Sərnişinlər metro tunelində qaldı – Video


[r32]
Bakıda saat 18:45 radələrindən etibarən elektrik enerjisinin verilişi yenidən kəsilib. Bu hal “Bakı metropoliteni” QSC-nin də işinə mənfi təsir edib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov musavat.com-a bildirib ki, stansiyalara giriş qapadılıb:”Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Təbii ki, qatarların hərəkəti dayanıb və tuneldə qalan sərnişinlər çıxarılır”.

***

Problemi APA agentliyi də təsdiqləyib. Agentlik yazır ki, elektrik enerjisinin nəqlində növbəti məhdudiyyətlər səbəbindən “Bakı metropoliteni”nin stansiyalarında hərəkət dayanıb, qatarlar tuneldə qalıb.

APA-nın əməkdaşının “Xətai” stansiyasından verdiyi məlumata görə, hazırda stansiyalarda qalmış insanların təxliyəsi davam etdirilir.

(19:06)

****

20:31

Bəxtiyar Məmmədov bildirib ki, elektrik verilsə də, hələ ki, müvafiq qaydalara uyğun olaraq qatarlar hərəkətə gətirilə bilməz: “Təxliyə qaydalarına görə son sərnişin tuneli tərk etməyənə qədər qatarlar hərəkətə başlaya bilməz. Hazırda təxliyə işləri davam edir. Təxliyə rəisləri mərkəzə məlumat verəcəklər. Son sərnişin tuneli tərk etdikdən sonra, qatarların hərəkəti bərpa olunacaq. Hələ ki, konkret deyə bilmərik ki, metroda hərəkət necə dəqiqədən sonra bərpa olunacaq”.




Metropolitenin 500 işçisi ixtisar olunacaq – ƏMR


[r32]
İki Tunel və Əsaslı Tikinti dəstəsi ləğv olunur

“Bakı Metropoliteni” QSC-də yeni ixtisarlar gözlənilir. Bu barədə azadıq.info-ya məlumat daxil olub. Bildirilir ki, bu yaxınlarda “Bakı Metropoliteni” QSC-nin sədri əmr imzalayıb. Həmin əmrin surəti də redaksiyamıza göndərilib. Əmrin 3-cü bəndində açıq-aşkar “ixtisar olunmaq” sözü yazılıb.
Əmrə əsasən yaradılacaq yeni strukturun sxemində 1 saylı və 2 saylı Tunel və Əsaslı Tikinti dəstəsi yaradılması gözlənilir. Hazırda isə 4 Tunel və Əsaslı Tikinti dəstəsi mövcuddur. Deməli, əmrə əsasən 2 Tunel Tikinti dəstəsi ləğv olur, yalnız ikisi qalır.
“Hər Tunel Tikinti Dəstəsində 200-300 adam işləyir. Deməli təkcə Tunel və Əsaslı Tikinti Dəstəsindən orta hesabla 500 adam ixtisar olunacaq. Bu ixtisarların tam həcmi deyil. Ola bilsin ki, yeni ixtisarlar da baş versin”, – deyə mənbə bildirib.

İcra başçısı “Razin” stansiyasının ərazisini satıb


[r32]
Paytaxtın Sabunçu rayonunda köhnə “Razin stansiyası” adlanan ərazi şumlanaraq yerlə-yeksan olunub. Adil Vəliyev rayona icra başçısı gələr-gəlməz ilk işlərindən biri də bu köhnə stansiyanı buldozerin qabağına vermək olub.

BakiPost.az xəbər verir ki, icra başçısının bu addımına səbəb ərazinin tör-töküntü, antisanitariya, zibillik, xırda ticarət köşkləri ilə əhatələnməsi olub: kimisi peraşki-qutab satırdı, kimisi siqaret, kimisi də çayxana işlədirdi.

Burada ət satandan süd satana qədər də görmək olardı. Avtobusların dayanacağına çevrilmiş stansiya qarşısında indi də sərnişinlər dayanır.
Necə ki, oxşar mənzərə Sabunçu vağzalında hökm sürür. Lakin rayonun icra başçısı vağzalın ətrafına əl gəzdirib səliqə-sahmana salmaq istəmir.
Hətta bu il qışda yağan yağışda okeana çevrilmiş vağzaldan çəkilmiş görüntülər sosial şəbəkələri və medianı “bəzəyirdi”.

Sabunçu sakinləri isə vağzaldan öncə “Razin” stansiyasında abadlıq işlərinin görüləcəyini gözləyirdi.

BakiPost.az-a daxil olan məlumata görə, stansiyanın yanındakı ərazi parka çevrilsə də, stansiya üçün nəzərdə tutulan ərazi satılıb.

