İcra başçısı xanım jurnalistə sillə atdı! – Video (Yenilənib)


[r32]
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Hacı Cavad məscidi ərazisində ona sual verən jurnalistə əl qaldırması məsələsinə münasibət bildirib.

İcra başçısı “Ölkə.Az”-a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib: “Həmin vaxtı mən yol gedirdim, rəhbərliyin göndərdiyi ismarışı bunlara demək üçün özümlə 5 nəfər icma üzvlərini də aparırdım. Həmin vaxtı bir jurnalist fotoaparatı ağzıma dirəmişdi ki, bu dəqiqə mənə müsahibə ver. Mən də ona bir neçə dəfə dedim ki, ay xanım, çəkil kənara, imkan ver bunları aparım. Hətta, jurnalistə dedim ki, məscid nə indi, nə də sabah sökülməyəcək. İcazə verin, rəhbərliyin tapşırıqlarını yerinə yetirim, sonra sizə də müsahibə verərəm. Elə də oldu. Ancaq həmin jurnalist təkid edirdi ki, bütün məsələləri saxlayıb ona müsahibə verim. Axı belə olmaz! Hər bir insanın şəxsiyyəti var. Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər. Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi”.

İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb: “Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir”.

Qeyd edək ki, hadisə icra başçısının “Sovetski”də tarixi “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə “açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasından gedib. Bu zaman başçı ona qarşı kobudluq edib.

***

Aprelin 12-də Sovetski sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış “Hacı Cavad” məscidinin sökülməsinə etiraz ediblər.

Hadisə yerinə gələn Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bir neçə nümayəndə ilə danışmaq üçün kənara çəkilib. Bu zaman açıqlama almaq istəyən xanım jurnalistlərdən birinə qarşı kobudluq edən icra başçısının hərəkəti Toplum TV-nin obyektivinə düşüb. Başçı, israrla ondan açıqlama almaq istəyən xanım jurnalistə şillə atıb.

Məscidin qaz borcu imamı dilə gətirdi


[r32]
Bakının Yasamal rayonundakı məscidlərin birində qaz borcu ilə əlaqədar arzuedilməz vəziyyət yaranıb.

Moderator.az-a müraciət edən vətəndaşlardan birinin sözlərinə görə, qaz borcunun 825 manata çatması məscid imamını xütbə sonunda insanlara müraciət etməyə vadar edib. Qış ayları ilə əlaqədar olaraq istilik xərcinin artdığına diqqət çəkən imam, imkanlı şəxsləri qaz borcunun ödənilməsinə yardımçı olmağa səsləyib.

Məlumat üçün qeyd edək ki, Bakıdakı erməni kilsəsi pulsuz qazla təmin olunur və onun qazla təchizatına hər hansı məhdudiyyət qoyulmayıb.
Azadlıq.az

Ağsuda mescide bitişik tikili yanıb

30.10.2016 / 14:24 xeber –

Ağsu rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Çiyni kəndində ümumi sahəsi 504 m2 olan tikilinin lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik olan məscid yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

mənbə :
lent.az

Mehşur jurnalist defn edildi

16:50 xeber – Məşhur jurnalist, ictimai xadim Emil Ağayev bu gün dəfn edildi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, onunla vida mərasimi Təzə Pir məscidində keçirildi.

Məsciddə keçirilən vida mərasimində mərhumun yaxınları, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak etdilər.

Tədbirdə iştirak etmək üçün həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, əməkdar jurnalist Mais Məmmədov, yazıçı Çingiz Abdullayev, Xalq şairi Fikrət Qoca və başqaları gəliblər. Mərasim iştirakçıları jurnalistin ailəsinə və dostlarına baş sağlığı verdilər və səbr dilədilər.




Jurnalist Emil Ağayevlə vida mərasimi

Həyat yoldaşı Rəfiqə Ağayeva bildirdi ki, bir müddət idi ki, vəziyyəti çox yaxşı idi: “Gündə 2 dəfə xəstəxanada müayinə olunurdu. Müalicəsinin başa çatmasına 2 gün qalmışdı. Mən zəng vurdum telefonu götürmədi. Sonra həkimlər gedib baxanda görüblər ki, insult keçirib. 19 gün reanimasiya şöbəsində qaldıqdan sonra palataya köçürülmüşdü. Həkim nəzarətində olduğu üçün vəziyyəti yaxşılaşırdı. 2 günün içərisində vəziyyəti yenidən pisləşdi”.


