Arda bu sebebe heyat yoldasini bosadi

[r32]
2018-05-30T21:02 xeber – Türkiyədə kişi məhkəməyə müraciət edib. O, həyat yoldaşından boşanmaq istədiyini deyib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Arda. P həyat yoldaşı Buket. P ilə yollarını ayırmaq istədiyini və evliliklərinin daha da pisə doğru getdiyini deyib.
Arda onu da əlavə edib ki, həyat yoldaşı ona “yumşaq”, yəni iqtidarsız kişi deyib. Hətta sosial şəbəkələrdə həyat yoldaşı Buketin onu təhqir etdiyini bildirib. Məhz buna görə onunla bir evdə yaşamaq istəmədiyini dilə gətirib.
mənbə :
Sputnik

Söyülməkdən qorxub gizlənən deputatlar VƏ… – Hanı bu xalqdan milyonlar oğurlayanlar?


[r32]
Milli Məclisin üzvlərinin bir çoxu Avropadan Azərbaycan rəhbərliyinə təhqirlər yağdıran mühacirlərə qarşı çıxmaqdan, Azərbaycan prezidentini müdafiə etməkdən boyun qaçırırlar. Bu barədə martın 30-da Mətbuat Şurasının təşkilatçılığı və Prezidentin köməkçisi Əli Həsənovun iştirakilə keçirilən “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbirdə bildirilib. Tədbirdə çıxış edən bir sıra media rəhbərləri şikayətləniblər ki, deputatlar söyüş-təhqir yağdıran mühacirlərə cavab verilməsi təklifindən imtina edirlər.

“Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib.

“Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.

Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.
Həqiqətən də, xalqdan səs almasalar da, məhz bu hakimiyyətin hesabına mandat, toxunulmazlıq, mənsəb sahibi olan deputatların əksəriyyəti ortada görünmürlər – belə görünür ki, Azərbaycan prezidentinin, digər ölkə rəhbərlərinin təhqir olunması onları çox da narahat etmir. Bəziləri isə hətta açıq şəkildə bildirirlər ki, söyülmək istəmədiklərinə görə bu məsələyə qarışmaq istəmirlər. Yəni başqa vaxt sədaqətdən, yüksək hörmət və ehtiramdan bəhs edən bu möhtərəmlər, özlərinin liderinə, ölkənin rəhbərinə görə heç söyülmək belə istəmirlər. Əslində, bu, heç təəccüblü də deyil. Azərbaycan parlamentinin formalaşdırılması prinsipi hamıya gün kimi aydındır və bu prinsiplərlə mandat yiyəsi olanların sədaqəti də, qabiliyyəti də elə bundan artıq olmamalıdır.

Ümumiyyətlə, son vaxtlar “söyüş müxalifətinin” ortaya çıxardığı bəzi gerçəklər diqqəti cəlb edir. Bir neçə şəxs hər gün videolar paylaşır və bu videolarda Azərbaycan prezidenti və daha bir neçə vəzifəli şəxs ən nalayiq ifadələrlə təhqir olunurlar. Lakin, sanki bir neçə nəfərdən başqa bu vəziyyət heç kimi narahat etmir. BƏS HANI YAP-ın 600 MİN ÜZVÜ? BƏS HANI BU İQTİDARIN HESABINA AZƏRBAYCAN XALQINDAN MİLYONLAR, MİLYARDLAR OĞURLAYANLAR? Niyə 3-5 nəfərdən başqa kimsə sinəsini qabağa verib, öz liderini, öz iqtidarını, öz dövlətini müdafiə etmir?

Əlbəttə, sual oluna bilər: 3-5 nəfər Avropada oturub, təhqir dolu videolar paylaşırsa, buna qarşı istər deputat olsun, istər YAP üzvü, istərsə də vəzifə adamı, nə edə bilər? Haqlı sualdır. Prinsipcə, bunun qarşısını almaq mümkün deyil. Sən nə etsən də, söyüş söyənlər söyməkdə davam edəcəklər.

Amma… Gəlin bir anlığa təsəvvür edək ki, Avropada olsa da, yeri-yurdu bəlli olan, tez-tez bəlli məkanlarda aksiyalar keçirən adamlar Türkiyə prezidenti Ərdoğanı söyüb-təhqir edirlər. Bu zaman nə baş verərdi? Əmin olun, həmin adamlar nəinki Avropanın siyasi mərkəzlərində aksiya keçirə bilməz, heç gizləndikləri yerlərdən başlarını çıxara bilməzdilər! Avropadakı türklər, fanatik ərdoğançılar onları doğulduqlarına peşman edərdilər! Bir təhqiramiz videoya qarşı Yutub minlərlə cavab videosu ilə aşıb-daşardı!…

İndi sə gəlin Yutuba daxil olub, Vidadi İsgəndərlinin təhqirlərinə qarşı bircə YAP-çı gəncin adekvat cavab videosunu tapmağa çalışaq… YAP iqtidarından faydalanan, onun hesabına Bakıya cırıq şalvarla gəlib, indi on milyonlara, yüz milyonlara sahibi olanların birini görək ki, bir video paylaşıb, “atəşi” liderindən yayındırıb, öz üzərinə çəkməyə çalışır…

Bəs hanı bu adamlar? Hanı çoxminli iqtidar yaltaqları? Hanı ölkəni qarış-qarış satan icra başçıları? Hanı milyonlara pul deməyən nazirlərin övladları? Hanı dövlət sifarişləri hesabına milyonçu olan iş adamları? Hanı hər il dövlətdən yüzminlər alan baş redaktorlar, ev alarkən prezidentə təşəkkür növbəsinə düzülən jurnalistlər, katibələr, sürücülər və digərləri?

