Elman Rüstəmovdan önəmli manat açıqlaması – “İlin sonuna qədər..”


[r32]
“Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi”.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib: “Bu tarixçə hamıya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır.

Lakin bəzi spesifik addımlar barədə də danışmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Həta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə (1,92 – red.) müqayisədə 11% ucuzlaşıb. İlin əvvəlindən isə manat 4% bahalaşıb.

Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi – real məzənnəsi 50%-dən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib”.

Baş bankir qeyd edib ki, ilin sonunadək manatın ucuzlaşması gözlənilmir: “Manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

“Bahar Muradova həyəcan siqnalı verib…” – Vəkil Qurban Məmmədovdan minnətdarlıq

murad
r[32]
Vəkil Qurban Məmmədov Milli Məclisin vitse-spikeri Bahar Muradovaya minnətdarlığını bildirib.

O, Meydan TV-yə deyib ki, Bahar Muradova məlum çıxışı ilə sətiraltı da olsa, Azərbaycan xalqına gözlənilən sosial vəziyyətin ağırlığını çatdırıb:
“Vitse-spiker Bahar Muradova demək istəyib ki, ay millət, bilin və agah olun, onlar mövcud hakimiyyətin öhdəsindən gələ bilmirlər, qarşıdakı illərdə isə xalqı faciə gözləyir. Bahar xanım həyacan siqnalı verərək, kasıblığa alışmağı tövsiyə edir. Milləti oyatmaq üçün onun da əlindən bu cür danışmaq gəlir”.

Vəkil bildirib ki, Azərbaycan xalqı artıq 5-6 ildir yorğansızdır: “Məgər, millətin yorğanı var ki, ayağını da uzatsın? Camaat acından ölür, gömrükdə elə faiz qoyublar ki, ticarətçilər əvvəlki monopoliyaya dua etsin. Məqsədləri də monopolist cinayətkarlığa qayıtmaqdır. Hazırda ölkədə maliyyə sistemi çöküb, yerli valyuta hər gün dəyərini itirir və bunlara rəğmən rüşvət və korrupsiya yeni iş yerlərinin aşçılmasına imkan vermir. Bu mənada Bahar Muradova millətə onu çox sərt qışın gözlədiyini xəbər verib”.
talib
İqtisadçı Məhəmməd Talıblı isə vitse-spikerin dediklərini “qənaətin yorğan ölçüsü” adlandırıb: “İqtisadiyyatda belə bir aforizm var: “Pul iqtisadiyyatın, səs isə siyasətin dilidir”. İqtisadiyyatın pulu qurtarır. Siyasətin dili nəyisə ifadə etmir. Sadəcə, onunla məşğul olanların arabir səsləri gəlir. Yorğanımız necə örtək? Onu ayaq ölçüsünə necə uyğunlaşdıraq kimi mesajlar var. Amma birinin yadına düşmür ki, bəlkə ayaq ölçüsünə uyğun yorğan tikək? Qənaətin ölçüsü bəlkə də yorğan yox, ayağa uyğun olan yorğan olmalı idi. Biz onsuz da beləyik. Dünyanın gedişatına dair qaydaları tərsinə tətbiq edirik. Ona görə nəticəsi belədir. Xərcləyəndən sonra qənaət edirik. Halbuki, qənaət edəndən sonra xərcləməli idik. Ona görə səbəb-nəticə uyğunsuzluğunun əlində qalmışıq”.

İqtisadçı bildirib ki, bazar iqtisadiyyatı şəraitində istehlakçıların nə yeməsinin, nə içməsinin və hansı həddə qədər istehlak etməsinin norması şəxsi istəyə bağlı məsələdir: “Ona müdaxilə əvvəla, qeyri-etikdir. Yəni, insanın şəxsi zövqünə kənar təsir kimi qiymətləndirilir. İkincisi, insan nə qədər istehlak edirsə, həmin miqdarda da xərcləməyə məcbur olur. Bazar iqtisadiyyatı şəraitində heç bir şey qarşılıqlı ödənişsiz mümkün olmur. Ona görə kim nə qədər istehlak edirsə, bir o qədər də xərcləmək gücünə malik olduğunu ifadə etmiş olur. Biz insanların xərclərindən onların gəlirini müəyyənləşdirmiş oluruq”.

