Komaya düşən deputatla bağlı açıqlama – “Ölümdən qurtardı”


[r32]
70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik. Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Elmira Axundova onun son durumundan söz açıb.

Elmira Axundova bildirib ki, həmkarının sağlıq durumu ilə hər gün maraqlanır. “Şükürlər olsun ki, Nəriman müəllim ölümdən qutarıb. Yaxşı ki, həmkarım Rəşad Mahmudov Nəriman müəllimi “anju” əməliyyatı edən məqamda xəstəxanada olub. Nəriman müəllimin ürək damarları partlayan zaman onu təcili əməliyyat edib. Hazırda Almaniyadan və Türkiyədən mütəxəssislər dəvət ediliblər. Onlar da bildirirlər ki, Nəriman müəllimin əməliyyatı və müalicəsi tam düzgün aparılır. Heç bir düzəlişə ehtiyac yoxdur. Sadəcə, müəyyən vaxt lazımdır. Nəriman müəllimin qaraciyəri, böyrəyi düzəlib. Biraz ağciyərlərində infeksiya qalıb. Hazırda ağciyərindəki infeksiyalar təmizlənir. Həkimlərin özləri onu yatızdırırlar ki, orqanizm daha yaxşı mübarizə aparsın. Hazırda o reanimasiyadadır. Həkimlər də bildirirlər ki, belə əməliyyatların 95 faizi ölümlə nəticələnir.

Məsələn, bizdə belə bir vəziyyət AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovda olmuşdu. Bildiyiniz kimi, o, Türkiyəyə aparılarkən təyyarədə dünyasını dəyişmişdi. Şükürlər olsun ki, bizim güclü ürək mütəxəssislərimiz var. Nəriman müəllimin vəziyyəti tədricən yaxşılığa doğru gedir. Amma Rəşad həkim dedi ki, bu, uzun prosessdir. Hələ uzun çəkəcək. Ona görə də Nəriman müəllimin tam sağalacağı vaxtı deməyə hamı ehtiyat edir. Çünki bu, ürəkdir. Hər bir insan orqanizmi individualdır… Birində 1 ay çəkər, o birində 3 ay. Şükürlər olsun ki, sıradan çıxan bütün orqanlar tədricən bərpa olunur”.

Elmira Axundova deyib ki, həmkarı Nəriman Əliyevin ürəyində anadangəlmə problem olub. “Bunu isə ancaq “anju” əməliyyatında görmək olardı. “Anju” etməmiş bu qüsuru görmək mümkün deyil. Mən Nəriman müəllimin xətirini çox istəyirəm. Çox gözəl insandı. Rayonumuz və insanlarımız üçün çoxlu işlər görüb. Mən ona və ailəsinə səbr diləyirəm. İnanıram ki, tezliklə bizim sıralarımıza qayıdacaq”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı


[r32]
70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.

Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.

Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt ordada Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır. Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə doğru gedir. Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə fəaliyyətini davam etdirəcək. Onun yanına hələ ki, adam buraxmırlar. Dünən yoldaşını yanına buraxdılar. Nəriman müəllimi narahat etməyə heç bir əsas yoxdur. Çünki bu xəstəliyin metodu belədir. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Diaqnostika mərkəzində deputat əməliyyatdan sonra komaya düşdü


[r32]
Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Modern.az saytına verilən məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Deputat həmkarı Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

“AzPolitika”ya daxil olan məlumata görə, deputatın ürəyində problemin olduğu təsadüfən aşkarlanıb.

Belə ki o, həyat yoldaşını müayinədən keçirmək üçün Respublika Diaqnostika Mərkəzinə gətirib. Gəlmişkən, özü də müayinədən keçib. Bu zaman məlum olub ki, ürək damarlarında tıxanıq var və anju olunmalıdır.

Lakin tanınmış kardioloq Abbasəli Abbasəliyev deputatı anju edərkən o, komaya düşüb . Təcili olaraq tanınmış kardioloq Rəşad Mahmudov əməliyyata cəlb olunub və o, açıq ürək əməliyyatı ilə deputatı ölümdən qurtarıb.
Lakin deputatın hələ də komada olduğu bildirilir.

Xatırladaq ki,N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.