İran prezidenti ve Boyuk Britaniya kralicesinden İlham Eliyeve tebrik

[r32]
2018-05-22T18:21 xeber – . İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Cənab Prezident.
Milli bayramınız 28 May — Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.
mənbə :
Sputnik

Vəkili Mahmud Əhmədinejatın həbs olunmasından danışdı – Əhmədinejat aksiyalara görə ittiham olunur (YENİLƏNDİ)


[r32]
İranın eks-prezidenti Mahmud Əhmədinejadın həbsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, keçmiş prezidenti ölkədə iğtişaşları qızışdırmaqda ittiham edərək Şiraz şəhərinə səfəri zamanı həbs ediblər. Hələlik İran hakimiyyəti Əhmədinejadın həbsini təsdiq etməyib. Habelə keçmiş prezidentin həbsinin hansı tarixdə baş verdiyi də məlum deyil.

Bununla belə Tehrandakı mənbələr bildirir ki, Əhmədinejadı Şirazda Ali dini lider Əli Xameneyinin şəxsi razılığı və göstərişi ilə həbs ediblər. Həbsdə əsas səbəb kimi keçmiş prezidentin yanvarın 4-də Buşəhrdə etirazçılar qarşısında çıxışı göstərilir. Həmin çıxışında Əhmədinejad bildirib ki, “bəzi yüksək vəzifəli məmurlar” insanların problemlərindən uzaq düşüb və cəmiyyətdəki real vəziyyətdən bixəbərdir. “İran bu gün təsərrüfatsızlıqdan ziyan çəkir, iqtisadi resursların qıtlığından deyil”-keçmiş prezident bildirib.

Ancaq İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

TASS xəbər verir ki, bu barədə bazar günü “Erem news” xəbər portalı məlumat yayıb.

“Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, – deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.

Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.

***

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib. “Report” xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.

Bu halda o, prezident Həsən Ruhani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.

“Cənab Putin Qarabağ problemininin həllində ümidli deyil” – Ərdoğan (Yenilənib)


[r32]
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib. APA-nın “star.com.tr”-ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.

Nəhayət, ən yüksək səviyyədə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığı deyildi. Özü də Ərdoğan bunu birbaşa Putinin, yəni ATƏT Minsk Qrupunun əsas həmsədr ölkəsinin prezidentinin adından söylədi.

Bəli, Ərdoğan açıq şəkildə bildirdi ki, danışıqlar yolu ilə bu münaqişənin həlli mümkün deyil. Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə etdiyini qeyd edib

“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri – star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, – deyə R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub. Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.

Bu arada Rusiyanın “Kommersant” qəzeti də yazıb ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşsa da, sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır: “Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır.

“Kommersant” bildirib ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir.

“Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir.

“Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə Azərbaycan və Ermənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb.

“Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.

İranda: prezidentin qardaşı həbs olundu

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

Anadolu informasiya agentliyinin yaydığı xəbərə görə, Ruhaninin qardaşı Firudin mühakimə olunduğu iddiada haqqında verilən pul cəzasını ödəmədiyi üçün həbs edilib.

Məhkəmə Hakimiyyəti sözçüsü Qulamhüseyn Muhseni Ejei keçirdiyi həftəlik mətbuat konfransında, Firudinin sözügedən təminatı ödəmədiyi üçün həbs olunduğunu bildirib. O, Firudinin ancaq pulu ödədikdən sonra sərbəst buraxılacağını vurğulayıb.

Sözügedən pulun miqdarı barədə məlumatı olmadığını söyləyən Məhkəmə Hakimiyyəti sözçüsü məsələnin araşdırdığını bildirib.

Məlumatda qeyd edilir ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi də vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu.

*   *   *16:21

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin həbs olunub.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, o, maliyyə cinayətlərində ittiham olunur.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

H. Firudin 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

İran prezidenti: "Azerbaycanın inkişafından çox şadam"

19.10.2016 / 18:03 xeber –

 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.

 

Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.

 

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram”.

 

mənbə :
lent.az

İran 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olacaq

ıran
ABŞ İranın üçüncü ölkələrlə neft ticarətinə tətbiq etdiyi sanksiyaları ləğv edib

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək.
Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a İran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi.
Sanksiyaları ləğv etməklə ABŞ İranın nüvə proqramı ilə beynəlxalq saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra edir.

ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb

Bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ABŞ İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb, lakin 200-dək İranla əlaqəli şəxs siyahıda qalacaq”, deyə məmur bildirib.

İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib

ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv etməsi nəticəsində İran dondurulmuş 50 mlrd. dollar məbləğində olan aktivlərinə sahib olmaq hüququ əldə edib. Bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Ağ Evin keçirdiyi xüsusi brifinqdə bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

Ruhani təbrik etdi

İran prezidenti Həsən Ruhani İran xalqını Birgə Hərtərəfli Tədbirlər Plana uyğun olaraq nüvə proqramı üzrə sazişin rəsmi icrasına başlanılması münasibəti ilə təbrik edib. O, “Twitter” səhifəsində yazıb:
“Mən bu uğura görə Allaha minnətdaram və İran xalqının əzəməti və səbri qarşında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!”, deyə Ruhani yazıb.
Azadliq.az

İran prezidentinden ABŞ-a sert ittiham


01.01.2016 / 01:06 xeber –

 İran prezidenti Həsən Ruhani ABŞ-ı İranın daxili işinə müdaxilə etməkdə ittiham edib və ölkənin müdafiə naziri Hüseyn Dehqana göstəriş verib ki, ölkənin müdafiə siyasətləri çərçivəsində var gücü və daha da ciddi formada Silahlı Qüvvələrin ehtiyacı olan bütün növ raketlərin istehsalını davam etdirsin.