Hazırda həmin massivdə supermarket və özəl tibb klinikası tikilməkdədir. Parkın içini iş adamına satan icra başçısı boş yer saxlamayıb, parkın içində də kafe inşa olunur.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən milli.az-a bildirilmişdi ki, həmin ərazi sökülərək genişləndirilir.
Söküntü işləri başa çatandan sonra ərazidə park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun “Bakıxanov stansiyası” üçün torpaq sahəsi ayrılır.

Bakı Metropoliteninin mətbuat xidmətinin o zamankı rəhbəri Nəzakət Tanrıverdiyeva demişdi ki, “Bakıxanov” stansiyasının tikintisi gələcək üçün nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb.

Ancaq hər iki qurum rəsmisinin dedikləri özünü doğrultmadı. Burada nə metro sahəsi üçün yer qalıb, nə də park tikintisi üçün genişlik. Ərazi sahibkarlara satılıb…





S. Peterburqda metronun patlama anının kadrları yayıldı – Video


[r32]
Bu gün Rusiyanın Sank-Peterburq şəhərində metroda partlayış olub.
Rusiya prokurorluğu “terror aktı” maddəsi ilə cinayət işi başladıb
Son məlumatlara əsasən, partlayış zamanı 12 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.

Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Sennaya Ploşad” stansiyasında vaqonlardan birində yaşanan partlayışın baş vermə anının kadrları yayılıb.
Azadlıq.az həmin kadrları sizə təqdim edir:

Rusiya prokurorluğu “terror aktı” maddəsi ilə cinayət işi başladıb.

İstiPress-in “Tass” a istinadən verdiyi xəbərə görə, sabahdan Sankt-Peterburqda 3 günlük matəm elan olunub.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində metronun “Sennaya Ploşad” stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, 47 nəfər xəsarət alıb.

Sabah metronun Xətai stansiyası bağlı olacaq


[r32]
Sabah – fevralın 26-da metronun “Xətai” stansiyası saat 12:00-a qədər bağlı olacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Saat 12:00-dan “Xətai” stansiyasına giriş açıq olacaq. 15:00-dan etibarən isə “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək”, – deyə N.Paşayev vurğulayıb.
Azadlıq.az

BRÜSSELDƏ HAVA LİMANINDA 2 PARTLAYIŞ – 17 ölü, 35 yaralı – FOTOLAR -VİDEO- Yenilənir

brussel
Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib. Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.
Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.

Partlayışlardan biri aerportun gözləmə zalında, “American Airlines” şirkətinin təyyarə dayanacağına yaxın yerdə , digər partlayış isə uçuş terminalında baş verib.Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir aerportun binasında yanğın var.Partlayışdan sonra aerport bağlanıb, insanlar evakuasiya edilir.

İlkin məlumatlara görə, 13 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Belçikada hazırda ciddi çok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir.
Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının ofisi də daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir.
İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir.
Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.
Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır.
brus
brüss

Bankların intihar qurbanları

10:00 xeber – İndi Azərbaycanda intiharların əksəriyyəti kredit borclarına görə baş verir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən gün özünü yandırmış Neftçala sakini, 63 yaşlı Alik Novruzovun da, noyabr ayının 23-də Bakıda metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında özünü yandıran Naxçıvan sakini Malik Hüseynovun da intihar cəhdinin əsas səbəbi banklara olan borclarla bağlıdır.

Malik Hüseynovun anası Səkinə Hüseynovanın dediyinə görə, oğlu devalvasiyadan sonra kredit borclarını ödəyə bilməyib: “Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Ancaq dolların bahalaşmasından sonra ödəniş etməyi bir az çətinləşdi. Son iki ayda isə ümumiyyətlə ödəniş edə bilmədi. Buna görə də maşını axtarışa verilmişdi”.

2015-ci ilin ilk 10 ayında ölkə üzrə problemli kreditlərin artması

2015-ci il fevralın 21-də gerçəkləşdirilmiş devalvasiyanın təcrübəsinə əsaslanaraq demək olar ki, dekabrın 21-də baş vermiş devalvasiyadan sonra bu cür hadisələr arta bilər. Çünki birinci devalvasiyadan sonra da ölkə üzrə problemli borclar artmağa başladı və Azərbaycanın yeni tarixində ilk dəfə olaraq insanlar borca görə öz həyatlarına qıymağa başladılar. Bu məsələdə əsas faciə qurbanları dollar ilə kredit götürmüş insanlar oldu. Devalvasiydan sonra insanların qazancı dəyişməsə də, kredit ödənişləri avtomatik olaraq artır. Nəticədə insanlar kreditləri verə bilmirlər və problemli kreditlər artır.

