Elçi Bəyin devrilməsində BP-nin rolu olub – Aqil Səmədbəyli


[r32]
Azadlıq.az Moderator.az-a istinadla xəbər verir ki, tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Elçibəyin prezidentlikdən devrilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatı ilə BP neft şirkətinin əlinin olduğunu bildirib.

Aqil Səmədbəyli məsələ ilə bağlı bunları deyib: “20 aprel 2010-cu ildə BP-nin Meksika körfəzində yerləşən platformada – ”Deep Water Horizon”da dəhşətli qəza baş verib. Bu faciə Amerika tarixindəki ən önəmli neft sızıntısına səbəb olmuş, 11 işçi ölmüş, 17 nəfər yaralanmışdı. Meksika körfəzinə axan neft təbiətə ciddi zərər vurmuşdu. Bunun qarşılığında BP 7,8 milyard dollar təzminat ödəməyə məcbur olmuşdu.”

”Channel 4” televiziya kanalı bu qəzanın səbəblərini araşdırmağı tanınmış araşdırmaçı Greg Palas ve qrupuna həvale etdi. Greg Palas bu qəzanın səbəblərini araşdırarkən çox sayda insanla görüşmüş və bilgi almışdı. Bunlardan biri də Leslie Abrahams idi. Leslie BP-ni idarə edənlərdən biri və” MI-6”ya işlədiyini qürurla ifadə edən bir İngiltərə vətəndaşıdır.

Greg Palas: ”BP yönəticisi (Leslie Abrahams) mənə ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatı, MI-6 və BP-nin Elçi Bəyi BP-nin çıxarlarına uymadığı üçün çevriliş təşkil edərək prezidentlikdən uzaqlaşdırdığını söylədi’‘.

Qeyd edək ki, Aqil Səmədbəyli bu iddiaları 3 qaynağa istinad etdiyini vurğulayıb.