Subhe ne narahatliq var: Dollar hara gedir?

[r32]
2018-05-11T17:48 xeber –
BAKI, 11 may — Sputnik. Azərbaycanda əhali arasında Amerika valyutasına olan tələbat artmaqda davam edir. Bu, özünü xüsusilə də aprel ayında, AR Dövlət Neft Fondunun (ARDNF) valyuta ticarətində dollar satışının rekord həddə — 802,6 milyon dollar həcmində qeydə alınmasında göstərib.
©
Sputnik / Murad OrujovDolların bahalaşıb-bahalaşmayacağı bəlli oldu
ARDNF-in aprel ayında valyuta satışı təkcə cari ildə rekord həddə olmayıb. Ötən il də dolların aylıq satışı ortalama 300 milyon dollar olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində 2,1 milyard dollar satılıb ki, bu da son iki ilin dörd ayı üçün maksimal həddə valyuta satışıdır.
Azərbaycanda dollara tələbatın artmasının səbəbi milli valyutanın devalvasiyaya uğrayacağı barədə şayiələrdir. 2015-ci ildə dünya bazarında neftin qiymətlərinin qəflətən 1 barelə görə 30 dollara qədər düşməsi manata güclü təzyiq göstərmişdi. Lakin indi “qara qızıl”ın bir barelinin qiyməti 75 dollardır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu il dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan nəzərdə tutulub.
Hazırkı fonda onu gözləmək olar ki, Dövlət Neft Fondunun valyuta vəsaitlərinin bir hissəsini Azərbaycan Mərkəzi Bankının hərraclarında əldə etmək mümkündür. Lakin AMB-nın məlumatlarına görə, aprel ayında valyuta ehtiyatlarının həcmi 43 milyon dollar ixtisar edilərək 5,465 milyard dollara (son 16 ay müddətində) çatıb.
AMB-nin əhalinin əmanətlərinin qorunması ilə bağlı bu ilin mart ayına olan gecikmə ilə təqdim etdiyi statistikasına görə, fiziki şəxslərin banklara qoyduğu dollar depozitlərində yüksələn tendensiya müşahidə edilib və 91 milyon manata (AMB-nin məzənnəsinə əsasən 53,5 milyon dollara) çatıb.
Bununla yanaşı, belə bir təhlükə də var ki, il ərzində fiziki şəxslərin banklara öz əmanətlərini milli valyutada yatırması halları azalıb. Əhali qərara gəlib ki, banklarda dolları illik 3% —lə qorumaq, manatı 10% və daha artıq faizlə qorumaqdan yaxşıdır.
©
Sputnik / Murad OrujovMərkəzi Bank manat qərarını açıqladı
Aydın məsələdir ki, əhalinin fəal şəkildə dolları alaraq “döşəyin altına” yığması manatın devalvasiyaya uğrama təhlükəsindən yaranan qorxu ilə əlaqədardır. Hətta dollar inflyasiyaya məruz qalsa belə, təkcə iş adamları deyil, elə sadə vətəndaşlar da maliyyə vəsaitlərini “ölü kapital” olaraq saxlayacaqlar.
2015-2016-cı illərdə olduğu kimi, hazırda da biznesmenlərin öz kapitallarını qonşu ölkələrə — Türkiyəyə, Gürcüstana, Rusiyaya və bir sıra digər Avropa ölkələrinə çıxararaq orada daşınmaz əmlaka və digər sahələrə yatırması mümkündür. Lakin unutmaq lazım deyil ki, son bir ayda türk lirəsi və rus rublu bu ilin əvvəli ilə müqayisədə dollara nisbətən nəzərəçarpacaq dərəcədə zəiflədi, manatın məzənnəsi isə dəyişməz qaldı.
Bununla yanaşı, neftin qiymətlərinin hazırkı səviyyəsi — bir barelə görə 75 dollar ölkə xaricindəki işgüzar dairələrə imkan verir ki, öz kapitallarını ağrısız bir şəkildə sərmayə olaraq bura yatırsınlar.
ARDNF-nin xarici valyutanın satışı hesabına yerli bazarda dollara olan tələbat azalmışdı və həyəcan aradan qaldırılmışdı. Amma bir sual açıq qalır: ARDNF valyuta ticarətində dolların rekord həcmini nə qədər saxlamağa çalışacaq? Və əgər neftin qiymətləri Azərbaycan üçün psixoloji hədd olan 45 dollardan aşağı düşsə, nə baş verəcək?
Hal-hazırda xarici valyutanın satışında nəzərəçarpacaq artım və manatın mümkün dəyərsizləşməsi ilə bağlı vətəndaşların həyəcanı fakt olaraq qalır. Yüksək vəzifəli məmurların manatın sabitliyinə dair təsəlliləri, tədiyyə balansının ödənilməsi, xarici ticarətdə müsbət saldonun izlənməsi, ölkədə inflyasiyanın aşağı düşməsi ilə bağlı arqumentləri əhalinin şübhə və narahatlığını hələ aradan qaldırmayıb.
2018-ci ilin dörd ayının nəticələrinə görə, ARDNF 2,1 milyard dollarlıq xarici valyuta satışını həyata keçirib. 2017-ci ildə satılmış valyutanın həcmi 3,6 milyard dollar olub. 2016-cı ildə isə bu göstərici 4,9 milyard dollar idi.
mənbə :
Sputnik

Rusiya azerbaycanlıları sevindirecek

13:00 xeber – Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan məzənnələri açıqlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, avroda dünən olduğu kimi bu gün də ucuzlaşma müşahidə edilib. Bir qrup Avropa ölkələrinin ümumi pul vahidi olan avro dünən 1,1558 manat, bu gün isə 1,1492 manat olub. Halbuki noyabrın ikisində 1 avro 1,1571 manata bərabər idi.

Avrodan fərqli olaraq dollar bu günə olan məzənnələrdə təxminən 0,04 faiz bahalaşaraq 1,0495 manat olub.

Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiyada nəzərə çarpacaq dərəcədə yuxarıdır.

AMB-nin açıqladığı məlumatda rublun qiymətində həftənin əvvəlindən bahalaşma olub. Noyabrın 2-də 0,0163 manat, 3-də 0,0165 manat olan 1 rus rublu bu gün 0,0168 manata çatıb.


Rublun həftə ərzində məzənnəsi
Mənbə: AMB

Rusiyanın pul vahidi rublun məzənnəsi ilə bağlı qonşu ölkənin özündə də müsbət proqnozlar verilir. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, rubl yeni iqtisadi şərtlərə uyğunlaşa bilib.

“PROFIT Group” şirkətinin əməkdaşı Qleb Zadoya da bildirib ki, noyabr ayında da rubl məzənnələrində mənfi dəyişiklik gözlənilmir.

“Noyabr ayı da rubl üçün pozitiv ay ola bilər. Oxşar xarici şərait buna imkan yaradacaq. Amma eyni proqnozu dekabr ayı üçün də vermək olmaz. Çünki bu ayda yüksək məbləğdə xarici borc ödənişi gözlənilir”, – deyə o bildirib.


Elvira Nabiullina – Rusiya Mərkəzi Bankının sədri

mənbə :
anspress