M.Talıblı hesab edir ki, hökumət üzvlərinin vətəndaşları qənaətlə yaşamağa dəvət etməsi məntiqli deyil və dövlətin maraqlarına ziddir:
“Dövlət sektorunda təbii inhisarçıların istehsal etdikləri mal və xidmətlərin istehlak edilməsində hökumətlər daha çox maraqlı olmalıdır ki, bu artımdan dövlətin maliyyə imkanları daha da artsın. Tutaq ki, onu dövlət yox, özəl sektor istehsal edir. O zaman isə lap əla! İqtisadi dövriyyənin həcminə adekvat olaraq fiskal qurumlar daha çox vəsait toplayacaq. İqtisadi aktivlik artacaq və büdcəyə daxilolma diapazonu genişlənəcək. Hökumət bu fiskal kanalın daraldılmasında niyə maraqlı olmalıdır ki? Axı, o ev təsərrüfatlarını yox, dövlətin maraqlarını düşünməlidir. Ailə büdcəsinin planlaşdırılması kiçik “dövlətlərin” özü işidir. Belə mənəviyyat əmsalının yüksək olmasına iddialı olub, humanizmin nümayiş etdirilməsi yerində deyil”.

Olaya fəlsəfi baxımdan yanaşan iqtisadçı deyib ki, insan dünyaya müxtəlif yaddaşla və digər fərqli göstəricilərlə gəlir:
“Həyatda insanın yaşam şərtləri, zövqləri və maraqları formalaşır. Onun standartlarının və tələbatlarının süni sürətdə məhdudlaşdırmasının özü ədalətsizlikdir. Bir manat qazanan 1 manatlıq yaşayışa, 10000 manat qazanan isə 10000 min manatlıq yaşama layiq olmalıdır. Aşığı yığan oynamaq üçün yığır. Onun oyun meydanı yoxsa, aşığı yığmaq onun nəyinə lazım? Onun durmadan qazanmaq ehtirası özünüifadə zövqü üçündür. Onun imkanlarını məhdudlaşmağa yönəlik mesaj və ya təşəbbüs onun qazanmaq marağını destimulizasiya edir. Qənaət təkcə çətin günlərdə yada düşən norma olmalı deyil. Qənaət dövlətin maliyyə axını kanalları üzərində daha çox cilovlayıcı mexanizm olmalıdır. Bahalı yarışlar və populist layihələr qənaət olunası əsas maliyyə həlqələri idi. Səbətlə göydən tökülən pullar zamanı qənaət yadlarına düşmədi. Hər şeyin tükənməyə doğru getdiyi zaman bu anlayışı dillər əzbərinə çevirdilər”
mur
2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.

“Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”,-deyə o bildirib.
Azadlıq.az

“MANAT SÜNİ ŞƏKİLDƏ UCUZLAŞDIRILIR!”

manat

“Mərkəzi Bankın 2016-cı ilin oktyabr ayının sonuna statistik hesabatı da göstərir ki, manat süni şəkildə ucuzlaşdırılır”.
“AzPolitika”nın məlumatına görə, bu iddianı Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli irəli sürüb. O, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirən iqtisadçıları da ittiham edib.

Mən dəfələrlə şahidi olmuşam ki, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirənlərin çoxunun heç tədiyyə balansının tərtibi metodologiyasından xəbəri yoxdur, Milli Hesablar Sisteminin işləyişi və ölkənin Maliyyə Statistikası barədə elementar təsəvvürlərə də malik deyillər. Boşboğazlıqla ya bilərəkdən, ya da bilməyərəkdən ictimai rəyi manatın ucuzlaşmasına hazırlamağa xidmət edirlər”.
qulu
Azadlıq.az

Ölkədən külli miqdarda valyuta çıxarılır – “Məmurlar valyutanı xaricə daşıyır”

dol
r[32]
Azərbaycan Mərkəzi Bank manatın “üzən məzənnə”yə keçdiyini elan etsə də, hələ də inzibati metodlarla milli valyutaya təsir etməkdə davam edir. Əgər həqiqətən də “üzən məzənnə” siyasəti yürüdülsəydi, baş bank hər gün məzənnə elan etmək lüzumunda bulunmazdı. Dekabrın 1-nə elan edilən USD/AZN rəsmi məzənnəsi 1,7318 manat səviyyəsində müəyyən olunub. Bu, rəsmi məzənnədə belədir. Çünki kommersiya banklarının böyük çoxluğu dollar satmır, satanlar isə müəyyən olunmuş məhdud məbləği aşmır. Məhz bunun fonunda “qara bazar” canlanmaqda davam edir. “Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir. Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar “cinayət”i tüğyan etməkdə davam edir.

