22 yaşlı qadın intihar etdi


03.11.2015 / 12:50 xeber –

Ağdamda intihar hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində 215 nömrəli evdə qeydiyyatda olan Məhərrəmova Günay Abbasəli qızı intihar edib.

 

1993-cü il təvəllüdlü Günay Məhərrəmova əslən Laçın rayonundandır,Ağdamın Seyidl kəndindən olan Mehman Məhərrəmovla ailə həyatı qurduqdan sonra Baharlı qəsəbəsində yaşayıb. Onun iki uşaq anası olduğu bildirilir. Ağdam rayon Prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır.

mənbə :
lent.az