məxsusdur.

 

Ekspertizadan sonra qadının üzərində zorakılıq əlamətləri olduğu müəyyənləşib. G.Nurməmmədova ilə qeyri-rəsmi nigahda olan və Güllərin itkin düşməsi ilə əlaqədar ərizə ilə müraciət edən Elman Kərimov dindirilmək üçün polis idarəsinə dəvət olunub. O, ilk öncə hər şeydən xəbərsiz olduğunu və təəssüfləndiyini bildirib. Ancaq E.Kərimovun hərəkətləri polis əməkdaşlarında şübhələr yaradıb.

 

Bundan sonra Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər Prokurorluğu və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Elman Kərimov saxlanılıb.

 

E.Kərimov istintaqa bildirib ki, Bakı şəhəri, Cavanşir küçəsində yaşayıb və G.Nurməmmədova ilə qonşu olub. Onun dediyinə əsasən, qızın razılığı ilə onu 2008-ci tarixdə doğulduğu Şamaxı rayonu, Əhmədli kəndinə qaçırıb və bir müddət orada yaşayıblar. Sonradan toy etmək məqsədilə Bakıya gəliblər. Güllərin qohum-əqrabası gəlməsə də, toy baş tutub, lakin G.Nurməmmədova həddi-buluğa çatmadığı üçün rəsmi nigaha girməyiblər.

 

Toydan sonra onlar yenidən Şamaxıya qayıdıblar. Bu müddət ərzində Güllər ata-anasını görmək istədiyini bildirib və bir neçə dəfə qaçaraq Bakıya gəlib. Lakin yenidən geri, Şamaxıya qayıdıb.

 

Nəhayət, onlar yanvarın 11-də Bakı şəhərinə gəliblər və Binəqədi rayonunda ev tutaraq kirayədə yaşamağa başlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə baş verən gün- yəni yanvarın 21-də Elman Güllərlə birlikdə istirahət etmək məqsədilə Novxanı çimərliyinə gediblər. Güllər burada da ata-anasının yanına getmək istədiyini bildirib. Lakin Elman bu dəfə dözməyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçaqla onun boğazını kəsib və öldüyünə əmin olduqdan sonra onu dənizə atıb. Sonra Güllərin itkin düşdüyü barədə polisə müraciət edib və heç nə olmamış kimi Şamaxı rayonuna qayıdıb.

mənbə :
lent.az

GENERAL LEYTENANT VƏLİ ƏLƏSGƏROV HƏBS OLUNDU?

veliNaxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbs olunub. Bu barədə “Azadlıq”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Vəli Ələsgərovun barəsində martın 7-də həbs-qətimkan tədbiri seçilib. O, hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılır. İstintaqı isə Naxçıvan MR prokurorluğu aparır. Keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürüldüyünü deyən mənbə onu da qeyd edir ki, Vəli Ələsgərova qarşı xüsusi qəddar münasibət nümayiş etdirilir. “Onun üzərindəki işgəncə izləri uzun müddət getməyib. Onun həbsindən dərhal sonra 50-yə qədər qohumu işdən çıxarılıb. Hətta avtobus sürücüsü işləyən bibisi oğlunu da işdən uzaqlaşdırıblar. Hətta prezidentin ona verdiyi Bakıdakı evi də əlindən alıblar”, – deyə mənbə bildirib.

Məlumata görə, Vəli Ələsgərov vəkilsiz saxlanılır. Keçmiş nazirin həbsinin əsl səbəbinə gəlincə, mənbə bildirir ki, müvafiq dairələrə onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqədə olması barədə məlumatlar ötürülüb.

AzPolitika.info-ya daxil olan məlumatlara görə, V.Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bundan başqa, V.Ələsgərovun MTN rəhbərlərindən biri ilə telefon danışığında Vasif Talıbovla bağlı sərt və təhqiredici sözlər işlətdiyi, bu söhbətin audioyazısının MR rəhbərinə təqdim olunduğu haqda da məlumatlar var.

Bir başqa iddiaya görə isə, Vasif Talıbova V.Ələsgərovun hansısa xarici dairə ilə (İstisna deyil ki, söhbət Eldar Mahmudovun bağlı olduğu xarici qüvvədən gedir-R.Ə) gizli əlaqələrini sübut edən fotolar təqdim olunub və MTN başçısı bundan sonra vəzifəsindən azad olunaraq, nəzarət altına alınıb.

“AzPolitika” Vəli Ələsgərovun həbsi barədə xəbəri dəqiqləşdirməyə çalışıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçildiyi xəbəri təsdiq olunmasa da, bir mənbə bildirib ki, Vəli Ələsgərov demək olar ki, hər gün evindən başına torba keçirilərək, nümayişkaranə şəkildə istintaqa aparılır, axşam isə geri qaytarılır.

Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun ötən il dekabrın 18-də imzaladığı sərəncamla Vəli Ələsgərovu vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib.

Rasim ƏLİYEV

“İlk yazacağım məqalə…” – Rauf Mirqədirov azadlığa buraxıldı+Video

rauf
Bu gün Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı, əməkdar jurnalist Rauf Mirqədirov ANS TV-nin “Nəzər nöqtəsi” proqramının qonağı olub.

