Avtobus sürücüsünü bıçaqlayan sernişin: Meni razborkaya çağırdı


21.10.2015 / 12:51 xeber –

Sumqayıtda avtobus sürücüsünü bıçaqlayan Elçin Qasımov həbs edilib. APA TV-nin xəbərinə görə, hadisə Sumqayıtda şəhərdaxili marşrutların birində qeydə alınıb.

 

51 yaşlı Namiq Yəhyayev 3 saylı marşrutla hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunu yüksək sürətlə idarə edib. Bu isə avtobusda sərnişin qismində əyləşən Elçin Qasımovun xoşuna gəlməyib: "Dedim ona içkilisən? Dedi sənin nəyinə lazımdı. Telefonla danışırdı. Saxladı maşını, dedi gedək sonuncu dayanacaqda söhbət edək. Düşdük".

 

Sürücü avtobusu saxladıqdan sonra tərəflər arasındakı mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Bu zaman Elçin Qasımov sürücünü döyərək çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib. Sürücü Namiq Yəhyayev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma saxlanılan şəxs ona bıçaqla xəsarət yetirmədiyini bildirib.

 

Qeyd edək ki, Elçin Qasımov əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirli bilinərək məhkum olunub.

mənbə :
lent.az

Bakıda tunelin girişinde qeza olub


21.10.2015 / 12:29 xeber –

Bu gün saat 11 radələrində Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Ziya Bünyadov prospketinin Xutor dairəsinə birləşdiyi yerdə – tunelin girişində “Mercedes” markalı minik avtomobili ilə “İsuzu” markalı yük maşını toqquşub.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəzadan sonra tunelin girişində nəqliyyat sıxlığı yaranıb.

mənbə :
lent.az