Bu qədər təhqirlərdən sonra bircə kişi öz cibinin pulu ilə təyyarəyə oturub, bütün günü Avropanın küçələrində şəkil yapışdıran adamların sadəcə üzünə tüpürmək üçün hələ də Avropaya uçmayıbsa, demək ki… demək papağı qarşıya qoyub, yaxşı-yaxşı fikirləşməyin vaxtıdır!(Azpolitika.info)

Prezident İlham Əliyev Əli Kərimli, İsa Qəmbər və Pənah Hüseyn haqqında- Şok açıqlamalar

ılham
Dünən yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. O, görüşdə nitq söyləyib. Prezident 90-cı illərin əvvəllərində ölkədəki vəziyyətlə bağlı danışarkən, AXC-Müsavat iqtidarını tənqid edib. Lakin bu, ümumi tənqid olmayıb. İ.Əliyev həmin iqtidarın kadr siyasətinə toxunub və hakimiyyətin ən üst qatında vəzifə tutan şəxslərin şəxsi keyfiyyətlərini sadalayıb, onlarla bağlı kinayəli sözlər deyib.

“AzPolitika” Prezidentin çıxışının həmin hissəsini olduğu kimi təqdim edir:

“O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil – o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi – sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.

Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə – 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir”.

Gömrükdə nə baş verir? OLİQARXLAR PREZİDENTİN QƏRARINI SABOTAJ EDİR

gomruk
Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər”

Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilmir

Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində normal rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı suala kifayət qədər aydın cavab verib.
“Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın” deyə, komitə sədri bildirib.
Belə xəbərlər var ki, malların idxalı sahəsində ayrı-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması qərarından sonra Rusiyadan və Türkiyədən gətirilən tikinti mallarının qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma var. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda əhalinin ən çox narazı qaldığı ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin də yaxın vaxtlarda aşağı düşəcəyi, bolluq yaranacağı gözlənilir
gomrük
Monopoliyanın ləğvi ilə bağlı qərar eyni zamanda manatın ikinci devalvasiyasından sonra ölkədə artan sosial gərginliyin yumşaldılmasında, hətta tamamilə aradan qalxmasında ciddi rol oynaya bilər.
Gömrükdə inhisarçı sistemin konkret nə vaxtdan tətbiq olunduğunu söyləmək çətin olsa da, mediada 15 ildən artıqdır ki, bu mövzu davamlı müzakirə edilir. Hökumət heç vaxt monopoliya olduğunu etiraf etməyib və bu gün də bu açıq deyilmir, yalnız brokerlərdən danışılır ki, bu barədə bir qədər sonra…
İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənir. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvi ən vacib məsələ kimi gündəmə gəlmişdi.
Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin iki dəfə qalxmasına etiraz olaraq bölgələrdə keçirilən aksiyalar gömrükdə az qala inqilab kimi dəyərləndirilən qərarın nə qədər vacib olduğunu bir daha sübut etdi.
gümrük
İllərlə formalaşmış broker sistemi (monopolist sistem) bu müddət ərzində xeyli dəyişilib, hətta təkmilləşdirilib də. Gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən brokerlər Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq sərhəddə ikinci “sərhəd” yaradıblar. Aydın Əliyev sözügedən müsahibədə də bu faktı etiraf etdi və onların fəaliyyətinin “qeyri-qanuni” elan olunmasının mümkünsüzlüyünü də dedi. Yəni brokerlərin sahibkarlarla müqavilələr bağlatmağa məcbur etməklə gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən məcburi alınması faktiki “qanunla tənzimlənir”. Məhz bu səbəbdən də komitə sədrinin dediklərindən belə anlaşıldı ki, Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilməyəcək. Çünki ortada qanun var. Qeyri-rəsmi məlumatlara görə, 2006-cı ildən fəaliyyət göstərən “Trans Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var!
brooker
Gömrük Komitəsinin isə 3 min əməkdaşı olduğu deyilir. Bu müqayisəli rəqəmlərin özü iqtidarın necə çətin bir işə girişdiyinin əyani sübutudur. Açıq deyilməsə də, heç iqtidarın ən yüksək düzeyinə də sirr deyil ki, gömrükdəki “broker sistemi” əslində ayrı-ayrı oliqarxların maraqlarına, milyonlar qazanmasına xidmət edir. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına birbaşa ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, belə bir qərarın verilməsi iqtidarın daxilində yeni narazı qüvvələr yarada bilər.
broooker
Çünki böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli hissəsini əlində cəmləşdirən oliqarxlar asanlıqla təslim olmaya bilər. Onların müqavimət göstərmək, qərarın reallaşmaması üçün ən müxtəlif üsullara, hətta məşhur filmdə İmanın taxıl gizlədən Kərbəlayi İsmayıla dediyi “sabotaja” da əl atmaq imkanları var. Artıq belə bir prosesin başladığı barədə məlumatlar da gəlməkdədir. İdxala və istehsala böyük ölçüdə nəzarət edən oliqarxların öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlətdikləri”, daha doğrusu, “qiymətlər sərf etmir” bəhanəsi ilə bazara çıxarmayacaqları barədə xəbərlər yayılır.
Məlumata görə, yenə də sahibkarların yüklərinin ölkəyə ən müxtəlif bəhanələrlə buraxılmaması ilə bağlı şikayətlər səngiməyib. Bu isə oliqarxların monopoliyanın ləğvinə qarşı müqavimət göstərdiklərinin daha bir sübutudur. Komitə sədri müsahibədə “brokerlərlə bacarmırıq” demədi, amma doğru olanı dedi: “Sahibkarlar brokerlərə yox, komitəyə müraciət etsinlər”.
Prezident İlham Əliyevin çıxışlarında “natəmiz” və “həris” sözləri ilə xatırlatdığı bəzi məmurların xalqın çətin günündə də öz qazanclarını düşünməsi, üstəlik, iqtidara qarşı narazılığı körükləməsi hakimiyyətin üst qatında da ciddi narazılıq yaradıb.
Hətta belə iddialar var ki, prezident Gömrük Komitəsini də reputasiyası xeyli korlanmış MTN kimi ləğv edə, qurumun səlahiyyətlərini ya Vergilər, ya da Maliyyə nazirliklərinin tərkibinə verə, yüklərə nəzarət funksiyasını isə “ASAN xidmət”ə həvalə edə bilər.
Bəzi oliqarxlar illərdir hədsiz varlanmalarına səbəb olan iqtidarın ayağının altını qazırlar. Onların öz qazdıqları quyuya düşmə ehtimalı daha çoxdur… (“Yeni Müsavat”)