Rəfiqə Ağayeva – Emil Ağayevin həyat yoldaşı

Rəfiqə Ağayeva sözlərinə görə, Emil Ağayev Azərbaycan haqqında dastan yazmaq istəsədə, arzusu reallaşmayıb.

Xalq şairi Fikrət Qoca Emil Ağayevin publisist və yazıçı kimi xalqımızın tarixinə tez – tez müraciət etdiyini bildirdi: “O, bütün həyatını ziyalı kimi yaşadı. Emil Ağayev əvvəllər çox ailə çətinlikləri çəkib. Amma ömürünün son illərini rahat və firavan keçirdi”.


Fikrət Qoca – Xalq şairi

Yazıçı Anar görüşdükləri zaman onun özünü çox gümrah hiss etdiyini qeyd etdi: “Son zamanlar onunla çox gürüşürdüm. Özünü çox gümrah hiss edirdi. Çox səliqəli geyinirdi. Birdən – birə həyatdan köçməsi bizə çox pis təsir edir. Amma onun xatirəsi həmişə uca tutulacaq. O, həmişə Azərbaycanın maraqlarını müdafiə edirdi”.


Anar – Yazıçı

Publisist, ssenarist, tərcüməçi, jurnalist Emil Ağayev 1938-ci il oktyabrın 11-də Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olub. O, “Molodoj Azerbaydjana”, “Vışka” qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik edən Ağayev, məsul katibin müavini olub. Bundan əlavə, “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri və RİA Novosti agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləyib. “Yurd”, “Qütb”, “Populyar” jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi olub. O, “Qızıl qələm” mükafatı laureatıdır.

Məşhur jurnalist ötən gün 78 yaşında vəfat edib. Mərhum Biləcəri qəbristanlığında dəfn edildi. Emil Ağayev 2 usaq atasıdır. Övladlarından biri 2013 –cu ildə avtomobil qəzasında dünyasını dəyişib.



Emil Ağayevin dəfn mərasimi

mənbə :
anspress

Nardaran mescidi ile bağlı açıqlama

21:18 xeber – Nardaran sakinlərinin məscidə buraxılmamaları ilə bağlı rəsmi açıqlama verilib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının ANS PRESS-ə verdiyi məlumata görə, heç kim Nardaran sakinlərinə məscidlərə getməyə qadağa qoymayıb. Sədr deyir ki, sadəcə bəzi qanunlar var ki, Nardaranda fəaliyyət göstərən məscidlər ona əməl etmir. Mübariz Qurbanlının sözlərinə əsasən, məscidlər aşağıdakı amillər olarsa, fəaliyyət göstərə bilər:

“Hər bir məscid qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilər. Amma Nardaranda heç bir məscid qeydiyyatdan keçməyib, orada yalnız bir məscid qeydiyyatdan keçib ki, onun da qeydiyyat müddəti bidiyinə görə, o da bağlanıb. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı hər şeyə ciddi nəzarət edəcək. Tələblərə uyğun məscidlərdə icmalar qurulmalıdır və eyni zamanda rəsmi tərəfin təyin etdiyi axundlar, mollalar məsciddə moziyə oxuya, ayinlər deyə bilərlər.Əks halda, kim bu qaydanı pozarsa, ona qarşı cərimə və ya qanunla nəzərdə tutulmuş şəkildə cəza tətbiq olunacaq”, – deyə sədr vurğuladı.

Mübariz Qurbanlı onu da əlavə etdi ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb.


Mübariz Qurbanlı – Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Bu ilin oktyabr ayında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tərkibində etika komissiyasını yaradılıb. Bu barədə Şeyxülislam Allahşükür Paşazadə keçirilən QMİ Qazılar Şurasının iclasında məlumat verib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova etika komissiyasını yaranmasını şərh edərkən bildirib ki, o şəxslər ki, bu komissiyaya daxil olacaqlar, onlar bu məsələlərə nəzarət edib, məruzə edəcəklər. Onların məruzələri əsasında da, səhvə yol verən dindarların cəzalandırılması həyata keçiriləcək. Cəza isə müxtəlif ola bilər. Onlar ya işdən çıxarılacaq (dini ayinlərdən, xütbələrdən uzaqlaşdırılacaqlar), ya töhmət, ya da tənbeh olunacaqlar. Qurum rəsmisinin sözlərinə əsasən, məqsəd ondan ibarətdir ki, xütbələrdə və moizələrdə mənsəblərarası fərqlərə yol verilməsin.


