Rovşən Lenkeranskinin qardasini kriminal muharibeye kim celb etmek isteyir?

[r32]
2018-05-17T22:17 xeber –
BAKI, 17 may — Sputnik. Bəzi qüvvələr 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevi kriminal müharibənin ortasına itələməyə cəhd edirlər. Son günlər Rusiya və Azərbaycan KİV-ləri Namiq Canıyevin rəqiblərinin fiziki olaraq aradan qaldırılması üzrə sifarişlərini yerinə yetirən “ştatlı killer”inin — Camal Həsənovun meydana çıxdığı barədə məlumatlar yayırlar. 
Lakin bütün bunlar həqiqətə uyğun deyil. “Qanuni oğru”nun qardaşı Namiq Canıyev kriminal “razborka”larda iştirak etmir. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələr yaxın mənbə məlumat verib. 
©
Sputnik / Rahim Zakiroğlu Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
KİV-in məlumatına əsasən, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq idarəsi “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əlaltısı Cabir Həsənovun qətli üzrə açılmış cinayət işinin araşdırılması barədə açıqlama ilə çıxış edib. Həsənovu 2017-ci il aprelin 28-də Lenin prospektində güllələyiblər. İş üzrə 43 yaşlı Nazim Nüsrətov və 23 yaşlı Camal Həsənov (qətl sifarişini yerinə yetirib) keçirlər. Sonuncunu Namiq Canıyevin “ştatlı killeri” adlandırırlar. Camal Həsənov gizlənə bilib, Nüsrətov isə 2017-ci il mayın 31-də saxlanılıb.
Qeyd edək ki, ötən il noyabrın 2-də İstanbul polisi bu şəhərdə Nadir Səlifova sui-qəsd etmək istəyən qrupu saxlayıb. Sui-qəsdin təşkilində Namiq Canıyev günahlandırılıb. Guya ki, məhz o killerlər qrupuna başçılıq edib. Qrupun tərkibinə aşağıdakı şəxslər daxil olub: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrahman Çolak, Orhan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin. Onların arasında Hacı Beyləqanski kimi tanınan “qanuni oğru” Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.
©
Sputnik / Rahim Zakiroğlu “Lotu Quliyə sui-qəsd işi”ndə gəlişmə: Lənkəranskinin qardaşı Bakıya döndü
Lakin bu il yanvarın 8-də Canıyev bəraət alaraq İstanbul məhkəməsinin qərarı ilə azad edilib. Onunla bir yerdə Lotu Quliyə sui-qəsddə ittiham olunan şəxslərin hamısı azad edilib. 
Həmin dövrdə beynəlxalq axtarışda olan Camal Həsənov da azad edilib.
Sankt-Peterbuqdakı qətlə qayıtdıqda deyə bilərik ki, Nüsrətov Camal Həsənova silah və nəqliyyat vasitəsi tapmaqda kömək etdiyini bildirib. O bunu Namiq Canıyevin sürücüsü işləyən Əfqan adlı şəxsin təhdidlərindən sonra edib. Cabir Həsənovun qətlinin motivi olaraq Rövşən Lənkəranski klanının qisası göstərilir. Çünki Cabir dəfələrlə Canıyevin qətlində şəxsən iştirak etdiyini deyibmiş. Cabir Lotu Quli ilə eyni İƏM-də cəzasını çəkib. Onlar orada tanış olublar. 2015-ci ildə azad edildikdən sonra isə Cabir Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak edib. Girov qaçaraq polisə məlumat verməyə müvəffəq olub. Bununla bağlı Cabir Həsənov və Nadir Səlifov beynəlxalq axtarışa elan olunublar. 
©
Sputnik / Irade CELIL Sankt-Peterburqda Lotu Qulinin adamı güllələndi
Mənbənin Sputnik Azərbaycan-a bildirdiyinə görə, bütün bu münaqişə və “razborka”larda Rövşən Lənkəranskinin tərəfdarları iştirak edirlər. Lakin Namiq Canıyevin özünün onlara aidiyyəti yoxdur və kriminal aləmlə bağlı olmaq istəmir. “Canıyevi hansısa qətldə günahlandırmaq yeriszdir ” – mənbə deyib.
Bir müddət əvvəl Sputnik məlumat verib ki, fevral ayında Canıyev Azərbaycana qaıdaraq Dövlət Gömrük Komitəsində (DGK) işləməyə davam edib. Bu gün məlum olub ki, DGK-da kadr dəyişiklikləri ilə əlaqədar Canıyevə yeni vəzifə təklif olunub və çox yəqin ki, yaxın günlərdə o Keşlə gömrük postunun rəisi kreslosunu tərk edəcək. Canıyevin hansı vəzifəyə təyin olunacağı hələlik məlum deyil.
mənbə :
Sputnik

Türkiyəli məşhur mafioz “Lotu Quli”dən üzr istədi


[r32]
Həbsdən çıxdıqdan sonra İstanbula köçüb, orada yaşayan “Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifova sui-qəsd təşkil edilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Lent.az Rusiya kriminal mediasına istinadla xəbər verir ki, İstanbulda mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Lotu Quliyə sui-qəsd hazırlandığı və bu işə görə onlarla mafiya üzvünün həbs edilməsinin ardından maraqlı olay baş verib.