Parlamente qaz bombası atıldı

22:37 xeber – Kosovo parlamentinə yenə qaz bombası atılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Kosovo Məclisində aylardır davam edən iqtidar-müxalifət böhranı 2016-cı il büdcə layihəsinin ümumi müzakirəsi zamanı yenidən başlayıb.

Müxalifətdəki “Özün qərar al hərəkatı” partiyasının sədr müavini Qlauk Konjufca iclasın keçirildiyi zala qaz bombası atdığından Məclis başçısı Qədri Veseli müzakirələrə ara verərək, hər kəsi çölə çıxmağa dəvət edib.


Milli Məclisdə qaz bombası

Lakin başçının sözlərinə əhəmiyyət verməyən millət vəkilləri maskasız müzakirələrini davam ediblər. Hadisə yerinə polislər də cəlb olunub, onlar salona maska ilə giriblər.


Polislərin hadisə yerinə gəlməsi

Analoji hal Milli Məclisdə ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də “Özün qərar al hərəkatı” partiyasının millət vəkilləri Fisnik İsmayıllı və Faton Topallı da həmin iclasda iştirak edib. Onlar törətdikləri əmələ görə bir müddət ev dustağı olublar. Hadisə bu il avqustun 25-də baş vermişdi. Ümumilikdə, qaz bombasının iclas zalına atılmasına görə 4 millət vəkili şübhəli şəxs kimi saxlanılıb.


Avqust ayında baş verən qaz bombası

mənbə :
anspress

Mahmudovu bitirən səbəb: “Daxildə Çevriliş”

mahmudovmtnSabiq nazirin görünməyən gücü; Siyasi və dini müxalifətə ən müxtəlif üsullarla təsir imkanları yaratmış Eldar Mahmudov ölkənin siyasi nəbzini müəyyənləşdirən “Ag evi” qabaqlamağa, özünün prezident üçün önəmini qabartmağa çalışıb; müxalifət-iqtidar görüşlərini təşkil edən Prezident Administrasiyasına qarşı da çıxan məhz MTN şefi olub və həm də gizli səsyazısı ilə…

Azadliq.az-ın Musavat.com-a istinadən veridiyi xəbərə görə, Milli Təhlükəsizlik Nazirliyində (MTN) Eldar Mahmudovun işdən çıxarılmasından sonra sahibkarların incidilməsi və həbslərlə bağlı yayılan ən müxtəlif səpkili xəbərlər “ipin ucunu” tapmağa imkan vermir. Ola bilsin ki, müəyyən dairələr də bütün ölkəni silkələyən hadisələrin əsl mahiyyətinin aşkara çıxmaması üçün mediaya müxtəlif “yem materiallar” ötürməkdə maraqlıdır.

İqtidar rəsmiləri niyə susur?

