Tehsil Naziri yeni emr imzaladi

[r32]
2018-05-16T18:55 xeber – Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub.

UNECUNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Anar Rzayev
UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.
Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub.
Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır.
A.Rzayev UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir.
mənbə :
Sputnik

7 sinif şagirdini zorlayan məktəbli həbs olundu! – Sabiq nazirin nəvəsidir – Video


[r32]
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Haqqın.az saytının məlumatına görə isə 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdi sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

***
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Ziya Məmmədovun bacısına yeni vəzifə verildi


[r32]
Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

M.Məmmədova “Tərəqqi” liseyinin direktoru olarkən, dəfələrlə rüşvət ittihamları ilə üzləşmiş, bu səbəbdən medianın gündəminə düşmüşdü. Onun tutduğu vəzifədən öz ərizəsi əsasında uzaqlaşdırıldığı bildirilsə də, belə hesab olunurdu ki, M.Məmmədova əslində qardaşı Ziya Məmmədova siyasi hakimiyyətin neqativ münasibətinə görə direktor vəzifəsindən kənarlaşdırılıb. Lakin belə görünür ki, M.Məmmədova həqiqətən də daha yüksək vəzifə əldə etmək üçün əvvəlki işindən imtina edib.

Ən maraqlısı isə odur ki, M.Məmmədovanın müavin təyinatı Pedaqoji Kollecin direktoru Qulu Novruzovun razılığı olmadan baş tutub.

Xatırladaq ki, Q.Novruzov Misir Mərdanovun dövründə Təhsil nazirinin müavini olub.

Belə ki, 2011-ci ilin sentyab ayında Prezident İlham Əliyev gözlənilmədən Təhsil nazirinin hər üç müavinini tutduqları vəzifələrdən azad etmiş, elə həmin gün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzovu nazir müavini təyin etmişdi. Lakin Mikayıl Cabbarov Təhsil naziri təyin olunandan az sonra o, nazir müavini vəzifəsindən uzaqlaşdırılmış, 1 ay sonra isə aşağı vəzifəyə – Təhsil Problemləri İnstitutuna direktor təyin olunmuşdu.

8 aprel 2016-cı ildə isə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunan Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olundu.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Məktəb direktoru rüşvət tələb edib! – Səsyazısı


[r32]
Müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səsyazısı yayılıb. Səsyazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb.

Modern.az xəbər verir ki, səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.

Məlumata görə, müəllimlərdən pul tələb edən məktəbin direktoru Lətif Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi isə təhqir edir. Daha sonra bütün müəllimləri “kişiliyiniz çatmır?”, – deyə təhqir edərək iş yoldaşlarından Azad müəllimin “torbasını tikməyi” tələb edir.

Məktəb müəllimlərinin verdiyi məlumata görə, Lətif Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif Seyfullayev sonradan məktəbə direktor təyin edilib. Bundan əvvəl də direktorun adı bir neçə dəfə bu kimi qalmaqalllarda hallandırılıb.

Mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev 2017-ci ildə ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə 2017-ci ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.

Bir direktor öldü,o birinin vəziyyəti ağırdır – Baş Prokurorluqdan açıqlama


[r32]
Direktordan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib

Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.

* * *

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

* * *

Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.

O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.

Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.

Qeyd edək ki, Göyçay şəhər 9 saylı orta məktəbin direktoru damarını kəsərək özünə qəsd edib. Məlumata görə, hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbdə baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin direktor otağında qolunun şah damarını kəsərək intihara cəhd göstərib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məktəbdə ŞOK – direktor şagirdi kabinetinə çağırdı və…(Video) – Yenilənib


[r32]
62 yaşlı kişinin seksual hərəkətini icazə üçün otağına gedən qadın görüb

Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova Arzu kənd məktəbində baş verən biabırçı hadisə ilə bağlı açıqlama verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, o direktoru tərbiyəli şəxs kimi tanıdığını və belə hadisənin olmasına inanmadığını deyib.