Rauf  Mirqədirov həbsxana həyatından, səhhəti və həmçinin gələcək planlarından danışıb.

“Sağlamlığımla əhval-ruhiyyəm arasında bir qədər ziddiyyət var. Əhval-ruhiyyəm bu gün üçün çox gözəldir. Çünki 23 ay tək adamlıq kamerada məhbus həyatı yaşadıqdan sonra öz yaxınlarını, dostlarını siz-həmkarlarımı görmək, onlara qovuşmaq və yenidən ictimai həyata girmək mənə çox xoşdur. Sağlamlığımla bağlı həbsxana dövründə müəyyən problemlər yaranıb. Göz və təzyiqlə bağlı bəzi problemlər var. Düşünürəm ki, ətrafımda olan bu xoş əhval-ruhiyyə tezliklə səhhətimdə olan problemlərin həllinə səbəb olacaq”, – deyə Mirqədirov bildirib.

Jurnalist onun azadlığa çıxmasında xidməti olanlara minnətdarlıq bildirməklə yanaşı gələcək planlarından da danışıb.

“Həbsxanada mənə münasibət çox yaxşı idi. Oradan ailə üzvlərimlə telefon danışığı zamanı qızım mənə dəstək olurdu. Məni Türkiyədə onun gözü qabağında həbs etmişdilər. Qızım “gəlin gedək Bakıya Raufu – atamızı həbsxanadan azad edək” deyirdi. Bu, mənə çox pis təsir etmişdi”, – deyə Mirqədirov qeyd edib.

Əməkdar jurnalist qəti şəkildə bildirib ki, jurnalistika fəaliyyətinə davam edəcək:

“Bir müddət sonra yazmağa başlayacam. Bizim işimiz budur. İlk yazacağım məqalə isə “Mən qayıtmışam” olacaq”.

Hebsxanada üsyan: azı 50 ölü


11.02.2016 / 21:45 xeber –

Meksikanın şimal-şərqindəki Nuevo-Leon şəhərində yerləşən həbsxanada insan tələfatı ilə nəticələnən üsyan baş verib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Topo Chico həbsxanasındakı üsyanda azı 50 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.  

 

 

Ehtimal olunur ki, Topo Chico-dan bir neçə məhbus qaça bilib.

 

 

Hadisə ilə bağlı daha ətraflı məlumat yaxın saatlarda veriləcək.  

mənbə :
lent.az

Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic oldu

ılham
Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub.

Qafqazinfo xəbər verir ki, bu barədə müğənni Xəyyam Nissanov məlumat yayıb.

Müğənni bildirib ki, Mirzəyevin sol tərəfi işləmir:

“Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin”.

Xatırladaq ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.

Lakin İlham Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Buna baxmayaraq, Hərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.

Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.
Azadliq.az

Hebsxanada müğenni üçün xüsusi otaq ayırdılar


27.12.2015 / 13:09 xeber –

Həbsxanada olan müğənni Deniz Seki yaradıcılıq işlərini yarımçıq qoymur. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçı həftədə bir gün onun üçün özəl ayrılan otaqda mahnılar bəstələyir.

 

13 aydır həbsxanada olan Seki Sezen Aksunun yolladığı məktubdan sonra mahnı sözləri yazmağa başlayıb. Bunun üçün Denizə həftədə bir gün otaqda tək qalma icazəsi də verilir.

 

Müğənni həbsxanadan çıxdıqdan sonra yeni mahnıları ilə sevənlərinə sürpriz edəcəyini bildirib.

mənbə :
lent.az

MTN polkovnikinin hebsxanada özünü öldürmesi ile bağlı cinayet işi başlanıldı – YENİLƏNİB


20.12.2015 / 20:48 xeber –

Hadisə Bakı İstintaq Təcridxanasında baş verib

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

 

 

APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.

 

Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

 

Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

***

19:54

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb.

 

APA-nın məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

 

Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.

 

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.

 

Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.

 

***

17:54

 

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, həbsdə olan İlqar Əliyev təxminən özünü öldürüb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət öyrənmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda Səbail rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

 

mənbə :
lent.az

Bayramda efv ola biler

13:19 xeber – Bu il növbəti əfv fərmanı ola bilər. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində əfv haqqında fərman imzalayacağı gözlənilir.

Bu barədə məlumatı ANS PRESS-ə Əfv Komissiyasının üzvi, deputat Məlahət İbrahimqızı verib. Onun sözlərinə əsasən, hər il olduğu kimi bu il də prezident tərəfindən əfv fərmanının imzalanacağı gözlənilir:

“Biz bununla bağlı hal-hazırda iş aparırıq. Müraciət edən məhbusların hər birini fərdi olaraq araşdırırıq. Onların həbsxanada olduğu müddətdə hansı əməllər gördükləri, hansı cinayət əməlinə görə həbs olunduqları və məhbusun özünün fikirləri əfv olunmada əsas götürülür”.