Hakimiyyət rəsmiləri 12 gündür müəmmalı şəkildə susur, dövlət qəzetləri sanki bu boyda həngaməni görməzdən gəlir, bu mövzuda danışan bir-iki deputatın da səsləri daha çıxmır. YAP başının seçkiyə qarışdığını iddia edərək hakimiyyətin mühüm bir strukturunda baş vermiş olayları guya ki, diqqətə almır. Halbuki Eldar Mahmudovun istefası ilə başlamış “təmizləmə” təkcə MTN-lə məhdudlaşmır, sabiq nazirin və onun general heyətinin hətta ən xırda bir dövlət görəvində çalışan qohumları işdən çıxarılır, biznesləri, sirləri, mülkləri ortaya tökülür. Elə təəssürat yaranır ki, MTN çekistlərinin sanki ortada elə bir xain planı, xəyanəti olub ki, nəinki onları, hətta bütün qanbağı olanları belə cəzalandırırlar. Telekanallar 2005-ci ildə iki hökumət üzvünün qandallanmasından fərqli olaraq sabiq nazirin bağı-villasını nümayiş etdirmir, əvəzində isə Eldar Mahmudovun cəmi 20 gün əvvəl üzərindən quş uça bilməyən topdağıtmaz villasının fotoları “medianın yeminə” çevrilir. “MTN bulmacası” davam etdikcə, ortaya yeni-yeni faktlar, fotolar, hətta bəlkə videolar da çıxacaq.

Eldar Mahmudovun gücü nədə idi?

“MTN işi”nin üzə çıxardığı ən ciddi “ip ucu” Eldar Mahmudovun elə özü, daha doğrusu, görünməyən gücüdür. İstisna hallarda xəbər proqramlarında epizodik görünən, nazirlərin müşavirəsində özünü çox arxayın hiss edən, qələmini belə qarşısına qoyduğu dəftərçəyə az hallarda yaxınlaşdıran Eldar Mahmudov hakimiyyət içərisində ən məğlubedilməz nazir imiş, sən demə…

mahmudovv

Onun barəsində tənqidçi media son illər nə isə yazmağı özünə qadağan da etmişdi, çünki ortada MTN-in şər maşının altında qalmış onlarla jurnalist nümunəsi vardı. Eldar Mahmudov haqda hökumət də, deputatlar da heç nə danışmırdılar. Bəzi nazirləri Milli Məclisdə tənqid etməyə həvəsli olanlar, unudurdular ki, axı onların oturduğu binadan 100 metr aralıda ölkənin təhlükəsizliyi etibar edilmiş bir nazirlik, bir qamətli nazir də var. Müharibə şəraitində olan, kəşfiyyatların daima burnunu soxmaq istədiyi bir ölkənin milli təhlükəsizlik naziri niyə bir qapalı toplantıda hesabat belə vermir axı? İndi iddia olunur ki, MTN naziri nəinki hesabat, hətta ən qüdrətli nazir və komitə sədrlərindən “hesab” alırmış, yəni aylıq xərac yığırmış…
Eldar Mahmudovun mübhəm nazirliyə başçılığı ilə onun qüdrəti arasında bərabərlik işarəsi qoymaq əvvəldən də mümkün deyildi, çünki o, peşəkar xəfiyyəçi yox, keçmiş OBXSS idi və reputasiyası da kristal olmamışdı. Fəqət, “prezidentə bağlı və sadiq” kadr kimi tanınması onun bütün yollarını açıq etmişdi və ta o vaxtadək ki…

Zamanı yetişmişdi…

mtnnn

“MTN işi”ndə ikinci ip ucu da məhz zamanla bağlıdır. Nazirin 1 noyabr ərəfəsi vurulması, hakimiyyətin ən vacib bir strukturunda təmizləmənin niyə məhz seçkiyə sayılı günlər qalmışa təsadüf etməsi ilə bağlı neçə-neçə versiyalar yazılıb. Məntiqlə hakimiyyət bunu 20 gün ertələyə də bilərdi. Amma E.Mahmudovu “ipə” aparan zaman seçki ərəfəsi yox, lap çoxdan da başlamışdı.

“Qara kəmər” əməliyyatının qəhrəmanı hesab olunan E.Mahmudov və rəhbərlik etdiyi nazirlik zaman keçdikcə, prezidentdən başqa digər dövlət rəhbərliyinə itaətsizlik göstərməyə başlamışdı. Sabiq səfir Arif Məmmədov da nazirin istefasına səbəb kimi məhz bu məqamı qabardaraq “Eldar Mahmudovun özünə klan yaradığını və Prezident Administrasiyasına qarşı çıxdığını” açıqlamışdı. Bu barədə əvvəllər də xəbərlər vardı, media yazmasa da, müşahidələr onu göstərirdi ki, Eldar Mahmudov Prezident Administrasiyasına qarşı savaşdadır.

mtnsefi

MTN şefinin hər yerə əli çatırdı, çünki rəhbərlik etdiyi strukturun “əli uzun” və “qulağı” ölkənin bütün nazirliklərində idi. MTN həm siyasi, həm dini müxalifətin də içinə sıza, orada şəbəkə yarada və istənilən əməliyyatı həyata keçirə bilirdi. Siyasi və dini müxalifətə ən müxtəlif üsullarla təsir imkanları yaratmış MTN sefi ölkənin siyasi nəbzini müəyyənləşdirən Bakıdakı “Ag evi” qabaqlamağa, özünün iqtidar üçün önəmini qabartmağa çalışırdı. Müxalifətə təsir imkanları və “yaçeyka”lar yaratmaq cəhdi artıq başqa bir strukturun – Prezident Administrasiyasının səlahiyyətlərinin mənimsənilməsi demək idi. Eldar Mahmudov MTN həddini çoxdan aşmışdı…