“Amma hər şey ola bilər”, deyən Mədinə Nurməmmədova bir neçə gün öncə adıçəkilən məktəbdə rayonun polis rəisi ilə narkomaniya ilə bağlı tədbir keçirdiklərini deyib. “Onda heç kim mənə şikayət etməyib”.

Təhsil şöbəsi müdiri faktın rayon polis şöbəsi əməkdaşları tərəfindən ciddi araşdırıldığını, fakt təsdiqini tapandan sonra tədbir görüləcəyini deyib. Hazırda polis və təhsil şöbəsinin əməkdaşları məktəbdədir.

Direktor Gülməz Alxasov isə baş verən hadisədən sonra bülletenə çıxıb.

Saat 12:10

Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib. İstiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb.

İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülməz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.

Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən valideyn tərəfindən belə bir söhbətin yayıldığı və məsələnin araşdırıldığı deyilib.

İstiPress-in əldə etdiyi məlumata görə, polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. Bu hadisənin gerçək və ya direktora atılan böhtan olub-olmadığı araşdırmalardan sonra bilinəcək.
“Əgər cinayət tərkibi olduğu müəyyənləşdirilərsə, iş prokurorluğa göndəriləcək”.

***

“Sizi tam əmin edirəm ki, bu bir şayiədir, böhtan xarakterlidir. Məktəb direktoru namuslu və vicdanlı insandır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi İmran Müseyibov deyib. O bildirib ki, baş verən hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək:

“Direktor hazırda evindədir. Özü şok vəziyyətinə düşdüyündən telofonunu söndürüb. Mən onu 9 ildir ki, tanıyıram. İnanın ki, bu, bir böhtandır”.

Xatırladaq ki, Xaçmaz rayonunun Arzu kəndində direktoru Gülməz Alxasov 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verməkdə ittiham olunur.
Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətləri ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirib.

Azadlıq.az”Report”a istinadən həmin aksiyadan hazırlanmış videoreportajı təqdim edir.

***
Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib.

O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.

Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.

Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

8 yaşlı uşağı məktəbdən qovdular – Məktəb direktoru nazirliyi suçlayır


[r32]
Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub.

Bu barədə BakuPost.az-a şagirdin ailəsi məlumat verib. Qarayeva Aytac Şahin qızının yaxınları bildirib ki, son bir neçə ildə ailədə baş verən bədbəxt hadisələr səbəbindən uşağın məktəbə yazdırılması da gecikib. Lakin bu il Aytacın sənədləri Şirvan şəhəri 4 saylı orta məktəbdə qeydiyyatdan keçirilib və o, sentyabrın 15-də digər uşaqlar kimi 1-ci sinfə yollanıb: “Direktor Gülmirzə Həsənov da Aytacın sinif rəhbəri ilə danışıb, ailəmizdə baş verən bədbəxt hadisə barədə müəlliməyə məlumat verib. Tapşırıb ki, uşağa diqqət göstərilsin. Təxminən 15 gün dərsə gedəndən sonra direktor bizi çağırdı, dedi ki, uşağınızı məktəbdən çıxarılıb. Çıxarma səbəbi kimi də qeyd etdi ki, Təhsil Nazirliyinin 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var. Nə qədər dil-ağız etdik, yenə də uşağı məktəbdən çıxardı. Alternativ olaraq təklif etdi ki, yanvar ayına kimi uşaq evdə otursun. Dedi ki, yanvarda gələrsiniz, mən aidiyyəti orqanlardan xahiş edərəm, Aytacı bəlkə məktəbə qəbul edərik. Amma biz bundan da əlimizi üzmüşük. Alınan şeyə oxşamır. Biz heç kimdən şikayət etmək istəmirik deyə Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə ərizə yazmamışıq. Amma uşağımızın da təhsilsiz böyüməsini istəmirik”.