Birinci devalvasiyadan sonra dollarla götürülmüş probolemli kreditlərin həcmi aybaay və böyük sürətlə artdı. Əgər 2015-ci ilin yanvar ayında 204,4 milyon manat xarici valyutada götürülmüş problemli kredit vardısa, fevral ayında bu rəqəm 314,5 milyon manata, mart ayında 361,8 milyon manata, apreldə isə 400,7 milyon manata qalxmışdı.

Dollarla verilən ümumi kredit çantasının 4 faizinə bərabər olan bu məbləğ makroiqtisadi baxımdan təhlükəsiz görünsə də, minlərlə ailənin faciəsi deməkdir. Buna görə də ikinci devalvasiyanın bu faciəni daha da dərinləşdirəcəyini güman etmək olar və artıq bu istiqamətdə ilk siqnallar gəlməkdədir. Çünki yanvarda artıq iki belə hadisə baş verib. Məsələ bundadır ki, ötən gün Neftçalada baş vermiş hadisə ilə yanaşı, ölkə KİV-ləri srağagün də borca görə intihar barədə xəbər yaymışdı: Bakının Pirallahı rayonunun Səməd Vurğun küçəsində yaşayan Ələmdar Salamov banklara olan böyük borcuna görə özünü yaşadığı evin həyətindəki yarımtikilidə asmışdı.


Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ANS PRESS-ə müsahibəsində əhalinin bu probleminin həlli üçün dövlətin məsələyə müdaxiləsini vacib sayır: “Bu məsələdə Qazaxıstan təcrübəsindən istifadə etmək olar və dövlət əhalinin banklara olan borcunda devalvasiya nəticəsində yaranmış fərqi özü ödəyə bilər – kiçik kreditlərdə yaranmış fərqin hamısını, böyük kreditlərdə isə bir qismini özü ödəyə bilər”.

İqtisadçı alimin fikrincə, banklar da devalvasiyadan sonra öz kredit çantalarını yenidən sturukturlaşdırmaqla problemli kreditləri azalda bilərlər: “Bəzi banklar aylarla kredit üzrə ödəniş ala bilməsələr də borc üzrə faizləri əsas məbləğin üzərinə gəlməyə başlayırdar. Halbuki, banklar dərhal həmin borcları yenidən nəzərdən keçirməli və kredit şərtlərini dəyişməlidirlər. Tam ümidsiz ölü borcları silməlidirlər”.

Təbii ki, bu cür addımlar intihar astanasında olan çox insanın həyatını xilas edə bilər. Həm hakimiyyət, həm də banklar bu məsələni nəzərdə saxlamalıdırlar. Hər halda, diri vətəndaş borcu geri qaytarmaq baxımından ölü cəsəddən daha əlverişlidir. Ölən insan canını bu dünyadan qurtarmaqla gedəndən sonra borcu boyda da problem qoyur. Diri adamın isə bu problemi yavaş-yavaş əritməyi bacarır.

İş adamlarına böyük qazanc imkanı

mənbə :
anspress

Metroda dava -VİDEO

metro
Bakı metrosunda bir neçə gənc oğlanın yersiz hərəkətləri idmançı bir sərnişini özündən çıxarıb.
Oxucular criminal.az-a məlumat veriblər ki, dünən axşam saatlarında metronun “Həzi Aslanov” stansiyasından şəhər istiqamətdə gələn qatarda 3 gənc yersiz hərəkətlər edib. Onlar yerə uzanaraq idman hərəkətləri edib, bir-birləri ilə fəndlər işlədirmişlər.
Onların hərəkəti başqa bir sərnişini özündən çıxarıb. İdman cüssəli sərnişin onlara yaxınlaşaraq qatarda əxlaqlı olmağı məsləhət görüb.
İlk olaraq həmin gənclər onlara irad tutan oğlanla əlbəyaxa olmaq istəsələr də, sonradan qarşılarındakının qulaqlarının qırıq və güləşçi cüssəli olduğunu gördükdən sonra şirin dillərini işə salaraq səhvlərini başa düşdüklərini etiraf ediblər.

Azadliq.az

İstanbul metrosunda partlayış: ölen ve yaralananlar var


01.12.2015 / 20:25 xeber –

İstanbulun “Bayrampaşa” metrostansiyasında partlayış baş verib. APA-nın “Milliyyet”e istinadən verdiyi xəbərə görə, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub. Hadisə nəticəsində 1 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

 

Metronun fəaliyyəti hazırda dayandırılıb.

 

Polis partlayışa elektrik transformatorunda qısa qapanmanın səbəb olduğunu ehtimal edir.  