Məlumata görə, müxalifət-iqtidar görüşlərini təşkil edən Prezident Administrasiyasına qarşı da çıxan məhz MTN şefi olub. Real görünməyə də bilər, çünki ortada dialoqla bağlı prezidentin iradəsi və tapşırığı vardı. Amma günlərin birində məhz MTN agenturası dialoqda iştirak edən bir partiya sədrinin iqtidarla bağlı sərt mövqeyini əks etdirən audioyazını ortaya qoyub dövlət rəhbərliyindən “bu adamlarla bir masada oturmağa ehtiyac varmı” soruşarsa, nə cavab vermək olar? Xatırladaq: böyük ümidlərlə başladılmış dialoq yarımçıq qaldı, heç bir tutarlı səbəb göstərilmədən bitdi. İddia olunur ki, bu siyasi prosesi MTN-in məlum audioyazı avantürası bitirib. Administrasiyanın iradəsindən kənar, onların işinə “agentura” müdaxiləsi ilə…

mtnbinaaa

***
Yeri gəlmişkən, MTN rəhbərliyinin əsas suçunun həm də hakimiyyətin daxilinə müdaxilə edərək, telefon danışıqlarını dinləməsi olduğu da aydındır. Tutulanların hamısı “telefonçu” şəbəkəyə daxildir. Bu şəbəkə siyasi hakimiyyəti sanksiya ilə dinləyibsə, indi gərək Eldar Mahmudov baş nazir, bir-iki nazir də həbsdə olardı. Əgər gizli dinləmələr iddiası doğrudursa, şübhə yoxdur ki, Eldar Mahmudov bu danışıqları yalnız və yalnız daha çox güclənməsi üçün edib. Amma daha nə qədər güclü ki?

***
MTN rəhbəri ölkənin siyasi mühitinə təsir imkanlarını artırmaqla yanaşı, iqtisadi qüdrətini də gücləndirirdi. Dövlətin ən varlı bankının rəhbəri ilə qohum olmaqla pula da, bank sektoruna da nəzarətini artırmışdı. O pulların hesabı illər sonra sorulanda məlum olacaqdı ki, pullar xaricdə zavod-fabriklərin qurulmasına xərclənib, offşor hesablara yatırılıb, ölkədən qaçaq yolla çıxarılıb.

***
Məlum “deputat alveri” qalmaqalında MTN-in də rol aldığını indilikdə iddia etmək olmaz. Amma düşünək: niyə nazir işdən çıxarıldıqdan sonra video qalmaqalının əsas qəhrəmanı Elşad Abdullayevin qardaşı da Respublika Prokurorluğunda işdən qovuldu. Məgər E.Abdullayev Prezident Administrasiyasını sərt hədəfə çıxaran bəyanatlar verəndə qardaşını işdən çıxarmaq olmazdımı? Axı E.Abdullayevin neçə vaxtdır səsi də çıxmır, əcəba, onun qardaşı indi niyə yada düşdü?

Onda “ipləri” bağlamağa çalışaq: məlum video qalmaqalında MTN-in də ciddi rolu olub. Amma o zaman E.Abdullayevin qardaşını işdən qovmaq güclü dəstəkçisi sayəsində mümkün olmayıb. İndi isə zamanıdır…

***
Eldar Mahmudov maddi olaraq “şişmə” həddini bəlkə də keçməmişdi, bəlkə də 11 il ərzində topladığı sərvətinə görə hakimiyyətini davam etdirən nazirlər arasında heç “lider” də deyil. Onun siyasi hakimiyyət iştahasına düşüb amerikalıların aldatdığı Fərhad Əliyev kimi özünü güdaza verdiyi də inandırıcı deyil. Çünki dünyanın hər yerində rəsmən “qulağı” olan MTN-in rəhbəri boy göstərmək üçün siyasi dəyişikliyin nə zaman yetişdiyini “cırtqoz müxalifətdən” daha yaxşı bilərdi. Amma E.Mahmudovun siyasi komandada bu dərəcədə təsirli rol alması, görünür, onu hakimiyyətin daxilində “çevriliş” etməyə meylləndirib. Unudub ki, kimisə devirmək, vəzifədən almaq, zəiflətmək üçün yalnız bir şəxs var: onu 17 oktyabrda vəzifəsindən çıxaran prezident İlham Əliyev.

Mənbə : “Yeni Müsavat”

Bülent Arınç: “Yeniden tekbaşına iqtidar olacağıq" – MÜSAHİBƏ


19.10.2015 / 10:44 xeber –

 

Bülənt Arınç: “Seçkidə güclü bir hökumət qurmaq üçün kifayət qədər mandat əldə edəcəyimizi düşünürük”

 

Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, baş nazirin keçmiş müavini Bülənt  Arınçın APA-ya müsahibəsi

 

– 7 iyundakı seçkidə namizəd olmadınız. Seçkidən sonra hökumət qurula bilmədi, Türkiyə 5 ayda ikinci seçkiyə gedir. Məclisdə olsaydınız, hökumət qurulması üçün fəal şəkildə təşəbbüs göstərərdinizmi?