Aytac Qarayevanın dərsə gec getməsinin səbəbi isə atası Şahin Qarayevin bir neçə il əvvəl qəza törətməsi olub: “Başımız o qəzaya qarışdı. Daha sonra Şahin elə o qəzaya görə tutuldu. Ona görə də Aytacın sənədlərini düzəltməyə vaxtımız olmadı. Sapsağlam uşaqdır. Sağlamlıq kağızımız da var. O vaxtlarda bütün ailə darmadağın olmuşdu. İndi başımız açılıb, uşağımızı məktəbə yazdırmışıq. O da ki belə… Təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, övladımızın bu işinə diqqət yetirsin”.

Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən Allahverdiyev BakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib: “Sözügedən məsələ ilə bağlı Təhsil Şöbəsinə müraciət edilməyib. Ailə bizə müraciət etsin, məsələni araşdıraq. Qanunla 1-ci sinfə qəbul 2 il gecikə bilər. Əgər uşaq 2 ildən çox gecikibsə, o zaman Təhsil Nazirliyində müvafiq olaraq komissiyanın iclası keçirilir və məsələylə bağlı qərar qəbul edilir.

Aytac Qarayeva 2 ildən çox gecikməyibsə, heç bir problemsiz onun məktəbə getmə, təhsil alma hüququ təmin ediləcək.

Araşdırmadan sonra da məktəbin direktorunun günahı varsa, müvafiq ölçü götürüləcək”.

Təhsil eksperti Əjdər Ağayev BakuPost.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin elə bir qanunu yoxdur: “İcbari təhsil qanunu var. Bu qanunla hər bir Azərbaycan vətəndaşı təhsilə cəlb olunmaldır. Əgər uşağın hər hansı qüsuru yoxdursa, o zaman normal məktəbə getmək haqqı var. Təhsil Nazirliyində belə bir qanun yoxdur ki, uşağın yaşı 6-nı keçibsə, onu məktəbə qəbul etmək olmaz. Hökumət özü hamının təhsilə, tədrisə cəlb olunmalı olduğunu deyir. Hər yerdə maarifləndirmə işləri aparılır. Hər bir uşaq məktəb təhsilinə cəlb olunmalıdır və təhsil almalıdır. Ən azından orta təhsili almalıdır. Düzdür, 1-ci sinfə qəbul 6 yaşdandır. Lakin hər nə səbəbdən olur olsun, hansısa məktəb təhsilə 2 il gec başlamaq istəyən uşağı qəbul etmirsə, o zaman səhv edir. Belə bir göstəriş yoxdur. O məktəb onu qəbul etməli, oxutmalıdır. Elektron qəbul məsələsi var, ola bilər ki, valideyn buna əməl etməyib. Amma hətta belədirsə, o zaman direktor Təhsil Şöbəsiylə əlaqə saxlamalıdır, məsləhət almalıdır, o uşağı mütləq şəkildə təhsilə cəlb etməlidir”.

Təhsil eksperti qeyd edib ki, direktor uşağın təhsildən yayındırılmasına görə günahkardır: “O uşağı məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, görünür hansısa maraqları var və bu addımı atırlar. Valideyn gedib tələb etməlidir ki, mənim uşağımı məktəbə qəbul edin. Görün nə qədər vaxtdır ki, o direktor uşağı təhsildən yayındırıb. Elə buna görə o direktor cəzalandırılmalıdır. Direktor günahkardır”.

“Ağzında siqaret, qucaqlarda oturan direktorlardan yazın” – Təşkilat sədri Rasim Məmmədov


[r32]
Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib.

Azxeber.com-un kiçik araşdırması zamanı məlum olub ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.

Təşkilat sədri portalımıza açıqlamasında bu faktı təsdiqləyib və deyib ki, 187 saylı orta məktəb Bakının ən nümunəvi məktəblərindəndir: “Nailə xanım mənim bacımdır, onun direktoru olduğu məktəb Bakının ən nümunəvi məktəblərindəndir. Məzunları arasında deputatlar, dövlət rəsmiləri var. Nailə xanım Maştağanın ən öndə gedən və sevilən ziyalılarındandır. O məktəb Sabunçu rayonunun akademiyası adlanır. Mən bu məsələni araşdırdım və məlum oldu ki, həmin sayt bundan öncə də Nailə xanımla əlaqə saxlayıb və ondan pul tələb edib. O da vermədiyinə görə, bu üsula əl atıblar. Bu gün həmin şəxslər mənim dövlətçiliyə sadiq bacıma qarşı hücum edir.