Rəhimə Dadaşova – QMİ-nin mətbuat xidmətinin rəhbəri

mənbə :
anspress

Heyder mescidinde ehsan verilib


12.12.2015 / 16:28 xeber –

Bu gün Bakıdakı Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.

APA-nın xəbərinə görə, ehsan mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər.

 

A. Paşazadə çıxış edərək bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi – uşaq bağçasına ehsan göndərilib.

 

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. F. Heydərov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

 

Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”.

 

Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.

 

mənbə :
lent.az

Efiopiyada mescid yaxınlığında partlayış: 24 yaralı


12.12.2015 / 01:00 xeber –

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə məscid yaxınlığında partlayış baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 24 nəfər yaralanıb.

 

Onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin məlumata əsasən, Əddis-Əbəbənin ən böyük məscidlərindən birinin yaxınlığında əl qumbarası partladılıb.

 

Partlayışa görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

mənbə :
lent.az

Hacı Şahin Hesenli: "Dini dövlete qarşı qoymaq qeti olmaz "


30.11.2015 / 19:32 xeber –

Hacı Şahin Həsənli, ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imam-camaatı 

 

Mövzu: Niyə Nardaran?
 

 
"İnanc və dindən bir alət kimi istifadə olunur, Nardaran kəndinin bu inancından da sui-istifadə edilir"

"Azərbaycan din sahəsində nümunəvi ölkədir, belə şəraitdə dini dövlətə qarşı qoymaq qəti olmaz"

"Dinlə dövlət arasında vəhdət dövlətin möhkəmlənməsinə kömək edir"

"Azərbaycanda inanclı insanlar əhalinin böyük hissəsini əhatə edir"

"Azərbaycanın dini dünyagörüşündə radikallıq yoxdur"

"Din inkarçılıq əsasında qurulmur, dini düşüncənin özünün təftişə ehtiyacı var"

"Dini icmalar dini təbliğ etmək hüququna malikdirlər"

"Azərbaycanda dini maarifləndirmə səviyyəsinin yüksəldilməsinə ehtiyac var"

"Radikal düşüncələr bilgisizlik mühitində daha tez yayılır"

"Nardaran məsələsində nüfuz sahibi olan insanlar məsələlərin həllinə yardımcı olmalıdırlar"

"Azərbaycan insanının dinə yanaşması fərqlidir və ölkəmizdə din birləşdirici amildir"

"Vahid bir konsepsiya əsasında dini  maarifləndirmə işləri aparılmalıdır"

"Nardaranlılar Azərbaycan vətəndaşıdır və Azərbaycan dövlət qurumları ilə əməkdaşlıq edib problemi həll etmək lazımdır"

"Dini fikirlərdə təqlidçiliyi dinimiz qəbul etmir"

"Dinə aid olmayan fikirlər dini fikir kimi təbliğ olunur və bu fikirlər insanlarda ikrah yaradır"

"Zorakı üsullarla hər hansı ideyanı yürütmək yolverilməzdir, din də buna icazə vermir"

"Nardaran kəndi normal həyata qayıtmalıdır, hər hansı danışıqdan söz gedə bilməz"

"Vəziyyətin stabilləşməsi üçün kənd əhalisi tərəfindən təcili addımlar atılmalıdır"

mənbə :
lent.az

Nigeriyada mescidde partlayış: 27 ölü, 96 yaralı


23.10.2015 / 22:15 xeber –

Nigeriyanın Yola şəhərində məsciddə baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 96 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Adamava ştatının paytaxtında qeydə alınan partlayışı terrorçu-kamikadze törədib.

 

Bu, gün ərzində Nigeriyada törədilən sayca ikinci terror aktıdır. Səhər saatlarında Borno ştatının inzibati mərkəzi Mayduquridə terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 28 nəfər ölüb.

 

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

mənbə :
lent.az

DİN Gencede mesciddeki emeliyyatla bağlı açıqlama verdi (YENİLƏNİB)

17:00 xeber – Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin ANS PRESS-ə verdiyi məlumata görə, Gəncə şəhərində bəzi şəxslər yürüş təşkil etmək istəyib.