 

– Məclisdə olsaydım da nəticə dəyişməzdi. Biz Ak Parti olaraq seçkidən çıxan nəticəyə görə koalisiya hökuməti qurmağın vacibliyini anladıq. Uzun müddət davam edən müzakirələr oldu. Amma koalisiya qura biləcəyimiz ehtimalı olan partiyalarla bu iş nəticələnmədi. Ona görə də məcburən seçkiyə gedirik. Hörmətli baş nazirimizin hökumət qurmaq üçün səmimi şəkildə çalışdığına mən inanıram. Çətin şəraitdə olsa da, 1 noyabrda inşallah, önəmli bir seçki keçirəcəyik. Bizim könlümüzdən keçən budur ki, Ak Parti təkbaşına iqtidar olacaq. Ak Parti yenə birinci olacaq, ən çox mandatı yenə biz alacağıq. Dünən Bursa mitinqində də dedim, hal-hazırda rəy sorğuları bizim 276 mandata çatdığımızı göstərir, ancaq bu, kifayət deyil. Yüksəliş trendindəyik və seçkiyə qədərki 15 gündə reytinqimizin daha da yüksələcəyini və güclü bir hökumət qurmaq üçün kifayət qədər millət vəkili mandatı əldə edəcəyimizi düşünürük.

 

– Zati-aliniz Məclis sədri olandan sonra TBMM-nin müstəqilliyi və aktivliyi artdı. Bunun örnəklərindən biri ABŞ quru qüvvələrinin İraqa Türkiyə ərazisindən göndərilməsinə dair təklifin 1 mart 2003-cü ildə  rədd edilməsiydi. Avropa Birliyi ilə üzvlük müzakirələri çərçivəsində Məclis 2007-ci ilə qədər çox önəmli qanunlar qəbul etdi. Ancaq xüsusilə, 2014-cü ildəki bələdiyyə seçkisindən üzü bəri Türkiyənin prezident üsulu-idarəsinə keçməsi məsələsi, yəni parlamentar sistemdən vaz keçilməsi gündəmdədir. Parlamentar sistem Türkiyə əhalisinin xarakterinə uyğun gəlirmi, yoxsa o sistemlə ölkəni bundan o tərəfə idarə etmək mümkün deyilmi?

 

– Bunların hamısı ölkəni idarə etmənin müəyyən formalarıdır. Prezidentlik, yarı prezidentlik, parlamentar demokratiya və digərləri. Demokratik olandan sonra birini o birindən daha böyük və ya kiçik görməmək lazımdır. Bu ölkə daha yaxşı şəkildə necə idarə edilə bilər? Önəmli olan budur: 78 milyon əhalimiz var, güclü demokratiyamız var. Öz daxilimizdə, özümüzdən irəli gələn bəzi problemlərimiz var, bölgəmizdən irəli gələn bəzi problemlər mövcuddur. Dünya siyasətində bundan sonra necə daha güclü ola bilərik? İqtisadi inkişafımızı necə daha da gücləndirə bilərik? Ölkəni demokratik üsullarla idarə edərkən necə daha güclü idarə forması tapa bilərik? Bu axtarışlardan biri də prezident üsul-idarəsidir. Bunu müzakirə etmək demokratiyadan kənarda diktatorluq axtarmaq deyil. Bu gün Qərb ölkələrinin bir çoxunda da prezident üsul-idarəsi var. Ancaq bu, bir ideyadır. Bizim niyyətimiz bu cür idi: əgər Konstitusiyanı dəyişdirəcək bir qüvvəyə sahib olsaydıq, yəni 367-dən çox millət vəkilimiz olsaydı, 3-4 partiyanın bir araya gəlib hazırlaya bilmədiyi Konstitusiyanı biz hazırlayacaqdıq. Yeni Konstitusiyanı hazırlayarkən ölkənin idarə formasının nə olacağını da müzakirə edəcəkdik. Əgər onların içində Fransa modeli – yəni, yarı prezidentlik üsul-idarəsi və ya Amerika modeli – yəni, tam prezidentlik sistemi daha yaxşı olardı deyə bir konsensus meydana çıxsaydı, prezidentlik sistemini ondan sonra düşünəcəkdik. Yoxsa bu, mənim bu gün axşamdan sabaha düşünüb həyata keçirəcəyim bir şey deyil. Hörmətli prezidentimiz təkidlə prezidentlik sisteminin Türkiyə üçün daha faydalı nəticələr verə biləcəyini düşündü. Amma biz də hökumətdə dedik ki, Konstitusiyanı tək başımıza hazırlamaq üçün imkanımız olarsa, bu məsələni düşünə bilərik. Konstitusiyanı təkbaşına hazırlama imkanımız olmasa, bu məsələdə heç bir gücümüz də olmayacaq. Çünki müxalifət partiyaları prezidentlik sisteminə açıq şəkildə qarşı çıxırlar. Ağıllı düşünmək lazımdır: 7 iyunda 258 millət vəkili mandatı aldıq. Yeni Konstitusiya hazırlamaq və ya mövcud Konstitusiyanı dəyişdirməyə ən azı 330 mandat lazımdır. Məclisdə 330 mandat olarsa, referenduma getmək mümkün olur. Amma digər partiyalar buna qarşı olduğuna görə, prezidentlik sistemi də daxil olmaqla, yeni Konstitusiyanı unutmaq lazımdır. Ona görə bir daha təkrarlayıram:  biz 1 noyabrdakı seçkidə 330-dan çox mandat alsaq, yeganə vədimiz var ki, o da yeni Konstitusiya hazırlamaqdır. Yeni Konstitusiyada icra orqanı, məhkəmələr və Məclis necə olacaq? Bunları müzakirə edərkən idarəçilik sistemlərinin üzərində də duracağıq.