Rasim Məmmədov həmçinin qeyd edib ki, Nailə Məmmədovanın oğlu Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) çalışır: “Mənim bacım dövlətçiliyə sadiq övlad yetişdirib. Onun istər şagirdləri, istərsə də öz övladı dövlətin keşiyində durur. Nailə xanımın övladı XDMX-da işləyir”.

Təşkilat sədri rüşvətxorlara qarşı amansız mövqedə olduğunu da deyib: “Bu gün rüşvətxor məmurlar mənə düşmən kimi baxır, mən onların ən böyük rəqibiyəm. Çünki biz hər zaman rüşvət alanları ifşa edirik. Düşünürəm ki, bacıma qarşı olan bu hücum da mənim onları ifşa etməmlə bağlı ola bilər. Yenə də deyirəm ki, insanlar çalışmalıdır ki, vicdanlı olsunlar. Yaxşı şeyləri qoyub, kiməsə qarşı kampaniya aparmaq düzgün deyil. Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox”.

9-cu sinif şagirdlərinin 90 faizi riyaziyyatdan “2” alıb – Azərbaycanda


[r32]
Orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alıb.

BakiPost.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Onun sözlərinə görə, bu barədə məlumatlar əldə etsə də, rəsmi nəticələr hələ də açıqlanmır.

O nəticələrin ləğv oluna biləcəyini qeyd edib: “Əldə etdiyim məlumatlara görə, mart ayından başlayaraq keçirilən orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alaraq çox aşağı nəticə göstərib. Hətta mənə məktəblərdən də çoxsaylı zənglər gəlir ki, şagirdlərin nəticəsi olduqca aşağıdır. Amma hələ də rəsmi nəticələr açıqlanmır. Əlbətdə ki, şagirdlərin böyük əksəriyyəti ilk dəfə olaraq açıq test modelləri ilə test tapşıqları işləyirdi. Bundan başqa ora məktəblərdə 2009-cu ildən keçirilən kurikulum standartları ilə tədris zamanı KSQ və BSQ yoxlama imtahanları qapalı test tapşırıqları ilə həyata keçirildiyindən şagirdlərin açıq test tapşırıqları ilə işləməsi mümkünsüz idi. Bununla yanaşı, nəinki 9 illik buraxılış imtahanı verən şagirdlərin, hətta hazırlıqlı abituriyentlərin belə açıq test tapşırıqlarına cavab vermə faizi 20-faizi ötməyib”.

Kamran Əsədov hesab edir ki, şagirdlərin riyaziyyat fənnindən aşağı nəticə göstərməsində direktorları ittiham edir: “Həmin o bir günahkar təhsili, bacarığı bu sahəyə uyğun gəlməyən şəxslər olan məktəb direktorlarıdır. Onlar məktəblərində keçrilən KKSQ və BSQ imtahanlarına düzgün nəzarət etsəydilər aşağı nəticələr ortaya çıxmazdı”.

Direktor valideynlərdən rüşvət yığır


[r32]
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur.

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Rüşvət qalmqalı böyüdüyündən Təhsil Nazirliyi araşdırmaya başlayıb.

Valideynin yazdığı izahatda söhbət ona sinifin valideyn komitəsi tərəfindən təqdim olunan bu aktdan gedir.

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözü gedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.

21 saylı orta məktəbin valideynləri də onlardan pul yıgıldıgını təsdiqləyir. Lakin onlar hər summativə 1manatı öz xoşları ilə verdiklərini deyirlər.

Məsələ ilə bağlı Məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi.

Sumqayıt şəhər təhsil şöbəsindən isə bildirilib ki, summativ xərcləri məktəb tərəfindən qarşılanmalıdır. Məsələ ilə bağlı 21 nömrəli tam orta məktəbdə bir neçə gün bundan öncə valideyn sikayətləri əsasında ciddi yoxlamalar aparılıb. Nəticədə Təhsil şöbəsinin müdiri Nizami Namazovun əmri ilə Vladim İbrahimova sonuncu şiddətli töhmət verilib və toplanmış sənədlər Təhsil Nazirliyinə göndərilib. Yaxın günlərdə məsləyə hüquqi qiymət veriləcək.