 

APA-nın İran bürosunun məlumatına görə, prezident Ruhanin ölkənin müdafiə naziri Hüseyn Dehqana ünvanladığı məktubda bildirilir: “Belə nəzərə çarpır ki, ABŞ hökuməti öz düşmənçilik siyasətini davam etdirir və İranın müdafiə gücünü artırmaq sahəsində qanunsuz müdaxilələr edərək yeni şəxslər və müəssisələrə qarşı sanksiyalar tətbiq etmək istəyir. Lazımdır ki, ölkənin müdafiə siyasətləri çərçivəsində var güc və daha da ciddi formada Silahlı Qüvvələrin ehtiyacı olan bütün növ raketlərin istehsalını daha da sürətlə davam etdirəsiniz.

 

ABŞ belə səhv və müdaxilə edici hərəkətlərini davam etdirərsə, Müdafiə Nazirliyi borcludur ki, bütün imkanlardan istifadə etməklə ölkənin raket gücünü inkişaf etdirmək üçün yeni proqramlar hazırlamalıdır və icra etməlidir. Bildirməliyəm ki, İranın müdafiə gücü regionda təhlükəsizlik və sabitliyin təminatçısıdır və başqalarına qarşı təhlükə deyil.  İranın müdafiə gücünün artırılması  ölkənin ərazi bütövlüyünün, istiqlalının və hakimiyyətinin qorunub saxlanılması, region və beynəlxalq aləmin mənafeyi naminə terrorizm və ifratçılıqla mübarizə məqsədi daşıyır. İran nüvə müzakirələri zamanı heç vaxt ölkənin qanuni hüququ olan müdafiə gücünün artırılması xüsusi ilə raket proqramları ilə bağlı kiminləsə müzakirə etməyib. Bu, İranın qanuni haqqıdır və bu sahədə heç bir məhdudiyyət yoxdur.  Aydındır ki, İranın raket proqramlarının Fəaliyyətlərin Bİrgə Kompleks Planına (JCPOA) heç bir aidiyyəti yoxdur. Elə buna görə də balistik raketlərin istehsalı və inkişaf etdirilməsi proqramı necə ki, heç vaxt nüvə başlıqları daşıma qabiliyyəti ilə layihələşdirilməyib, eləcədə önəmli və standart vasitə kimi ölkənin müdafiə gücünü artırmaq məqsədi ilə  var gücü ilə davam etdiriləcək”.

 

“The Wall Street Journal” qəzeti mötəbər mənbələrə istinadən xəbər verib ki, prezident  Barak Obamanın administrasiyası İranın ballistik raket proqramı ilə bağlı yeni sanksiyaların tətbiqinə hazırlaşır. Sözügedən sanksiyalar 12-dək şirkətə, habelə İran, Honqkonq və Birləşmiş Ərəb Əmirliklərindəki bir sıra fərdi hədəfləyir. Bu şirkət və şəxslər İrana ballistik raketlərin yaradılmasında yardım göstərməkdə şübhəli bilinirlər.

 

ABŞ rəsmiləri deyirlər ki, Maliyyə Nazirliyi iyul ayında İranla dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinin müddəalarına görə, Tehranın ortamənzilli raketləri ilə bağlı sanksiyalar və qara siyahılar tərtib etmək hüququnu özündə saxlayır.

 

İran rəsmiləri isə bildirirlər ki, ölkənin ali rəhbəri raketlərlə bağlı hər hansı sanksiyalara nüvə sazişinin pozulması kimi baxacaq.

mənbə :
lent.az

Avropa parlamentinin sedri Tehranda olub


08.11.2015 / 05:41 xeber –

Avropa Parlamentinin sədri Martin Şults noyabrın 7-də Tehrana səfər edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində M.Şults İran prezidenti Həsən Ruhani, XİN rəhbəri Məhəmməd Cavad Zərif və parlamentin spikeri Əli Laricani ilə görüşüb.

 

Avropa Parlamentinin sədri Tehranda olarkən bildirib ki, nüvə proqramına dair razılaşma İranla  Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsində yeni dövrün başlanğıcıdır.

 

“Bütün ziddiyyətləri aradan qaldırmaq və qarşılıqlı anlaşmaya nail olmağın yeganə yolu diplomatiyadır. Bu, artıq sübut olunub. İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşma uğurlu bir diplomatiya modelidir”, deyə M.Şults bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda Avropa İttifaqı İran üzərindən sanksiyaların aradan qaldırılmasını mümkün edən normativ aktları dərc edib.

mənbə :
lent.az