 

– 16 may 2000-ci ildə Fəzilət Partiyasının qurultayında Abdullah Gül Rəcai Kutana məğlub olarkən siz demişdiniz ki, istəsəydim, özüm namizəd olub  səs fərqini qapadar və sədr seçilərdim. Daha sonra Fəzilət Partiyasından ayrılıb Ədalət və İnkişaf Partiyasını qurdunuz. Ak Partinin 4 qurucusu – Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və Əbdüllətif Şənər həmişə ön planda oldu. Ak Partinin 12 sentyabrdakı son qurultayında Mərkəzi Qərar və İcra Şurası siyahısında adınızı görməmək qəlbinizi sındırdımı?

 

– “Burası Eşmə, yaramı deşmə”… (Gülür – M. Ə.) Sən Türkiyənin məsələlərini bizdən daha yaxşı bilirsən, bir də “azərbaycanlı jurnalistəm”, – deyirsən. Bizim Türkiyədəki jurnalistlərin qulağı cingildəsin. Sən rentgenimizi yaxşı çəkmisən…

 

– Məclisdəki 20 ilinizi  çox yaxından izləmişik.

 

– Təşəkkür edirəm. 14 may 2007-də qurultayımızı keçirdik və biz 500-dən çox, hörmətli Kutan isə 600-dən çox səs aldı. İkiyə bölsəniz, 35-40 səslə nəticə bizim əleyhimizə oldu. Heç önəmli deyildi. Biz orada bir həqiqəti ortaya qoyduq: Fəzilət Partiyasının 2 namizədli qurultayını keçirdik. Bu, demokratik bir yarışdır. Ancaq sonradan Fəzilət Partiyası qapadılınca, biz daima partiyası qapadılan siyasətçilər olmaqdan o tərəfə, Türkiyədə iqtidara gəlməyin yollarını axtardıq və Ak Partini qurduq. O partiyanın qurucuları arasında bütün millətimiz var. Və çox şükür ki, 13 ildə həmişə ən başda olmaq üçün güləş meydanına çıxdıq, təkbaşına iqtidar olduq. Yenə eləyik. Siz 7 iyundakı nəticəyə baxmayın, yenə biz, inşallah, güclü bir hökumət quracağıq. Mən 20 ildən bəri Məclisdəydim. Artıq yoruldum və bir az dincəlmək lazım olduğunu düşündüm. Millət vəkilliyimizə son qoyaraq yeni arkadaşların önünü açdıq. Bunu çox əvvəldən demişdim: 2011-ci ildəki seçkidən sonra bir daha namizəd olmayacağımı dedim. Son 6 ayda, 1 ildə bunu daha çox dedim. Bir insanın öz sözünün üstündə durması lazımdır. Ona görə 3 dönəmi başa çatanların yenidən namizəd ola bilməyəcəkləri deyiləndə mən “Bunun mənə dəxli yoxdur, onsuz da mən namizəd olmuram” – dedim, namizədliyimi irəli sürmədim. Baş nazirimizə də namizəd olmayacağımı və partiyada aktiv vəzifə tutmayacağımı dedim. Bu, onun nəticəsidir. Ancaq qurultaya getmişdim, səs verdim və indi də görürsünüz ki, yenə Ak Partinin uğur qazanması üçün çalışıram. Qəlbimdə heç bir sınıqlıq yoxdur. Bir halda ki dünyada hər şey fanidir, bu iş də fanidir. Kənara çəkilib, gənclərə fürsət verməkdə fayda var. İnşallah, mənim bu davranışım başqalarına örnək olar. Ancaq 80 yaşındakılar hələ də “Biz gəncik, millət vəkili olacağıq”, – deyirlər. Allah yollarını açıq etsin. İnşallah, biz, Ak Partinin o böyük kadrlarıyla daim uğurlar qazanacağıq.

mənbə :
lent.az

Rus rublunun ucuzlaşmasının manatın kursuna tə’siri

Paulgobl
Paul A. Gobl 1949 təvəllüdlü amerikalı politoloq, hazırda “İslam və Avrsiyada geosiyasət” mövzusunda dərs verən keçmiş Sovet İttifaqını çox yaxşı bilən bu mövzularda 150 dən çox məqalələr yazan bir bilim insanıdır. Erməni mətbuatı da qəzetlərində Paul Goblun fikirlərinə çox yer verirlər.

“Rusiya hökuməti və cənab Putin son zamanlar Bakını Moskva hakimiyyətinə yenidən tabe etdirmək üçün Azərbaycan qarşısında bir sıra çətinliklər yaradıb. Onlar manatın devalvasiyasından istifadə edirlər. Elita arasında parçalanmaya səbəb olub, əhaliyə zərər verməklə. Bu, Bakıda rejimin zəifləməsinə gətirib çıxaracaq və Moskvaya qəbul olunması mümkün olmayan tələblər irəli sürməyə imkan verəcək”.

