İki xarici şirkət Azərbaycanı tərk etdi


[r32]
Daha iki xarici şirkət martın 9-da ləğv edildiyini elan edib və öz kreditorlarını məlumatlandırıb.

“Wicklow Corporate Services Limited” (Britaniya) şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi.

Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmudu. İş məhkəməyə qədər getdi və onun şirkəti Amcham-dan çıxarıldı.

İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı Bakıda 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılıb (http://www.vesti.az/news/42823). Onun əslində nə ilə məşğul olduğu bilinmir. /”Turan”

Telman İsmayılov rəsmən müflis elan edildi


[r32]
Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib. Hakimlər bildiriblər ki, Çerkizovo bazarının keçmiş sahibi aşağı instansiya məhkəmənin qərarından şikayəti vaxtında verə bilməyib.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Arbitraj məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.
Azadlıq.az

ETİBAR PİRVERDİYEVİN “GİZLƏTDİKLƏRİ” TAPILDI – “Azərenerji”də mənimsəmə faktları açıqlandı

azenerji
Azərbaycan Hesablama Palatası “Azərenerji” ASC-də apardığı audit yoxlamalarının nəticələrini açıqlayıb. “Report” xəbər verir ki, nəzarət tədbiri ilə 169,250 mln. manat məbləğində vəsait əhatə olunub. Həmin məbləğ Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 2013-2014-cü illərdə dövlət əsaslı vəsait qoyuluşunda “Azərenerji” ASC-yə 2013-cü ildə 77,0 mln. manat və 2014-cü ildə isə 92,247 mln. manat olmaqla formalaşıb.
Ümumilikdə, bu illər ərzində 8 satınalma müqaviləsi bağlanıb ki, onların 7-si cəmi vəsaitin 76,4%-ni təşkil edib. Müəyyən edilib ki, qeyd edilənlərlə yanaşı, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i qədər vəsait satınalma proseduru tətbiq edilmədən xərclənib.
İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı, üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.
Bir layihə üzrə işlər başça çatsa da, Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin istismara qəbul olunmadığı və bu layihənin bir obyekti podratçıya artıq vəsait ödənildiyi, 12 obyekt üzrə işlər yerinə yetirilib vəsait ödənilsə də, obyektlərin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi müəyyən olunub. Həmçinin, Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi halda 2013-2014-cü illərdə altı obyekt üzrə obyektlər dəyər ifadəsi ilə aktivlərə aid edilib.
Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə “Azərenerji”ASC tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 29,7 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, ASC-nin aidiyyəti vəzifəli şəxslərinə müvafiq tapşırıqlar verilib, həmçinin, 35,658 mln. manat məbləğində debitor borcu üzrə işlər podratçı tərəfindən icra olunub.
Azadliq.az

Yunan xalqı qərarını verdi

yunanistanreferandumBu gün Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirildi.

 

Onlar bu gün kreditorların şərtlərini qəbul edərək “kəmərləri sıxma” siyasətini davam etdirib, etdirməməklə bağlı qərar verəcəklər. Lakin sorğuda seçicilərə cavab verməkdən imtina imkanı da yaradılıb.

Bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları “yox” deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.

Keçirilən referendumun ilkin nəticələri məlum olub.

 

Referendumda iştirak edən yunanların 61,35 faizi kreditorların tələblərinə “yox” deyib, Seçicilərin 38,65 faizi isə “” deyə cavab verib.

Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.