“Cənab Putin Qarabağ problemininin həllində ümidli deyil” – Ərdoğan (Yenilənib)


[r32]
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib. APA-nın “star.com.tr”-ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.

Nəhayət, ən yüksək səviyyədə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığı deyildi. Özü də Ərdoğan bunu birbaşa Putinin, yəni ATƏT Minsk Qrupunun əsas həmsədr ölkəsinin prezidentinin adından söylədi.

Bəli, Ərdoğan açıq şəkildə bildirdi ki, danışıqlar yolu ilə bu münaqişənin həlli mümkün deyil. Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə etdiyini qeyd edib

“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri – star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, – deyə R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub. Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.

Bu arada Rusiyanın “Kommersant” qəzeti də yazıb ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşsa da, sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır: “Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır.

“Kommersant” bildirib ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir.

“Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir.

“Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə Azərbaycan və Ermənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb.

“Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.

LAVROV AZƏRBAYCANLA BAĞLI PLANI AÇIQLADI

lavrov
«Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm».
APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
«Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: «AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağanə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?». Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm», – deyə S.Lavrov bildirib.
S.Lavrov aprelin 6 və 7-si Azərbaycanda səfərdə olub. O, həm prezident İlham Əliyevlə görüşüb, həm də Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin üçlü görüşünə qatılıb.
Azadliq.az

Türkiyeden Rusiyaya cavab zerbesi

20:30 xeber – Türkiyə rusiyalı jurnalistlər üçün viza tətbiqinə başlayır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə qanun fevralın 15-dən qüvvəyə minir.

Həmin gündən Türkiyə qarşılıqlı əsasda ölkəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejiminin tətbiqinə başlayır. Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib. Bu barədə Türkiyənin Rusiyadakı səfirliyindən xəbər verilib. Səfirlik həmçinin qeyd edib ki, türkiyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar.


Serqey Lavrov – Rusiya xarici işlər naziri

Bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.

“Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”, – deyə xarici işlər naziri bildirib. Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanan sazişlə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.

Noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiyaya məxsus “Su-24” qırıcısını Türkiyənin “F-16” qırıcısının raketlə vurması iki dövlət arasında vəziyəti gərginləşdirib. Rusiya Müdafiə Nazirliyi bombardmançının uçuş sxemini yayaraq onların sərhədi pozmadığını qeyd edir.

Öz novbəsində Türkiyə tərəfi də ruslara xəbərdarlıq olunduğunu və onların sərhədi pozmaqda davam etdiyini bildirib. Rusiya lideri bu hərəkətə görə, Türkiyə prezidentindən üzr istəməyi tələb etsə də Ərdoğan bildirib ki, onun ölkəsi sərhədi pozan vurulmuş təyyarəyə görə üzr istəməyəcək.

Türkiyə xəritədə

Həmçinin oxuyun:
Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)
Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)
Putin: “Bu arxadan vurulan zərbədir”
Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya
Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)

mənbə :
anspress

Lavrov Kerrinin tekliflerini Putine çatdırdı


15.12.2015 / 21:22 xeber –

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı XİN rəhbəri Sergey Lavrovun ABŞ-ın təqdim etdiyi təkliflər və suallar barədə onu məlumatlandırdığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin bu məsələlərin əlavə müzakirələrə ehtiyacı olduğunu qeyd edib.  

 

"Bu gün sizin XİN-də əhatəli danışıqlarınız olub. Nazir Lavrov sizin əlavə müzakirələrə ehtiyacı olan təklifləriniz və bəzi suallarınız barədə indi mənə təfsilatlı məlumat verib. Mən sizinlə görüşməyə və danışmağa çox şadam”, deyə Putin qeyd edib.      

 

Putin görüşdə bildirib ki, Rusiya və ABŞ birlikdə daha çətin böhranların həlli yollarını axtarırlar.

 

 Qeyd edək ki, bundan əvvəl Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında üç saat davam edən görüş baş tutub.  Suriya böhranının nizamlanması və beynəlxalq terrorçuluqla  mübarizə üzrə səylərin birləşdirilməsi müzakirələrin əsas mövzusu olub.  Görüşdə həmçinin Ukrayna böhranı və ikitərəfli münasibətlər müzakirə edilib.

mənbə :
lent.az

Lavrov-Kerri görüşü başladı

11:55 xeber – ABŞ dövlət katibi Con Kerri Moskvaya səfəri başlayıb. Artıq Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü başlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onların görüşündə əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət, terrorizmlə mübarizə olacağı gözlənilir. Danışıqlardan sonra amerikalı rəsminin Rusiya prezidenti Vladimir Putin tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Görüşdən öncə Ağ ev Kerinin səfərini şərh edərək bildirmişdi ki, Vaşinqton Rusiyanı ABŞ-ın rəhbərliyi ilə yaranmış koalisiyaya qoşulmağa inandırmağa çalışacaq.

ABŞ Rusiyanın Suriyadakı problemin həllindəki rolunun böyük olduğunu etiraf edir. “Diplomatik sahədə əldə edilən uğur rusların iştirakı olmadan əldə edilə bilməzdi.

Rusiyanın Suriya ilə bağlı danışıqlarda konstruktiv iştirakı faydalı olub. Mən əminəm ki, bu Kerrinin Moskva görüşlərində müzakirələrin də əsas hissəsi olacaq”, deyə Ağ evin mətbuat xidmətindən verilib.

mənbə :
anspress

Lavrov İrevanda Qarabağdan danışdı


09.11.2015 / 20:21 xeber –

Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında nizamlanmanın qarşılıqlı faydalı və konsensus yolu ilə əldə ediləcək əsaslara nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyini qeyd edib. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbər görə, bunu   Sergey Lavrov bu gün erməni həmkarı Edvard Nalbandyan ilə  İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.

