Prezident küçe süpürdü

12:50 xeber – Çeçenistan prezidenti Ramzan Kadırov xadimələrlə birgə küçə süpürüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov muxtar respublikanın bölgələrinə səfər edib. Səfər çərçivəsində şəhəri gəzən rəhbər küçə süpürən xadimələrlə rastlaşıb. Xadimələrlə bir müddət söhbət edən prezident, daha sonra onlarla birlikdə küçə də süpürüb. Həmin görüntüləri təqdim edirik:

Ümumiyyətlə, Çeçenistan prezidenti qeyri-adi hərəkətləri ilə yadda qalan rəhbərlərdəndir. O, bir vaxtlar Rusiyalı repçiTimati ilə zarafat edərək, vuruşub, daha sonra hər iki məşhur kabab çəkiblər. Sosial çəbəkələrdə yayılan bu video ən çox izlənilənlərdən olub:

Ramzan Kadırov Azərbaycan kikboksçusu Zabit Səmədovla da rinqə çıxaraq, onunla əlbəyaxa olub. Ümumiyyətlə, Zabitlə Ramzan dostdurlar və tez-tez görüşürlər.

Prezidentin maraqlı videolarından biri də onun mərasimlərin birində ləzginka rəqsi oynadığı görüntüləridir:

mənbə :
anspress