 

mənbə :
lent.az

Bakı Metropoliteninde tehlükesizlik güclendirildi


01.12.2015 / 10:34 xeber –

 

Bakı Metropoliteninin bütün stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

Onun sözlərinə görə, metroda təhlükəsizlik tədbirləri bir neçə gündür gücləndirilib. Metroya daxil olan sərnişinlər daha ciddi yoxlanılır. Bu tədbirlərin nə zamana qədər davam edəcəyi hələlik bilinmir.

 

 

mənbə :
lent.az

Böyük Britaniyada selfi asılılığına qarşı heb yazırlar


05.11.2015 / 21:31 xeber –

Britaniyanın AntiSelfieTabs.com internet mağazasında satışda selfi asılılığından əziyyət çəkənlər üçün həblər peyda olub, “Metro” məlumat yayıb.

 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, nanə dadı verən həblər dərman effektinə malik deyillər, sadəcə nəfəsi təravətləndirirlər, amma öz şəkillərini həddən artıq çox çəkən adamlar üçün bu, zarafatyana hədiyyə ola bilər.

 

Preparatın təsvirində üstünlükləri sadalanıb, onların sırasında dərmanın qiymətinin ucuz olması, unikallığı, yeniliyi, eləcə də anonim göndərilməsi də qeyd edilib. Selfi asılılığından azad olmaq üçün qadınlara gündə üç dəfə, kişilərə isə gündə iki dəfə qəbul etmək tövsiyə edilir.

 

Nanəli həbləri mağazanın rəsmi saytından 9,99 funta (15 dollara) sifariş etmək olar. Beynəlxalq, o cümlədən də Rusiyaya çatdırılma 2,99 funta (4,5 dollara) başa gələcək. Bir bağlamada 36 nanəli konfet var, eyni zamanda maksimum beş bağlama sifariş etmək mümkündür.

mənbə :
lent.az

Metroda hamını heyretlendiren şekiller

10:35 xeber – “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təşkilat dəstəyi vaxtı “Metro Gallery” layihəsi çərçivəsində məşhur rəssamların şəkillərinin reproduksiyalarının sərgisinin açılışı olub.

Sərgi “Nəriman Nərimanov” metro stansiyasında təşkil edilib. Burada dünyanın ən məşhur rəssamlarının şəkilləri təqdim olunub.

“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bu Azərbaycanda təşkil olunan ilk belə sərgidir: “Bu gün bütovlükdə 85 əsər nümayiş etdirilib. Bunlardan 15 şəkil rəssamların portretləri, 70 şəkil rəssamların əl işlərindən ibarətdir. Hər şəkilin küncündə isə əsər haqqında qısaca informasiya verilib. Tədbiri keçirməyin əsas məqsədi istər Bakı sakinləri, istərsə də, paytaxtın qonaqlarını maarifləndirməkdir”, – deyə Nəsimi Paşayev bilidirib.


Nəsimi Paşayev – “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri

Sərgidə, əsasən, İeronim Bosx, Karl Pavel Brüllov, Vinsent Van Qoq, Sandro Bottiçelli, Leonardo da Vinçi, Edvard Munk, Rembrandt, Pyer-Ogüst Renuar və s. kimi məşhur rəssamların əl işləri öz əksini tapıb.


Metroda təşkil olunan sərgidən foto

“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilk dəfə olaraq, şəkillər haqqında informasiya almaq üçün QR-kod (ştrix kodların növlərindən biri) sistemlərini tətbiq edib. Belə ki, istənilən şəxs metropolitenin saytına girib, göstərilən kodun köməyi ilə dərhal istənilən şəkil haqqında informasiya ala bilər.

Sərgidən görüntülər

mənbə :
anspress

Prezident işe metro ile getdi – Şekil


19.01.2015 19:11 xeber –

İran prezidenti Həsən Ruhani işə metro ilə gedib.

ANS PRESS-in məlumatına görə, “təmiz hava günü” elan edildiyi üçün peezident bir günlük avtomobildən imtina edib.

Metroda sıravi vətəndaşlarla ünsiyyət qurmaq imkanı əldə etdiyini deyən prezident insanları da bu aksiyaya qoşulmağa dəvət edib.

“Təmiz hava günü”ndə təmiz havaya sahib olmaq üçün hamı şəxsi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməlidir”.

Ruhani görüşdüyü insanların ona metrodakı sıxlıqdan şikayət etdiklərini, bəzilərinin isə xarici siyasət, nüvə silahı haqqında fikirlərini bölüşdüklərini deyib.

Metroda Həsən Ruhani ilə birlikdə köməkçisi Masumə İbtikar da gedib. Bundan başqa İranın xarici işlər naziri Cavad Zərif də evindən Xarici İşlər Nazirliyinə metro ilə gedib.

Mənbə : Anspress.com