Bu fikirlər tanınmış amerikalı politoloq Pol Qobla məxsusdur. Postsovet məkanındakı prosesləri kifayət qədər peşəkarlıqla təhlil etmək qabiliyyətinə malik şərhçi Azərbaycanı gözləyən növbəti təhlükədən bəhs etməklə əslində bizi xəbərdar etmək istəyib.
Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlindən sonra şimal qonşumuzda vəziyyətin olduqca təhlükəli olduğuna bir daha şahid olduq. Dünyanı nüvə ilə təhdid edən, istədiyi ölkəyə qoşun yeridən, onu tikə-parça edən imperiya varisində artıq silahlar işə düşüb, müxalif mövqeli insanlarla silahla danışılır. Nə fərqi, tətiyi kim, yaxud kimin sifarişi ilə çəkib?
Düzdür, rəsmi Bakı Avrasiya Birliyinə qoşulmadığı kimi, heç may ayında Riqada Avropa Birliyinin asosiativ üzlük sazişinə də imza atmağı düşünmür. Lakin Rusiya daha balansı qəbul etmir, “qoşulmamaq” yolunu tutan Bakının iradəsini qırmaqdan ötrü hər cür təxribata gedilə bilər.

Əgər P.Qoblun dediyi kimi, rus rublunun ucuzlaşması belə Azərbaycan manatının kursuna təsir göstərib ölkədə idarəolunmaz situasiya yaradırsa, o halda Rusiyadan ehtiyatlanmaq gərəkdir. Bu, 2013-cü ildə hərbi gəmilərlə Bakı buxtasına gələn Putindir və geriyə yolu yoxdur.

Üstəlik, Amerika, Avropa oturub plan cızana qədər Moskva istədiyi postsovet ölkəsinə bayrağını taxa bilir. Görünən budur ki, şimaldan növbəti təhlükələr gəlir. Qış bitir, “rus ayısı” yuxudan hələ indi durur. Gürcüstan ram olundu, Gümrüyə quru yol açıldı, qaldı Bakı. Azərbaycan Xalq Cümhuriyyəti də elə bir yaz günündə işğal olunmuşdu…

Bu gün ölkədə sabitliyin qorunması üçün həm iqtidar, həm müxalifət bütün gücü ilə çalışmalıdır. Əksi böyük fəlakətlərə səbəb ola bilər. Hakimiyyət manatın kursundakı dəyişikliyin əhaliyə vurduğu zərbənin qarşısını almaq üçün təcili tədbirlər görməlidir ki, hansı qüvvə müflisləşən camaatın emosiyasını coşdura bilməsin. Naməlum birisinin təyin etdiyi 28 fevral aksiyasında iştirak etməyən müxalifəti tənqid edənlər də haqlı deyil məncə. Üstəlik, bu gün bahalaşma əleyhinə mitinq də çıxış yolu deyil. Olsa-olsa bu, “ərəb baharı”ndakı aksiyaları xatırladacaq.

O zaman hökumət inqilab dalğasından narahat olub nələrsə etmək istəyirdi, ancaq müxalifətin aksiyaları, həbs dalğası bu tədbirləri arxa plana keçirdi, zəif etirazları görən iqtidar bir az rahatlaşdı. İndi də keçirilən aksiyalar ən uzağı “manat məhbusları” kimi yadda qalacaq. Sonra həbsdə olanların azadlığı üçün əfv müraciətlərini eşidəcəyik. Bunlar isə ümumölkə miqyaslı problemlərin həllinə aparmır, əksinə, daxildə münasibətləri kəskinləşdirir, xarici təzyiqləri artırır.

İstədik, istəmədik, Azərbaycan hakimiyyəti Avropa Oyunlarına ciddi hazırlaşır. Gəlin məsələyə real yanaşaq, nə hakimiyyət etirazları nəzərə alıb bu tədbirdən imtina edəsi, nə də dünya ölkələri yol puluna qədər ödənəcək oyunlara “yox” deyəsi deyil. Ona görə də ən normal yol ölkəsində Avropa oyunları keçirən hakimiyyətin elə Avropa prinsiplərini tətbiq etməsinə, siyasi məhbusları bu yarışlara qədər azad etməsinə, bahalaşmanın qarşılığında vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmasına nail olmaqdır.

Təcrübə göstərib ki, hakimiyyət onunla zorakı dillə danışanların haqlı arqumentlərini belə qəbul etmir. O halda üz-üzə oturub danışmaq, inandırmaq yeganə çıxış yoludur. Ərəb ölkələrinə inqilabların gətirdiyi “xoşbəxtliyi” görəndən sonra gərək ki, kimsə inqilab sözünü dilə gətirməsin. Təbii ki, əgər bu məmləkətin gələcəyini düşünürsə…

Bu gün ölkədə iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələyə keçid müşahidə olunur, artıq iki görüş arxada qalıb, üçüncüsünə hazırlıq gedir, təmasların iki aydan bir keçirilməsi razılaşdırılıb. Deməli, ölkədə yaranan gərginlik bu kövrək münasibətlərin üstündən xətt çəkə, münasibətləri daha da pisləşdirə bilər. Bu, Rus ayısı üçün göydəndüşmə olar. Bizə belə nəticə lazım olmamalıdır məncə…
Elşad Paşasoy

Azadliq.az