Azadlıq.az

Rüşvət videosu yayılan direktor danışdı – Nazirlik ise… – VİDEO


[r32]
Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında barəsində rüşvət və korrupsiya ittihaml ilə cinayət təqibi aparılan Gəncə Musiqi Kollecinin sabiq direktoru ( Üç gün əvvəl Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı alıb-red.) Gülçin Mirzəyeva söyləyib.
Xatırladaq  ki, barəsində xeyli zamandır ki, cinayət işi açılmasına baxmayaraq, üç gün əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev onu Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin edib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.
Gununsesi.info-ya açıqlamasında Gülçin Mirzəyeva bildrib ki, barəsindəki cinayət işi ilə bağlı araşdırma başa çatmadığından danışmaq istəmir: “Bu barədə yəqin ki, açıqlama olacaq. Ona görə də mən bir şey söyləyə bilməyəcəm”.
Gülçin Mirzəyeva onu da bildirib ki, 17 fevral 2017-ci il tarixində yeni təyinat aldığı filarmoniyanın kollektivinə təqdimatı gözlənilsə də bu bəlli səbəbdən baş tutmayıb.

Qeyd edək ki, fevralın 17-də Respublika Baş Prokurorluğu 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyevanın həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və s. nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2 min manat məbləğində pulu rüşvət kimi tələb edib almaları ilə bağlı məlumat yayıb. Baş Prokurorluq tərəfindən yayılan məlumat ölkə ictimaiyyəti arasında da böyük rezanasa səbəb olub.

Bununla bağlı Gununsesi.info-nun əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov əlaqə saxlayıb.
İ. Hümbətov Respublika Prokurorluğunun Gülçin Mirzəyeva və Fatimə Qafarzadə ilə bağlı yaydığı məlumatdan xəbərsiz olduğunu iddia edərək, fevralın 20-də əlaqə saxlamamızı məsləhət görüb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva isə bu məsələyə münasibət bildirməyəcəyini deyərək, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovla əlaqə saxlamamızı tövsiyə edib.
V. Şixəmmədov isə xəstə olduğunu və işə getmədiyini əsas gətirərək G. Mirzəyeva və F. Qafarzadə ilə bağlı Respublika Prokurorluğunun yaydığı məlumatla maraqlanıb, ətraflı məlumat verəcəyini bildirib.
Qeyd edək ki, Respublika Prokurorluğunun məlumatında, qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Gülçin Mirzəyeva və Fatimə Qafarzadə vəzifədən kənarlaşdırılıblar.
Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, Baş Prokurorluğun məlumatından dərhal sonra “AzPolitika.info” məsələnin arxasında bəzi sirli məqamların olduğunu qeyd etmişdik. Qeyd etmişdik ki, Gülçin Mirzəyevanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunması xəbəri 2 gün əvvəl açıqlanıb. Fevralın 16-sı yayılan xəbərdə bildirilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Maraqlıdır ki, Gülçin Mirzəyeva da Gəncə Dövlət Filarmoniyasına direktor vəzifəsinə yeni təyinat aldığnı bildirib: “Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatında isə Gülçin Mirzəyevanın 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunduğu bildirilir. Məlumatlardakı bu zidiyyət maraq doğurmaya bilməz.

Eyni zamanda, nazir Əbülfəz Qarayevin Gülçin Mirzəyevanı Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin etməsi barədə sərancamının açıqlanmasından 2 gün sonra belə bir əməliyyatın keçirilməsi də diqqət çəkən faktdır. Bu fakt məsələnin arxasında başqa məqamların da olduğunu düşünməyə əsas verir.

