Canlı yayım zamanı şok (VİDEO, FOTO)

04:22 xeber – Çempionlar Liqasının oyununu yayımlayan “LeTV” telekanalında kuryoz hadisə baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb.

Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu hətta oyunu televiziyadan izləyənlər də eşidib. Kuryoz hadisə zamanı onun digər həmkarı oyununun gedişatını tamaşaçılara çatdırmağa davam edib.

Ancaq digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib. Bu hadisə böyük səs-küyə səbəb olub. Bu səbəbdən kanal rəhbərliyi şərhçini işdən qovub.


Donq Lu

Donq Lu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Real” – PSJ matçını şərh edirmiş. Bakı vaxtı ilə 23:45-də başlayan qarşılaşma, Çin saatı ilə 03:45-də start götürüb.

mənbə :
anspress