“4 faizlik marja gözlənilmir”
samiir

İqtisadçı Samir Əliyev deyib ki, ölkədəki böhranlı vəziyyətə təzyiq yaradan mexanizmlərdən bir də “qara bazar”dır:“Ona görə problem yaradır ki, əksəriyyət dolları “qara bazar” vasitəsilə satdırmağa üstünlük verir. Dollar “qara bazar”a havadan gəlmir, ayrı-ayrı banklar tərəfindən yönəldilir. Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən 4 faiz marja tətbiq edilir. Yəni ayrı-ayrı banklar Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən ən çoxu 4 faiz baha sata bilərlər. Bu gün “qara bazar”da həmin hədd keçilir.
Ona görə də banklar və ayrı-ayrı şəxslər öz dollarlarını “qara bazar”a yönəldirlər. Elə insanlar var ki, bankdan aşağı məzənnə ilə dollar alıb, “qara bazar”da yüksək məzənnə ilə satır. Bunların hamısı spekulyatorlardır. Bunlar dövri olaraq ayrı-ayrı ölkələrdə baş verir, o cümlədən də bizdə. Böhranlı vəziyyətlərdə ayrı-ayrı sahələrdə sui-istifadə halları da artır”.

“Ölkədən külli miqdarda dollar çıxarılır”

Mütəxəssis bildirib ki, çıxış yolu hökumətin “qara bazar”ın qarşısını almasından keçir:“Dollar qıtlığının aradan qaldırılması üçün ölkəyə dollar axını artırılmalıdır. Heç olmasa, fundamental tədbirlər görülməlidir. Hazırda hökumət tərəfindən hansısa addımlar atılması nəzərdə tutulub. Amma bunun da effekt verməsi təqribən 2-3 il tələb edir.

Digər tərəfdən, yalnız dollar alıb-satanlar yox, eyni zamanda bir sıra məmur təbəqəsi var ki, əllərində olan manatı “qara bazar” vasitəsilə dəyişərək ölkədən çıxarır. Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir. Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir”.

Hüquq-mühafizə orqanları “qara bazar”ı niyə görmür?

S.Əliyevin sözlərinə görə, “qara bazar”ı idarə edənlər də məhz məmurlardır:“Mən əminəm ki, ayrı-ayrı sahibkarlar, vəzifədə olan məmurlar “qara bazar”ın saxlanmasında maraqlıdırlar. Baxın, sadə vətəndaş istədiyi vaxt “qara bazar”a daxil olub dollar ala bilirsə, necə olur ki, hüquq-mühafizə orqanlarının bundan xəbəri yoxdur? Demək, burada maraqlı qüvvələr var”. (Modern.az)

“Tanrı məni üçüncü ittihamdan qorusun!” -Sabiq sədr Cahangir Hacıyev

cahangir
[r32]

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı ictimaiyyətə müraciət edib. O, ittihamları cavablandırmaqla bərabər, ölkənin maliyyə sektorunda hazırda baş verən proseslərdə Maliyyə Nazirliyini ittiham edib.

Basta.info-nun yaydığı müraciətdə C. Hacıyev mətbuatda ünvanına böhtan və iftiraların dalğası başladığını qeyd edib. “Nankorluq, namərdliklə yaşayan insanlar həyatda yazıq insanlardır” yazan keçmiş bankir yenə də maliyyə nazirini ittiham edib: “Əgər nazirin maliyyə siyasəti olsaydı, milli valyutamız belə acınacaqlı duruma düşməzdi. Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir. Harada və nə vaxt belə yarıtmaz devalvasiya keçirilib, gəlin başqa ölkələrin təcrübəsinə baxaq: Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşmışdır. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrdə onların valyutaları devalvasiyadan sonra sabitləşmişdir.