Ancaq istənilən halda ortada cinayət var… Hansı ki, bu cinayətn videoçəkilişləri də yayılıb. Həmin görüntülərini APA TV-yə istinadla təqdim edirik:

Azadlıq.az

Sabir Rüstəmxanlı ölən məktəb direktorundan danışdı – “VHP-yə ilk qoşulanlardan idi”


[r32]
Bir neçə gündür ki, ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölümü mətbuatın əsas gündəminə çevrilib. Mərhum direktorun yaxınları T.Qardaşovun ölümündə günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhumun qızı deyib ki, atasının vəfatına səbəbkar olan Azər İsmayılovdur: “O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

ATV telekanalının isə yaydığı rəsmi məlumatda bildirilib ki, verilişdə heç bir qanunauyğunsuzluq yoxdur: “Məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da… Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı Şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib. Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. Ictimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik”.

Teleaparıcı Azər İsmayılov isə ittihamları qəbul etmir. O, öz işini gördüyünü qeyd edib.

Ötən gün isə sosial şəbəkədə mərhum direktor haqda daha bir məlumat yayılıb. Onun VHP-nın üzvü, hətta qurucularından biri olduğu bildirilib.

Musavat.com yayılan məlumatla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb. O, bildirib ki, T.Qardaşov partiyaya ilk qoşulanlardandır: “Vətəndaş Həmrəyliyi Partiyası yaradılan zaman partiyaya qoşulan ilk insanlardan biri də Telman Qardaşov idi. Partiya üzvü olaraq, o illərdə çox çalışdı. Onu yaxşı xatırlayıram, dəyərli, gözəl insan idi. Təəssüf ki, 15 il idi ki, əlaqəmiz itmişdi. Məktəb direktoru kimi fəaliyyət göstərməsindən xəbərsiz olmuşam. Onun ölümü haqda mətbuatdan məlumat almışam. Əlbəttə, Telmanın vəfat etməsi məni kədərləndirdi. Bakıya dünən gəlmişəm. Yaxın günlərdə ailəsinə baş çəkəcəyəm və hadisələri bir də onların dilindən dinləyəcəyəm”.

Direktorun ölümü və ailəsinin ittihamları ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, məsələ daxili işlər orqanlarında araşdırılır.
Azadlıq.az

“Atamın ölümündə günahkar Azər İsmayılovdur”-Ölən məktəb direktorunun qızı – VİDEO


[r32]
ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.

Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Musavat.com saytının əməkdaşı məsələni aydınlaşdırmaq üçün mərhumun evində olub.

Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhum direktorun qızı saytımıza bunları deyib: “Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.

Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

Azadlıq.az

Məktəbdəki seks qalmaqalına adı qarışan məktəb direktoru işdən qovuldu

Şəmkir rayonu Seyfəli kənd tam orta məktəblə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Şəmkir Rayon Təhsil Şöbəsindən BakiPost.az-a verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.

Azadlıq.az

Pornovideo qalmaqalındakı direktor üzr istedi


[r32]
Bir neçə gündür ki, ölkə mətbuatının gündəminə çevrilən Şəmkir kənd məktəbində baş verən pornovideo qalmaqalı ilə bağlı yeni xəbər var.

Məktəbin direktoru Akif Namazov musavat.com-a açıqlama verərək barəsində ağır ittihamlar səsləndirdiyi laborantı Xatirə Əliyevadan və onun həyat yoldaşından üzr istədiyini deyib.

Direktorun sözlərinə görə, ittihamları anlaqsız vəziyyətdə olarkən deyib:

Açıqlamalarımda Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam. Xatirə Əliyeva mənim ən yaxın və ən yaxşı işçim olub. Özündən soruşa bilərsiz ki, bizim aramızda tük qədər inciklik, narazılıq olmayıb. Münasibətimiz olduqca isti, yaxşı olub. Bu Allaha da əyandır, bütün kollektivimiz də bilir. Ümumiyyətlə, Azərbaycanımıza layiq olmayan şeylər lazım deyil. Ailə məsələsi var burda. Onun gözəl ailəsi var. Dediyim o ittihamlar hamısı bitib, arxada qalıb. Çox xahiş edirəm, onların hamısını saytlardan siləsiz”.