Rusiya mətbuat iddia edir ki, Quliyə qarşı sui-qəsd planının hazırlanması işinə görə Türkiyənin ən məşhur mafiya başçısı Sədat Pəkər ondan üzrxahlıq edib.

Bildirilir ki, Namiq Canıyevin sui-qəsdi sifariş verməsi üçün İstanbulda görüşdüyü və onunla birlikdə həbs edilən “Şirinlər” mafiya qruplaşmasının üzvləri ölüm sifarişini aldıqları şəxsin Lotu Quli olduğunu bilməyiblər. Onlar ölüm işinə görə vəd olunan yüksək məbləğə şirnikib, bu addımı atıblar.

Bunu Nadir Səlifova şəxsən mafiya başçısı Sədat Pəkərin çatdırdığı və üzrxahlıq ifadə etdiyi iddia edilir. O, Lotu Quliyə çatdırıb ki, İstanbulda “Şirinlər” dəstəsinin üzvlərinin adının belə bir işə qarışmasından məyusdur.

Qeyd edək ki, bu sui-qəsd işinə görə həbs edilən Namiq Canıyev və avtoritet Hacı Beyləqanski ötən həftə azadlığa buraxılmış və İstanbulda polis nəzarətinə verilmişdi.

Rusiya mətbuat hadisənin bu tərəfi ilə bağlı yazır ki, əslində adıçəkilən şəxslər belə asanlıqla həbsdən çıxmaya da bilərmiş. Lakin Qulinin onlarla bağlı planları hər iki şəxsin azadlığını asanlaşdırıb. Media yazır ki, Lotu Quli onu ortadan götürməyi planlayan N.Canıyev və Beyləqanskini həbsdə öldürmək istəməyib. O, bu işi həbsxanada kiməsə gördürməyi yox, azadlıqda şəxsən özü etməyi üstün tutub. Bu səbəbdən də onlar azadlığa buraxılıb.

Bu iddialara inansaq, deyə bilərik ki, mərhum Canıyevin yaxınlar ilə Lotu Qulinin savaşı hələ indi başlayır və bu məsələ iki tərəfdən biri tamamilə məhv olana qədər davam edəcək.

Xatırladaq ki, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları Lotu Quliyə qarşı qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət quldur qrupu gəlib.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Dəstəyə öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa Hacı Beyləqanski, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, habelə Şirinlər krminal qruplaşmasının üzvləri Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin daxil olublar.

Rövşən Lənkəranskinin polkovnik qardaşı vəzifədən çıxarıldı – VİDEO


[r32]
Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi,qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunub.
Avropa.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib.
Xatırladaq ki, noyabrın 2-də azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı İstanbulda sui-qəsd cəhdi olub. 11 nəfərdən ibarət killer qrupu N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək istəyib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Namiq Canıyev hal-hazırda Türkiyədə həbsdə saxlanılır.

Kriminal avtoritet “Lotu Quli”yə sui-qəsdlə bağlı yeni faktlar


[r32]
İstanbulun Bahçelievlər rayonunda yerləşən bir ticarət mərkəzində tutulan “Şirinlər” qruplaşmasının üzvləri və mərhum azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevlə bağlı yeni faktlar ortaya çıxıb.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, tutulan 14 nəfər onlara qarşı irəli sürülən ittihamları qəbul etməsə də, telefonlarında aşkarlanan görüntülər tutarlı dəlillər hesab oluna bilər.
Polis tutulan bütün şəxslərini telefonlarındakı görüntüləri araşdırıb. Nəticədə, Namiq Canıyevin qrupundan olan Orxan İsmayılov və “Şirinlər” qruplaşmasının üzvü Hacı Ömər E.-nin telefonlarında ciddi dəlillər hesab oluna biləcək fotoşəkillər tapılıb. İsmayılov tərəfindən Hacı Ömərə “Lotu Quli”nin qaldığı evin və yerləşdiyi küçənin görüntülərini göndərdiyi müəyyən edilib.
Həmçinin bildirilir ki, cinayətkar şəbəkənin üzvləri azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səfilovun Azərbaycandan İstanbula gəldiyi 10 oktyabr tarixindən (Azərbaycan KİV-in yayılan məlumatlarda isə Nadir Səlifovun oktyabrın 24-də yayılıb – red.) etibarən görüşməyə başlayıblar. Görüşlərdə “Lotu Quli”yə qarşı sui-qəsd planlaşdırılıb.
Məlumata görə, Namiq Canıyev qardaşını öldürməkdə ittiham etdiyi Səlifovun qətli üçün “Şirinlər” qruplaşmasına 5 milyon dollar mükafat vəd edib.
Xatırladaq ki, Namiq Canıyevin qrupundan olan şəxslər və “Şirinlər” qruplaşmasının üzvü noyabrın 2-də saxlanılıb.(Publika.az)

Rövşən Lənkəranskinin qardaşının həbs videosu yayıldı


[r32]
Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbula köçən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür” alışveriş mərkəzində saxlanılıb. İddialara görə, killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və “Max” ləqəbli Sabri Şirin başçılıq edib.