Haradadır Maliyyə Nazirliyinin iqtisadi – təhlükəsizlik siyasəti? Milli valyutanın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanın müəllifi maliyyə naziri devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu təxribat deyilmi?”.

C. Hacıyev yazıb ki, hazırda hər gün manatın ucuzlaşması davam edir: “Devalvasiyanın üçüncü dalğası qaçılmazdır, mətbuatda yenidən kredit itkilərinin rəqəmləri 10-20 milyarda qaldırılır. Mənə yeni ittiham verilir. Bu lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!”.

Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb, məgər bunun da günahkarı mənəm?” yazan Hacıyev qeyd edir ki, yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb: “Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər. Məgər bunun da günahkarı mənəm?”.
Azadlıq.az

Araz Əzimov: “ATƏT DTİHB resmi üzr istemelidir” – MÜSAHİBƏ


15.02.2016 / 23:36 xeber –

“Amal Kluni Corc Kluninin arvadı olduğu üçün məşhurdur”

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə Vyanaya səfər edib. O, ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər keçirib.

 

A. Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib. Bakının Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın ucuzlaşmasına və Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsinə qədər bir çox mövzularda suallara cavab verib. Virtualaz.org saytı qəzetin əməkdaşı Jutta Sommerbauer-in götürdüyü həmin müsahibənin xülasəsini təqdim edib:

 

– Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir?

 

– Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.

 

Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.

 

Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.

 

– Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz…

 

– Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə, xaos daha da böyüyəcək.

 

– Azərbaycana Suriyadan qaçqınlar gəlir?

 

– Biz qaçqınların marşrutu üzərində yerləşmirik. Bundan əlavə, qaçqınlar Avropada komfort həyat yaşamaq istəyirlər. Bizim özümüzün də qaçqın və məcburi köçkünlərimiz var. Bunu yaddan çıxarmayın.

 

– Neftin ucuzlaşmasına görə manat dollara nisbətdə dəyərdən düşdü, 2016-cı ilin büdcəsinə yenidən baxılacaq. Azərbaycan üçün “Qızıl İllər” arxada qaldımı?

 

– Xeyr. Bu böhran iqtisadi deyil, siyasidir. Onlar qiyməti aşağı salmaq üçün neft hasilatını artırırlar.

 

– Bəs belə vəziyyətdə siz necə yaşayacaqsınız?

 

– Azərbaycanda vəziyyət stabildir. Ötən il bir az gərginlik oldu. Lakin prezident İlham Əliyev son vaxtlar hökumətə bildirdi ki, nefti yaddan çıxarın! Qeyri-neft sektorunu inkişaf etdirin! Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi.

 

Hökumət addımlar atır. Sənaye və ixracyönümlü məhsulların istehsalı, regionlarda sənaye zonalarının yaradılması, Bakıya yükün azaldılması üçün regionlarda böyük sayda iş yerlərinin açılması istiqamətində işlər gedir. İlham Əliyev yerli hakimiyyətlərə xəbərdarlıq etdi ki, büdcəyə arxayın olmasınlar, onlar özləri vəsait cəlb etməlidir. Hətta vergilər aşağı salınıb və şirkətlərin qeydiyyatı sadələşdirilib. Qiymətlər kəskin artmayacaq. İndi Vyanda Bakıdan bahaçılıqdır. Və Bakıda Vyanadan daha yaxşı alış-veriş etmək olar.

 

– Ancaq bəzi rayonlarda məhz qiymətlərin artmasına görə etirazlar baş verdi…

 

– Bu tip informasiyalar düzgün olmayan mənzərə yaradır. Siz özünüz ölkəyə gəlib stabilliyin şahidi ola bilərsiniz. Ola bilsin, kreditlərini qaytara bilməyən bir neçə işçinin və ya əməkhaqqını vaxtında ödəyə bilməyən şirkətlərin problemləri var. Lakin nümayişlər yoxdur.

 

– Bəs siyasi islahatlar açıq siyasi sistemə keçid olacaq?

 

– Vətəndaşlara elektron xidmətlər sahəsində nümunəvi islahatlar aparılır. Biz yeni şəxsiyyət vəsiqəsini cəmi bir neçə dəqiqəyə ala bilirik. Əvvəllər buna günlərlə vaxt tələb olunurdu. İndi bunu vəzifəli şəxslər bizim gözümüzün önündə hazırlayıb verirlər. Mən öz vəsiqəmi cəmi 7 dəqiqəyə aldım. Bir çox digər xidmətlər də “ASAN Xidmətə” verilib. Bunlar siyasi islahatlar deyil? Əlbəttə, elədir.