Onun sözlərinə görə, işdən çıxartdığı laborant yenidən işinə bərpa olunacaq, ki, aradan narazılıq götürülsün: “Xatirə xanımın özündən də, həyat yoldaşından da üzürxahlıq etmişəm… Sonra orda demişdim ki, polisə pul verib canlarını qurtarıblar. Polis çox yaxşı insandır. Bilmirəm indi onu demişəm ya yox, çalışın onlar da silinsin. Amma elə şey olmayıb. Allah şeytana lənət eləsin”.

Akif Namazov işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb.
Xatırladaq ki, bu günlərdə Şəmkir rayonu Aşağı Seyfəli kənd məktəbinin laborantı Xatirə Əliyeva musavat.com-a müraciət edərək məktəbin direktorunu rüşvətxorluqda ittiham etmiş, şantaj yolu ilə işdən çıxarıldığını bildirmişdi. İttihamlara cavab olaraq məktəb direktoru Akif Namazov onu pornovideo qalmaqalıyla bağlı işdən çıxartdığını demişdi.
Azadlıq.az

Mənə Aygün Kazımovla qızının seks videosunu göstərdi-Məktəb direktoru


[r32]
Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür.

Məktəbin direktoru Akif Namazov keçmiş işçisi barədə növbəti dəfə, daha kəskin ittihamlar səsləndirib. Direktor Modern.az saytına açıqlamasında həmin xanımı yüngül əxlaqlı adlandırıb:

“O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim. Mən qəbul etmədim ki, məktəbin adına ayıbdır. Sonra məktəbin gözətçisinin əli ilə gecə vaxtı mənim otağımın qapısını açdırıb, o kompüterdəki bütün məlumatlarını silib. Mən də “102”yə məlumat verdim. Bizim işimiz polisdədir. O, etiraf edib ki, mənə 500 manat təklif edib, qəbul etməmişəm. Dedim lap 5 min də versən, xeyri yoxdur, ərizə yaz işdən çıx. Əgər o seks videosu Təhsil şöbəsi tərəfindən məktəbin kompüterində aşkarlansaydı, mənim ən yüngül cəzam ərizə yazıb işdən çıxmaq olardı. O, bu yolla məni sıxışdırmağa, ilişdirməyə çalışırdı. Bu xanım belə şeylərin həvəskarıdır.
Onu saxlayanın papağını ağzına basasan. Əri mənə “Akif müəllim, gedək bizdə seksə baxaq” deyir. Bu kişidən ağlınız nə kəsir? O öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”.

Direktorun “dedikləriniz çox ağır ittihamlardır, əlinizdə bunları sübut edəcək faktlar varmı” sualına cavabı belə oldu:
“Bunu mənə əri köpəyin oğlu deyib. Onun əri onu başqası ilə tutsa, heç nə edəsi deyil. O biqeyrət adamdır. Xatirə burda 3 il yarım işləyib, amma gözümün ucu ilə də ona baxmamışam. Özü də Xatirə mənim zövqümə uyğun qadın deyil. Məndən əvvəlki direktora 3 min manat verib zorla işə düzəlib.
Gedib ona desəniz ki, “Akif müəllim səni işə bərpa edir”, dediklərindən imtina edəcək. Məndən hayıf almaq istəyir. Onu işə qaytaracağım təqdirdə nə istəsəm, onu edəsi əxlaqa sahibdir. Özü də onun 10-15 adama borcu var. Birinə 20 manat, birinə 45 manat, birinə 50 manat və s.”.

Bütün bunlardan sonra mütəmadi olaraq jurnalistlərlə işlədiyini deyən məktəbin direktoru bizi yolpulu verəcəyi vədilə Şəmkirə dəvət etdi…
Bununla da özü də öz əxlaqını bir daha nümayiş etdirmiş oldu…
Sonra deməyin məktəblər niyə bu gündədir, dirtekroru belə olan məktəbdən başqa nə gözləyirsiniz?..
Azadlıq.az

Cebheyanı kendlerin ölüm saçan mekteb yolları

11:42 xeber – Cəbhəyanı kəndlərdə yaşamaq və işləmək kimi təhsil almaq da təhlükəlidir. Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bu kəndlərdə təhsil alan şagirdlər hər gün ölüm saçan yollarla məktəbə gedib – gəlmək məcburiyyətindədir. Əksər kənd yollarının kənarına torpaq sədd çəkilib ki, bu təhlükəni nisbətən azalda bilir.

Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı kənd tam orta məktəbini qarşı tərəfin mövqelərindən təqribən 1 km məsafə ayırır. 2013-cü ildə istifadəyə verilən məktəb binası bir neçə dəfə qarşı tərəfin gülləbaranına məruz qalıb. Məktəb direktoru Fitat Əliyeva deyir ki, ekstrimal vəziyyətlərdə şagirdlər sığınacağa, daha sonra ehtiyyat çıxışa yönləndirilirlər.

95 şagirdin təhsil aldığı Füzuli rayonunun Qazaxlar kənd tam orta məktəbi də təmas xəttinin yaxınlığında yerləşir. Hər gün dərs keçilən sinif otaqlarının pəncərəsindən qarşı tərəfin mövqelərinin və şiddətli atışmaların getdiyi təmas xəttini görmək mümkündür. Müəllimlər deyir ki, son günlər demək olar ki, hər gün atəş səsləri eşidilir.

Məsafə baxımından erməni silahlı birləşmələrinin mövqelərinə ən yaxın yerləşən təhsil ocağı isə Ağdamın Ayaq Qərvənd kənd tam orta məktəbidir. Məktəbin müəllimi Camal İsmayılov deyir ki, əvvəllər vəziyyət daha təhlükəli idi. Bunu məktəbin qarşısındakı ağaclarda olan güllə izlərindən də başa düşmək mümkündür. Ötən ilin avqustunda isə şagirdləri qarşı tərəfin güllələrindən qorumaq üçün məktəbin qarşısına uzunluğu 120 metr olan istinad divarı çəkilib.

Təhlükələrə baxmayaraq kiçikdən böyüyə hamı hər gün dərsə gəlir. Onlar təkcə burada təhsil almır həm də müharibənin nə olduğunu öyrənir. Hər gün təmas xəttində baş verənləri seyr edən balaca gözlər həm də gələcəyə ümüdlə baxır.

mənbə :
anspress

Silah tutulan mektebin direktoru danışdı

20:38 xeber – Paytaxtın Binəqədi rayonunda yerləşən 300 saylı orta məktəbdən çoxlu silah-sursat tapılıb.

ANS PRESS-ə verilən məlumata görə silahlar təmir işləri zamanı aşkarlanıb. Amma onlar heç bir təhlükəli xarakter daşımır, təlim məqsədi ilə istifadə olunurmuş. Bunu ANS PRESS-ə açıqlamasında məktəbin direktoru İradə Xəlilova açıqlama verib.

“Məktəb Bakı şəhər icra hakimiyyəti tərəfindən təmir olunur və silahlar məktəbin təmir işi gedən köməkçi korpusundakı otaqlardan birində tapılıb. Amma bu hərbi hazırlıq dərslərində istifadə olunan təlim silahlarıdır. Yəni təhlükəli deyillər. Aşkarlanan silahlar təhlükəli ola bilər deyə hadisə yerinə çağırılan FHN əməkdaşları tərəfindən götürülüb.


300 saylı orta məktəb

Xatırladaq ki, adıçəkilən orta məktəbdə təmir zamanı 7 ədəd əl qumbarası, coxlu sayda güllə və 7 avtomat darağının tapıldığı bildirilmişdi.

mənbə :
anspress

Məktəb direktoru xadiməni vurdumu?

xadime
Ağsu rayonunda orta məktəb direktoru haqqında polisə şikayət edilib.

Hadisə ilə bağlı anspress məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Maarif Səmədov qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub: “Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz”.

Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun sayta verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar: “Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsl mahiyəti məlum olacaq”.

Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildiriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.
Azadliq.az