Azerbaycanlı milyonerin eks sevgilisi aeroportda saxlanıldı – FOTO

13:52 xeber – Dünya şöhrətli balerina, aktrisa və müğənni Anastasiya Voloçkova Türkiyədə saxlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, aktrisanı Türkiyə Gömrük Xidməti əməkdaşları saxlayıblar. Gömrük xidmətinin əməkdaşları balerinanın baqajında narkotik maddə olduğunu iddia ediblər. Axtarış zamanı heç nə tapılmayıb, balerina isə sərbəst buraxılıb.

Maraqlıdır ki, Voloçkovanın baqajından çoxlu balıq konservası və qara çörək olub. O, dostları üçün pay aldığını deyib. Bu haqda aktrisa öz sosial şəbəkədəki səhifəsində yazıb:

“Macərasız həyat çox darıxdırıcı olur, mənim həyatım isə macəra ilə doludur. Bu gün bilmirəm ağlayım yoxsa gülüm. Bir neçə saat əvvəl panikadaydım, Türkiyə Gömrük xidmətinin əməkdaşları məni aeroportda saxlamışdı”.


Anastasiya Voloçkovanın baqajı

Qeyd edək ki, balerina yaradıcılığından çox şəxsi həyatı, səyahətlərində başına gələn hadisələrlə gündəmə gəlir. Bir müddət öncə o İnstagram səhifəsində oteldə dənizdə çimərkən balıq hücumuna məruz qaldığını demiş və şəkillər paylaşmışdı.

Voloçkova dərhal azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm beş ulduzlu “Mardan Palace” mehmanxanasının tibb məntəqəsinə çatdırılıb.


Anastasiya Voloçkova – hadisədən sonra

Bir müddət adı azərbaycanlı biznesmenlə sevgi münasibətində halnana Voloçkova Bakıy da səfər etmişdi. “Məni Bakıya, inanılmaz gözəl yerə dəvət ediblər. Və mənim şərəfimə şam yeməyi… Həyat xoş sürprizlərlə doludur…”, deyə o aktiv olduğu “İnstagram”da qeyd etmişdi.


Anastasiya Voloçkova Bakıda

mənbə :
anspress