Merkel Ərdoğana cavab verdi – “Faşist” qalmaqalı böyüyür

Keçdiyimiz həftə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkelə “faşist” deməsinə Almaniya tərəfi reaksiya verib.

Azadliq.az-ın verdiyi xəbərə görə, A.Merkel Yaponiya Baş naziri Şinzo Abe ilə Hannoverdəki görüşü zamanı Türkiyə ilə münasibətlərdən danışıb. O, bildirib ki, türk liderlərin faşist müqayisəsi sona çatmalıdır:

“Bu şərhim “ammalar” və “əgər”lər olmadan vacibdir. Türkiyənin 16 aprel refendumu ilə bağlı Almaniyada təşkil edəcəyi tədbirlərin keçirilməsini qadağan edə bilərəm. Almaniya Xarici İşlər Nazirliyi ötən həftəTürkiyəyə nota göndərib. Bu notada Türkiyə siyasətçilərinin Almaniyadakı tədbirlərə qatılmasına konstitusiya tələbləri çərçivəsində icazə veriləcəyi qeyd edilib. Əks təqdirdə, referendum tədbirlərində iştirak etmək icazəsinə yenidən baxılacaq”.

Xatırladaq ki, Ərdoğan bundan öncə Merkelə ünvanlı şəkildə “Sən də indi faşist qaydalarını tətbiq edirsən. Kimə? Almaniyadakı türk qardaşlarıma və ya ora gedən nazir, millət vəkili qardaşlarıma”, – deyə açıqlama vermişdi.

Merkel bu gün Türkiyeye sefer edecek


18.10.2015 / 05:09 xeber –

Almaniyanın kansleri  Angela Merkel  oktyabrın 18-də Türkiyəyə səfər edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfər proqramına əsasən, kanslerin İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş naziri Əhməd Davudoğlu ilə görüşü  nəzərdə tutulub.

 

Məlumata görə, görüşlərdə diqqət mərkəzində əsasən iki mövzunun – Suriyadakı vəziyyət  və Avropada qaçqın böhranının  olacağı gözlənilir.    

 

Merkel Ərdoğan və Davudoğlu ilə həmçinin Türkiyədə insan haqları ilə bağlı məsələləri də müzakirə etmək niyyətindədir.  

mənbə :
lent.az