Belcika metbuatinda Xocali soyqirimina hesr olunmus meqale derc edilib

[r32]

1 Mart, 2018  21:23 xeber – Fevralın 28-də Belçikanın ingilis dilli “The Brussels Times” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” başlıqlı məqalə dərc edilib.
“Report” xəbər verir ki, məqalədə, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu qeyd olunur.
Yazıda, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edildiyi, bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu vurğulanır, xüsusi amansızlıqla törədilən soyqırımın acı nəticələri barədə ətraflı məlumat verilir. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilmədiyini vurğulanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsindən bəhs edilir.
Məqalədə həmçinin azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başladıldığı və bugünədək kampaniyaya 120.000 insan və 115 təşkilatın qoşulması barədə məlumat verilir.

mənbə :
Report.az

“AMAY Abdulla”nın “arvadı”nın məhkəmə işi


[r32]
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.
O, bildirib ki, Aygün Akimova özünü nüfuzlu şəxslərdən birinin arvadı kimi təqdim edərək onun etibarını qazanıb: “Həm də deyirdi ki, MTN-də işləyirəm. General Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, 8-də nazirlikdə iclasda olmalıyam”.

Təqsirləndirilən Aygün Akimovanın vəkili zərərçəkmiş Afət Hüseynovaya sual verərək bu işlə bağlı MTN-ə müraciət edib-etməməsini soruşub: “Siz MTN-ə müraciət etmişdiniz ki, sizin belə polkovnikiniz var?”

Afət Hüseynova suala belə cavab verib: “Bəli. Mən nazirliyə müraciət edib dedim ki, belə bir adam mənim bütün əmlakımı ələ keçirib”.
Zərərçəkmiş Hüseynova suala cavabının davamında deyib ki, Aygün Akimova onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərib: “Bir obyektə baxdıq. Mənə dedi ki, “burada hamı MTN işçisidir. Heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 minə alıram. Sənin də nə qədər pulun varsa, gətir”. Mən də axırıncı 186 minimi aparıb verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda maşınla da götürmüşəm. Bu da məni inandırırdı”.

Təqsirləndirilən Aygün Akimova isə çıxışında zərərçəkmiş Afət Hüseynovanın yalan danışdığını deyib: “Afət deyirdi ki, əri Zakir onu hədələyir. Ərinin içki düşkünü olduğunu deyib məndən kömək istəyirdi. Ev mənim evim idi. Mənə qarşı dedikləri də yalandır”.
Afət Hüseynova təqsirləndirilən Aygün Akimovaya sual verib: “Əgər ev sənin idisə, mən də sizdə qalırdımsa, sənin ailən harada qalırdı?
Aygün Akimova isə bu suala cavab vermək istəmədiyini bildirib. Digər zərərçəkmiş Natəvan Şahverdiyeva da məhkəmədə ifadə verib.
O, deyib ki, Aygün Akimova müxtəlif üsullarla onun etibarını qazanıb: “Tanış olanda mənə dedi ki, niyə kirayədə yaşayırsan? Bildirdi ki, ev tikirik, gəl sənə ev alaq. Binəqədidə məcburi köçkünlər üçün tikilən binadan 4 ev almaq üçün ona bir ev üçün 15-18 min manat verdim. Bütün qızıllarımı, pullarımı ona verdim. Aygünlə o qədər səmimi olduq ki, ona inandım”.
Afət Hüseynova mağazasında olan mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyir. Afət Hüseynova 800 min manata qədər zərər çəkdiyini qeyd edir.

Növbəti məhkəmə prosesi mayın 18-nə təyin edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, Aygün Akimovanın iki övladının atası naxçıvanlı iş adamı “AMAY Abdulla”dır. Ancaq iş adamı ifadəsində deyib ki, Akimova onun şirkətində xadimə işləyib. Uşaqlarının atası olmadığı üçün onların doğum haqqında şəhadətnamələrinə öz adının yazılmasına razılıq verib.

“Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasında maraqlıyıq” – Vladimir Putin

pütin
“Rusiya rəsmi Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasında maraqlıdır”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisiyanla görüşünün yekununda deyib.

O bildirib ki, Rusiya nəticənin əldə olunmasına yönəlik fəaliyyətini davam etdirəcək: “Qarabağ düyünün açılmasına həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də İrəvan və Bakı ilə birbaşa təmaslarla hər cür yardım etməyə davam edəcəyik. Ümid edirik ki, Azərbaycan və Ermənistan qalib və məğlub olmadan kompromisli həllə nail ola biləcəklər”.
Putin əlavə edib ki, Rusiya və bəzi digər Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə bilər.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Azadlıq.az

Dağlıq Qarabağ Azərbaycanın torpağıdır – Türkiyənin baş naziri Binəli Yıldırım

bin
Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var

Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. “Report” “Haberturk”e istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada mətbuat nümayəndələri ilə görüşdə bildirib.

“Heç kimin keçmişi tər-təmiz deyil. İraq işğal olunandan 10 il sonra “bağışlayın biz səhv işğal etdik” deməklə ölən 1 milyon şəxsin hesabı necə veriləcək? Ermənilər nə edirsə etsin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var”.
Baş nazir qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşmanı düşmanımızdır. İllərdir ki bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcəyik.
Azadlıq.az

Azerbaycanlı kişi özünü avtomatla vurdu

19:26 xeber – Ağdamda məskunlaşan məcburi köçkün intihara cəhd edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Əslən rayonun işğal altındakı Şotlanlı kəndindən olan Emin Aslanov məskunlaşdığı evdə ailəsi ilə münaqişə edib. Münaqişədən sonra yataq otağında odlu silahla özünə atəş açıb. Sinə nahiyəsindən yaralanan 30 yaşlı Emin Aslanovu hadisə yerinə gələn təcili tibbi yardım maşını Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyəti ağır olduğundan yaralı yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Yaralı artıq əməliyyat olunub. Vəziyyəti ağırdır. İntiharda istifadə olunan silahın isə avtomat olduğu bildirilir.


Hadisə yerində araşdırma aparılır

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Emin Aslanovun intiharda istifadə etdiyi silahı haradan aldığı isə araşdırmalardan sonra məlum olacaq.

mənbə :
anspress

Mecburi köçkünün 27 min manatı oğurlanıb

08:52 xeber – Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
anspress

Valideynsiz böyümüş xocalılı mecburi köçkünlere menziller verildi


23.10.2015 / 06:42 xeber –

Оktyabrın 22-də Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqrımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillər verilib.  

 

Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, bununla bağlı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib.

 

Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Ə.Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını bildirib, onlara yeni mənzillərində xoşbəxtlik arzulayıb.

 

Soyqrımı zamanı hər iki valideynini itirmiş Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayil Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova öz çıxışlarında bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər.

 

Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.

mənbə :
lent.az

Dağlıq Qarabağ münaqişəsinin həlli şərtləri

qarabaq
Bu sözlər mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə aiddir. Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.

Onun sözlərinə əsasən, hərbi faktor, işğal və aqressiya amilləri danışıqlar prosesindən çıxarılmalıdır:

“Bundan sonra bu prosesdə sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə bilərik”.

XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə əsasən, Azərbaycanda qaçqınların və daxildə bir yerdən başqa yerə köçən şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə qayıtmaq.

H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1995-ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb. Lakin indiyədək danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə yalnız işğalın və Azərbaycana qarşı aqressiyanın dayandırılması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantiyası, eləcə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasının təmin edilməsi ola bilər
Azadliq.az