 

– Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini necə qurur?

 

– Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif etmək olmaz. Mən Aİ-nin indiki əsasda sonsuz genişlənməsinə inanmıram. Ona görə də, “Hamı üçün bir model” devizi işləmir.

 

Bizim konkret situasiyada öz üstünlüklərimiz var. Nə kimdənsə asılı deyilik, nə kiməsə ehtiyacımız var. Aİ də bizdə hər şeyi maliyyələşdirmir. Əgər siz axırda duş qəbul etməyəcəksinizsə, saunaya niyə gedirsiniz? Biz Aİ ilə partnyorluq istəyirik. Bizim xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd təqdim edib. Söhbət institusional partnyorluqdan gedir. İndi top Brüsseldədir. Fevralın sonunda Federika Mogerini Bakıya gələcək.

 

– Ötənilki parlament seçkiləri ərəfəsində ATƏT DTİHB Bakıya müşahidə missiyası göndərmədi, çünki Bakı 350 müşahidəçidən ancaq 125-nə icazə verirdi.

 

– Bakı DTİHB direktoru Mixael Linkə 125 müşahidəçi göndərməyi təklif etmişdi.

 

– Çox aşağı rəqəmdir.

 

– Biz suveren dövlətik. Təklifimizi verdik, dəvət etdik, onlar isə imtina etdilər. Ancaq bizimlə danışıq apara, haradasa orta rəqəm razılaşdıra bilərdilər.

 

– Niyə 350 yox, bəyəm bu həddən artıq çoxdur?

 

– 125 bizim deputatların sayıdır. Bizim təklifmizdə məntiq var idi. İstəyirdik ki, standartlar və kriterilər olsun. Ancaq süni şəkildə böhran yaradıb guya bizim müşahidəçilərə əngəl yaratdığımızı nümayiş etdirmək istədilər. DTİHB ATƏT-in institutudur. Biz üzvlük haqqı ödəyirik. DTİHB heç bir izah vermədən bizim dəvətimizi necə rədd edə bilər?

 

– Bu, gələcək üçün nə deməkdir?

 

– Heç nə. Onlar bəzi adamlar tərəfindən Twitter-informasiyalarla yaxşı hazırlanmışdılar.

 

– Mən informasiya agentliklərindən oxumuşam.

 

– Əgər sizin sualınıza geri qayıtsaq, Azərbaycan DTİHB-lə əməkdaşlığı dayandıracaqmı? Yox. Biz DTİHB-lə əməkdaşlıq etmirik, biz ATƏT-in bir hissəsiyik, üzvlük haqqı veririk. Haqqımız var tələb edək ki, bütün prinsiplərə əməl olunurmu və ATƏT bizim maraqlarımıza uyğun fəaliyyət göstərirmi. Biz onu başqa ölkələrlə birlikdə formalaşdırmışıq, onların yox deməyə ixtiyarı yox idi, dəvəti qəbul etməli idilər. Gözləyirik ki, onlar bunu dərk edəcəklər və səhvlərini görəcəklər.

 

– Onlardan üzrxahlıq tələb olunur?

 

– Bəli, Mixael Link və DTİHB rəsmi üzr istəməlidir, çünki onlar Azərbaycanın imicinə zərbə vurublar. Biz dözmək fikrində deyilik.

 

– Amal Kluniyə görə narahatsınız?

 

– İndi də Amal Kluni? Mən Corc Klunini yaxşı aktyor və rejissor hesab edirəm. Amal Kluni isə, deyəsən, onun xanımıdır, hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi təmsil edir?

 

– O, Xədicə İsmayılı müdafiə edir, Strasburqda, insan haqları məhkəməsində…

 

– Amal Kluninin doğrudan da işi-gücü yoxmuş…

 

– Ancaq sizin ölkəniz gələcəkdə məhkəmədə bu işlə qarşılaşacaq.

 

– Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq üçün daha yaxşı məşğuliyyət tapa bilərdi.