     

Lavrov qeyd edib ki, Rusiya ATƏT  Minsk Qrupunun həmsədri olaraq  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı

davam etdirəcək.  

mənbə :
lent.az

İrevanın böyük qorxusu

23:56 xeber – Bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfərə gəlir və bu, Ermənistan paytaxtında ciddi narahatlıq doğurub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, müxalifət yönümlü erməni KİV-ləri səfərin İrəvan üçün elə də xoş nəticələr verməyəcəyini vurğulayırlar. Məsələn, populyar analitika portalı “Lragir” iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışsında Azərbaycanın xeyrinə tələblər qoyacaq.


Sergey Lavrov – Rusiya xarici işlər naziri

Portalın fikrincə, Rusiya təyyarəsinin Sinay üzərində partalması regionda vəziyyəti kəskin dəyişib: «Qəzadan sonra Rusiya baş ştabı gözlənilmədən bildirdi ki, Əsədin düşməni olan Suriya müxalifəti ilə əməkdaşlıq etmək istəyir. Beləliklə, Rusiya, praktiki olaraq, Azərbaycan və Türkiyə ilə müttəfiqə çevrildi, onların marağı, demək olar ki, üst-üstə düşür. Rusiyanın bu birlikdə lider olmağa şansı yoxdur və öz tərəfdaşlarının tələbini yerinə yetirməlidir».

Erməni portalı həmin tələblərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu bildirir: «Bu günlərdə Kremlyönümlü ekspertlər yenidən Qarabağ məsələsindən – ərazilərin qaytarılmasından, sülhməramlıların yerləşdirilməsindən, erməni tərəfinin güzəştlərə məcbur edilməsindən danışmağa başlayıblar. Amma görünür, bu məsələdə ciddi maneələr var, Lavrov gəlir ki, bu məsələləri müzakirə etsin».

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə erməni KİV-lərinin bu iddiası ilə razılaşmır. Onun fikrincə, Lavrovun İrəvana səfəri daha çox iki ölkə arasında iqtisadi sahədə yaranmış problemlərlə bağlıdır.

“Serj Sarkisyan artıq cızığından çıxıb. Özbaşına Gürcüstana səfər edib, İran qazının və neftinin Ermənistandan keçməklə Gürcüstana nəqli üçün kəmər çəkilməsi ilə bağlı təkliflər irəli sürüür. Həmçinin, Ermənistan Metsamor atom elektrik stansiyasında (AES) istehsal edilən elektrik enercisinin bir hissəsini İrana satmaq istəyir”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Politoloq bildirir ki, bütün bunlar Rusiyanın maraqlarına ziddir: “İrandan neft və qaz kəmərinin çəkilməsi Rusiyaya girmək istədiyi Gürcüstan bazarında yeni rəqibin yaradılması deməkdir. Həm də Rusiya AES-in təmirinə 400 milyon dollardan artıq vəsait yatırıb. Təbii ki, Rusiya həmin enercini özü satmaq istəyəcək”.

Qabil Hüseynli düşünür ki, Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla çox sərt danışacaq: «İndiyə kimi daima müstəmləkə kimi davranmış Ermənistanın birdən birə müstəqil davranması, İranla əlaqələr qurması təbii ki, Moskvanın xoşuna gəlmir”.

Sabiq dövlət müşavirinin fikrincə, Lavrov Qarabağ məsələsi ilə bağlı da tələblər qoya bilər: “Moskva Ermənistandan ilkin mərhələdə 5 rayonu qaytarmağı tələb edir. Ermənilər isə bununla razılaşmırlar, 2-3 rayonun adını çəkirlər. Görünür ki, bu dəfə Moskva tələbi sərt qoyacaq. Ermənilərin narahatlığı da ondandır”.

Amma Kremlə yaxın bəzi Rusiya hərbi ekspertlərinin dedikləri Moskvanın bu sərtliyinin arxasında sadəcə Ermənistana təzyiq məqsədi dayandığın göstərir. Məsələn, rusiyalı bloger və hərbi müxbir Aleksandr Cuçkovski bildirib ki, Donbasdakı Rusiya yönümlü döyüşçülərə Rusiyanın maraqlarını qorumaq üçün Dağlıq Qarabağa getməyi təklif edirlər: “Deyirlər, orda vəziyyət mürəkkəbləşir və istənilən an gərginləşmə başlaya bilər”.

Göründüyü kimi, rus diplomatları İrəvandan güzəşt tələb etdiyi bir zamanda rus hərbçiləri Dağlıq Qarabağa Ermənistan ordusunu gücləndirmək üçün təcrübəli döyüşçülər göndlərir. Gerbi ikibaşlı qartal olan Kreml Azərbaycanla da ikibaşlı oyun oynayır. Buna görə də Ermənistanla dinc danışıqları davam etdirən Bakı həm də Qarabağda gərgin döyüşlərə hazır olmaldıdır.

mənbə :
anspress

Prezident Lavrovla nə haqqında danışdı?

prezidentlavrov“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

Azadlıq.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib. “Bu çox yüksək qiymətləndirilir. Bu bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, deyə Azərbaycan prezidenti qeyd edib.

“Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”. Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”, deyə prezident İlham Əliyev qeyd edib.

“Başqa sözlə, bu səfərlər ölkələrimiz arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq”, deyə prezident İlham Əliyev qeyd edib.