Azadlıq.az Unikal.org-a istinadən xəbər verir ki, İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaqın bəzi detallarını mediaya sızdırıb.

Xəbərdə bildirilir ki, Namiq Canıyev “Max” ləqəbli Sabri Şirinə qardaşının qatilini öldürmək üçün 5 milyon dollar pul verərkən yaxalanıb.

Həmin əməliyyatdan görüntüləri sizlərə təqdim edirik:


Rövşən Lənkəranskinin qardaşına sui-qəsd ittihamı veriləcək


[r32]
Öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.Virtualaz.org bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakırköy ərazindəkidə Ömür alış-veriş ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu, hansına ki, Namiq Canıyev də daxil idi, bir müddət əvvəl həbsdən azad olunmuş “qanuni oğru” Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulinin özü və bütün ətrafı ilə qurtarmağı planlaşdırıblarmış.

Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.

İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib. Ehtimal ki, ona lotu Quliyə və onun ətrafına sui-qəsdin təşkili ilə bağlı ittihamlar veriləcək.

Qeyd edək ki, N. Canıyev Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır, polkovnikdir.

Lotu Quliyə sui-qəsd cəhdi: İstanbul polisi xüsusi əməliyyat keçirdi – FOTOLAR


[r32]
Bu gün sabah saatlarında  İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.
Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar.

Virtualaz.org-a İstanbuldakı mənbələrin verdiyi məlumata əsasən, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Saxlanılanların fotoşəkillərini diqqətinizə çatdırırıq:

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev

Məşhur killer Hacı Beyləqanski





Kriminal avtoritetlər Lənkərana gəlir


[r32]
Lənkəran şəhəri avqustin 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsinin ildönümünə hazırlaşır.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Canıyevin qohumları qonaqları qəbul etmək üçün yas çadırlarını Lənkəranın mərkəzi küçəsində qurmaq istəyirlər. Lakin asayiş keşikçiləri onlara yolu bağlayaraq avtomobillərin hərəkətinə mane olmağı qadağan ediblər. Əvəzində yas mərasimini keçirmək üçün mərkəzi küçənin qurtaracağında olan dalandakı xüsusi yerı təklif ediblər.

Lənkəranskinin qəbrini ziyarət etməyə kriminal dünyasının nümayəndələrinin də gələcəyi bildirilir. Analoji vəziyyət 2006-cı ilin 7 aprelində Moskvadakı Leninqrad prospektində qətlə yetirilmiş “qanuni oğru” Hikmət Muxtarovun (Sabirabadlı Hikmət) dəfni zamanı yaranmışdı. Muxtarovla vida mərasiminə aralarında çox sayda kriminal avtoritetin də olduğu 1,5-2 min nəfər gəlmişdi.
“Gələcək avtoritetlər, qanunla təqib olunmayan şəxslər ola bilər. Əgər onların üzərində cinayət məsuliyyəti yoxdursa, istənilən ölkənin sərhəddini sərbəst şəkildə keçə bilərlər. Biz düşünmürük ki, Lənkəranskinin qəbrini ziyarət etməyə haqlarında axtarış elan edilmiş kriminallar gələcək. Asayişin təmin olunması üçün polis bütün zəruri tədbirləri görəcək” — deyə daxili işlər orqanlarındakı mənbə bildirib.

Hüquq mühafizəçiləri bildiriblər ki, yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini hamıdan az Lənkəranskinin qardaşı Namiq Canıyev istəyir. Çünki o, dövlət hüquq-mühafizə orqanlarının əməkdaşıdır və yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.

Qeyd edək ki, N. Canıyev gömrük sahəsində vəzifə sahibidir, polkovnikdir.

Moskvanın kriminal eksperti Georgi Çikaberidze isə Azərbaycana avtoritetlərin gələcəyinə inanmır. Onun sözlərinə görə, Lənkəranskinin xatirəsini yad etmək üçün Lənkərana gedəcəyini deyənlər az deyil. Onlar o adamlardır ki, vaxtilə Rövşən Canıyev onlara kömək edib. Amma onların sözünə inananlar azdır.
Kim ki, getmək niyyətindədir, bunu hər yerdə qışqıraraq bəlli etmir” — ekspert deyib.
Çikaberidze əlbəttə, qəbul edir ki, kriminal dünyanın bir sıra nümayəndələri Lənkərana gedəcəklər. Amma gedənlərin miqyası elə də böyük olmayacaq.