Deputat baxılan müraciətlər arasında bir neçə il cəza çəkənlərlə yanaşı, ömürlük azadlıqdan məhrum edilənlərin də olduğunu deyib. “Araşdırmalarımız bitdikdən sonra siyahı İlham Əliyevə təqdim olunacaq və o da bununla bağlı fərman imzalaya bilər”.


Məlahət İbrahimqızı – əfv komissiyasının üzvi, deputat

Məlahət İbrahimqızı əlavə edib ki, ölkə başçısı bacardığı qədər hər bayramlarda məhbuslarla bağlı əfv fərmanı imzalayır.

Bu zamana kimi İlham Əliyev məhbusların azad olunması ilə haqqında 59 fərman imzalayıb, Milli Məclis amnistiya haqqında 10 akt qəbul edib, nəticədə 467 məhbus azadlığa buraxılıb.

Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında – Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

mənbə :
anspress

MTN generalı Akif Çovdarovun hebsi gözlenilir


08.11.2015 / 21:29 xeber –

Onun Bakıda gizli həbsxanası olduğu bildirilir

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

 

MTN-ə yaxın mənbələrdən strateq.az saytına daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.

 

Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

 

Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, üstəlik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.

 

Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

 

Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya aparıb saatlarla və günlərlə rahatca saxlayır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər.

 

Həmin şəxslər də tələb olunanı dinməzcə verib canlarını qurtarır, heç hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın onlara baha başa gələ biləcəyi xatırladıldığından qorxularından kimsəyə də nəsə demirmişlər.

 

Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın cinayət aləmindəki şəbəkəsi də böyük köməklik göstərib. Onlar bütün bu qaranlıq işlərində faktiki olaraq əlbir fəaliyyət göstəriblər…

 

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada “nadzor” olan, daha sonra polis sisteminə keçən, oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu “poqon altındakı fəaliyyəti” boyu “qara işlər”in ən yaxşı icraçısı kimi ad çıxarıb…

 

Belə görünür ki, indiyədək barəsində mif yaradılmış “Çovdarov əfsanəsi” də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, öz əməlləri ilə öz xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən çətin ki, yaxa qurtara bilsin…

 

mənbə :
lent.az

Narkobaron həbsxanadan qaçıb – Video

mexicobaron

Meksikanın “birinci narkobaronu” sayılan Joaquin Guzman uzunluğu 1 kilometrdən artıq olan yeraltı tunel vasitəsilə saxlandığı həbsxanadan qaça bilib.
Məlumatlara görə, hazırda Meksika rəsmiləri qaçaq narkobaronu tapmaq məqsədilə geniş polis axtarış əməliyyatı keçirirlər.

Yaxınlıqda yerləşən aeroportda reyslər müvəqqəti olaraq təxirə salınıb, yollarda avtomoibillərin yoxlanışı keçirilir.
Bundan əvvəl, 2001-ci ildə Guzman xüsusi rejimli həbsxanadan nəzarətçilərə rüşvət verərək qaça bilmişdi.

İndi isə bəzi məlumatlara görə, həbsxananın yaxınlığında inşaat yeri qurublar və tünel qazıblar.

mexicomafia

Misirin sabiq prezidenti e’dama məhkum edildi

mısır
Qahirə cəza məhkəməsi 3 iyul 2013-də siyasi çevrilişlə prezidentlikdən düşürülən Məhəmməd Mürsini edam cəzasına çarptı.
Azadliq.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

O, edam cəzasına 2011-ci il inqilabı zamanı “Müsəlman qardaşları” hərəkatı liderlərinin həbsxanadan qaçırılmasına yardım etdiyinə görə layiq görülüb.

Qeyd edək ki, Mursi ilə yanaşı “Müsəlman qardaşları”nin lideri Məhəmməd Bedia və Essam El Erian da edam ediləcək.
Müsəlman qardaşlar qərarı apelyasiya məhkəməsinə verəcəklərini açıqladı.
Azadliq.az

Tanınmış müğenni hebsxanada dini tehsil almağa başlayıb


15.02.2015 / 14:37 xeber –

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilən tanınmış Türkiyəli müğənni Dəniz Seki dini təhsil almağa başlayıb. Azadlıq.az-ın Türkiyənin “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, müğənni hazırda “Hər gün üçün bir ayə, bir hədis və bir ilmihal” kitabını oxuyur. O, həftədə 4 dəfə təşkil edilən dini dərslərdə iştirak edir və müzakirələrdə aktivlik nümayiş etdirir.

 

Qeyd edək ki,  Türkiyədə Diyanet İşləri Nazirliyi ilə Ədliyyə Nazirliyi 2011-ci ildən həbsxanalarda dini təhsilin və kursların təşkili ilə bağlı razılıq əldə edib və həmin vaxtdan bu dərslər təşkil edilir.

 

D.Sekiyə gəlincə, o, 8 ay müddətində polisdən qaçıb gizləndikdən sonra, nəhayət, yaxalandı və cəzaçəkmə müəssisəsinə göndərildi. Müğənni bundan sonra 3 il yarım həbsxanada qalmalıdır ki, həmin müddətin də son 1 ilini qanunvericiliyə əsasən şərti həbsdə olacaq.

Mənbə : Lent.az