 

mənbə :
lent.az

İpoteka şərtləri sadələşdiriləcək

evv
“İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq”.
Azadliq.az xəbər verir ki,APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: “İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xarici ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin”.
S. Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: “Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb”.
Azadliq.az

Bakıda dollar ajiotajı: “qara” bazar açıldı

12:29 xeber – Paytaxtda valyuta dəyişmə məntəqələri bağlıdır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 28 may metrostansiyası yaxınlığında sakinlərdən dollar almağı təklif edən satıcılar bildirirlər ki məntəqələrin bu gün bağlı olması bazar ertəsi dolların məzənnəsinin 2 manata çatacağı ilə bağlıdır. Şənbə-bazar dollar satmaqla məntəqələr özlərinə ziyan etmək istəmirlər. Bizimlə həmsöhbət olna, lakin özünü təqdim etmək istəməyən şəxs 1 ABŞ dollarını 1.75 AZN-ə almağı təlkif etdi. Bizim ondan dollar almaq istəyimizə gəlincə isə o gülümsəyərək, hazırda heç kimin dollar satmadığını, yalnız aldığını bildiridi. Daha bir satıcı isə bir ABŞ dollarını 2 manata təklif etdi. Yəni real müştəri varsa razılıq əldə oluna bilər.

Bütün bu baş verənlər ölkədə ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən “qara” bazarın yaranmasından xəbər verir. Bu ssenari bir çoxlarına tanışdır. Bakıda valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edir, dollar “qara” bazarda səyyar şəkildə satılır. Hazırda 28 may metrostansiyası yaxınlığında “qara” bazar nümayəndələri öz kiçik şəbəkələrini də qurublar və taksi şoferləri də bu işdə onlara yardımçıdır.



Bağlı valyutadəyişmə məntəqələri

mənbə :
anspress

İqtisadçı Ekspert «Dollar 2-3 manat ola bilər»

ekspert
Azərbaycanda dolların tədricən bahalaşması bundan sonra da davam edəcək. Bu barədə fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev, Azərbaycan Mərkəzi Bankının (AMB) «üzən məzənnə»yə keçidlə bağlı qərarını və dolların məzənnəsinin 1,55 manat olmasını şərh edərkən bildirib.

«Üzən məzənnə»yə keçidin fəsadları

Onun sözlərinə görə, «üzən məzənnəyə» keçidin fəsadları həmişə ilk olaraq kəskin devalvasiyada özünü göstərir. Yəni ilk vaxt milli valyuta kəskin ucuzlaşır: «Biz bunu ilk dəfə Qazaxıstan və Rusiyada gördük.

«Nəzarət olmasa dollar 2-3 manat ola bilər»

Samir Əliyev bildirib ki, AMB üzən məzənnəyə keçid elan etsə də, bu idarə olunan “üzən məzənnə” olacaq. Yəni AMB milli valyutanın nəzarətsiz şəkildə ucuzlaşmasına imkan verməyəcək: «Çünki bu hədd son hədd deyil. Bundan sonra da dolların məzənnəsi bazara uyğun olaraq aşağı düşəcək. Və AMB-nin nəzarəti olmasa dollar 2-3 manata qədər bahalaşa bilər».

Əhaliyə dəstək verilməlidir

Ekspert bildirir ki, üzən məzənnəyə keçid və manatın kəskin devalvasiyasiyası şəraitində hökumət və Mərkəzi bank vətəndaşlara dəstək olmalıdırlar: «Bu dəstək xüsusilə dollarla krediti olanlara aid olmalıdır. Həmin şəxslərin kreditlərinin müddətinin uzadılması və faizlərinin endirilməsinə icazə verilməlidir». Belə ki, məsələn, Qazaxıstanda krediti əvvəlki məzənnə ilə qaytarmağa icazə verdilər.

Krediti olanlar barədə heçnə deyilmir

Qeyd edək ki, AMB-nin «üzən məzənnə»yə keçidlə bağlı bəyanatında dollar krediti olanlar barədə heç nə deyilmir. Bəyanatda bildirilir ki, «Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir».