“Yürüş Şah Abbas məscidindən İmamzadə məscidi istiqamətində təşkil edilib. Aksiyanın təşkil edildiyi yollarda nəqliyyatın intensivliyini tənzimləmək üçün polis əməkdaşları tərəfindən həmin qanunsuz cəhdin qarşısı alınıb”.

Nazirlik əməkdaşının sözlərinə görə, polisə müqavimət göstərən bəzi şəxslər saxlanılıb. Hazırda həmin şəxslər barədə araşdırmalar aparılır və qanunveciliyə uyğun olaraq onlar barəsində tədbir görüləcək.

***16:38***

Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

***16:09***

Günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in virtualaz.org -a istinadən verdiyi məlumata görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

İslamazeri.az saytının məlunatına görə, bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis müdaxilə edib. Məscid polis və Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb.


Əməliyyatın keçirildiyi Şah Abbas məscidi

Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə dindarlarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.

Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın dindar həbs olunsa da son məlumatlara görə, bəziləri buraxılıb və hazırda 26 nəfər dindar nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı, Kərbəlayi Musa da var.

Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, hələ ki, nazirliyin bu barədə məlumatı yoxdur. Araşdırmalar aparıldıqdan sonra məlumat veriləcək.

mənbə :
anspress

Gencede Şah Abbas mescidinde emeliyyat (YENİLƏNİB)

16:38 xeber – Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

***16:09***
Günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in virtualaz.org -a istinadən verdiyi məlumata görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

İslamazeri.az saytının məlunatına görə, bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis müdaxilə edib. Məscid polis və Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb.


Əməliyyatın keçirildiyi Şah Abbas məscidi

Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə dindarlarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.

Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın dindar həbs olunsa da son məlumatlara görə, bəziləri buraxılıb və hazırda 26 nəfər dindar nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı, Kərbəlayi Musa da var.

Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, hələ ki, nazirliyin bu barədə məlumatı yoxdur. Araşdırmalar aparıldıqdan sonra məlumat veriləcək.

mənbə :
anspress

Aşura günü qanverme aksiyaları bu mescidlerde olacaq – SİYAHI


19.10.2015 / 15:32 xeber –

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

 

QMİ-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bu il Aşura günü 24 oktyabr tarixinə təsadüf edir və həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

 

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı belədir:

 

Bakı şəhəri:

 

1. Yasamal rayonu – Təzəpir məscidi;

 

2. Yasamal rayonu – Hacı Soltanəli məscidi;

 

3. Səbail rayonu – Bibiheybət məscidi;

 

4. Səbail rayonu – İçərişəhər Cümə məscidi;

 

5. Suraxanı rayonu – Qaraçuxur məscidi;

 

6. Xəzər rayonu – Mir Mövsüm ağa məscidi;

 

7. Nizami rayonu – Keşlə qəsəbə məscidi;

 

8. Nəsimi rayonu – Əjdərbəy məscidi

 

9. Sumqayıt şəhəri – Cümə məscidi;

 

10. Gəncə şəhəri – İmamzadə məscidi;

 

11. Mingəçevir şəhəri – “Heydər məscidi;

 

12. Şəki şəhəri – Cümə məscidi;

 

13. Lənkəran şəhəri – Böyükbazar məscidi;

 

14. Bərdə şəhəri – Cümə məscidi;

 

QMİ onu da bildirib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, 23 oktyabr tarixində Tasua günündən başlayacaq. 

mənbə :
lent.az

Moskvada ən böyük məscidin açılışı

moskvamescidi
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyada bir araya gələcək.

“Qafqazinfo”nun məlumatına görə dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Bu barədə məlumatı Rusiya Müftilər Birliyi nümayəndəsi Gülnur Gaziyeva yayıb. Gaziyeva üç liderin mərasimdə iştirakını təsdiq etdiyini vurğulayıb.

Açılış mərasimində müsəlman ölkələrin bir çox nümayəndələri də iştirak edəcək.

Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.

Məscid Moskvanın ən böyük prospektlərindən biri olan Prospekt Mirada tikilir. Məscid 19 min kvadrat metr ərazini əhatə edir.

Bura konfrans və sərgi salonları da daxildir.