Birinci devalvasiya qədər ağır təsir etməyəcək

Samir Əliyev bildirib ki, bu dəfəki qərar ölkə vətəndaşlarına birinci devalvasiya qədər təsir etməyəcək. Xatırladaq ki, bu il fevralın 21-də baş verən birinci devalvasiyada manat 34% ucuzlaşmışdı. Amma ekspert bildirir ki, istənilən halda deavalvasiyaya davam gətirmək vətəndaşlar və biznes üçün ağır olacaq.

4-5 bank bazarı tərk edə bilər

Samir Əliyev bildirib ki, bu dəfəki qərar daha çox bank sektoruna zərbə vuracaq: «Çunki hələ banklar ilk devalvasiyadan özlərinə gəlməmişdi». Onun sözlərinə görə, baş verən proseslərdən sonra bazarı tərk edən bankların sayı artacaq: «Məncə gələn ilin sonunadək 4-5 bank bazarı tərk edə bilər»
Azadliq.az

Manatla bağlı qorxulu proqnoz: Qiymetler artacaq

11:52 xeber – “Bu, manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Mərkəzin Bankın üzən məzənnəyə keçməsini şərh edən iqtisadçı Smair Əliyev deyib. Onun sözlərinə görə, gözlənilən devalvasiya baş verdi və manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpik olsa da, valyutadəyimə məntəqələrində isə daha bahadır.

“Bildirmişdir ki, hökumət valyuta ehtiyatları qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.

FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi”.


Samir Əliyev – iqtisadçı ekspert

S.Əliyev qeyd edib ki, Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.

Onun sözlərinə görə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı.

“Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.
Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.

Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.

Ekspertin fikrincə, əsas problem inflyasiya olacaq. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir.

mənbə :
anspress

Dollar bahalaşdı, qiymetler artacaq

11:52 xeber – “Bu, manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Mərkəzin Bankın üzən məzənnəyə keçməsini şərh edən iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə, gözlənilən devalvasiya baş verdi və manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpik olsa da, valyutadəyimə məntəqələrində isə daha bahadır.

“Bildirmişdir ki, hökumət valyuta ehtiyatları qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.

FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi”.

S.Əliyev qeyd edib ki, Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.

Onun sözlərinə görə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı.

“Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.
Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.

Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.

Ekspertin fikrincə, əsas problem inflyasiya olacaq. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir.

mənbə :
anspress

Manatın ucuzlaşmasına etiraz mitinqinə “icazə verilməyib”

manatucuzlasmasi

Müxalif alyans, Demokratik Qüvvələrin Milli Şurası, martın 15-də paytaxt Bakıda “Talana son!” şüarı ilə mitinq keçirməyi planlaşdırırdı.

Lakin Bakı şəhər icra hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyib, Turan xəbər agentliyi yazır.
İllər ərzində Azərbaycanın neft ixracatı onun vətəndaşlarına digər keçmiş Sovet ölkələrində olmayan müəyyən iqtisadi firavanlıq bəxş edib.
Sağlam iqtisadi artım, güclü və sabit valyuta, demokratik azadlıqların olmamasına baxmayaraq, prezident İlham Əliyevə çoxluğun dəstəyini qazandırıb.
Lakin keçən ay, dünyada neftin qiymətinin düşməsi fonunda manatın devalvasiyası ictimai narazılığa səbəb olub.
Martın 15-ə planlaşdırılmış mitinq də, manatın ucuzlaşmasına etiraz aksiyası olacaqdı.
Devalvasiya: səbəbləri və təsiri
Azərbaycanın pul vahidi olan manat sərbəst şəkildə işləmir. Onun məzənnəsi ölkənin Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Fevralın 21-də bank, manatın məzənnəsini dollara nisbətdə 33 faiz aşağı salıb. Ondan bəri məzənnədə gündəlik kiçik dəyişikliklər olub.
Bank bildirib ki, onun bu addımı Azərbaycan iqtisadiyyatının “rəqabətə davamlılığını” saxlamaq üçün atılıb.
Əliyev devalvasiyanı dəstəkləyərək bildirib ki, buna səbəb neft qiymətlərinin kəskin azalması və qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi olub.
Həmçinin oxuyun: Neft qiymətlərinin düşməsi Azərbaycan üçün niyə pis xəbərdir?
Devalvasiyanın ardından azərbaycanlı internet istifadəçiləri qiymətlərin artması ilə bağlı hökumətə etirazlarını ifadə etməyə başlayıblar.