Rusiyanin Ermenistana teyin etdiyi sefir kimdir?

[r32]
2018-06-04T23:20 xeber – Ermənistan xarici işlər naziri Zograp Mnatskanyan bu gün Rusiyanın bu ölkəyə yeni təyin olunmuş səfiri Sergey Kopırkinlə görüşüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.
Mnatskanyan Kopırkinin təyinatının ikitərəfli əlaqələrə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Tərəflər, eyni zamanda ikitərəfli əlaqələri, Ermənistanda ölkə daxili siyasi vəziyyəti, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib.
mənbə :
Sputnik

“İqla” mübahisəsi: Gürcü nazir İrəvana cavab verdi

Gürcüstanın Daxili İşlər Nazirliyi Ermənistanın 3 vətəndaşının Ermənistanın keçid-buraxılış məntəqəsindən “İqla” (“İynə”) zenit-raket kompleksinin keçirilməsi məsələsi ilə bağlı məlumatı diqqətdə saxlayır.

Azadliq.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, bununla bağlı nazir Georgiy Mqebrişvili açıqlama verib. Ancaq gürcü nazir erməni rəsmilərinin iddialarının təsdiqləməyib.

“Hələlik “İqla” zenit-raket kompleksinin tranzit ölkə kimi Gürcüstandan Ermənistana keçirildiyini təsdiqləmək olmaz. Araşdırmalar gedir, detallar öyrənilir. Biz erməni həmkarlarımızla əlaqədəyik və araşdırmaların gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq”-nazir jurnalistlərə deyib.

Ermənistan rəsmilərinin iddialarına rəğmən gürcü nazir silah qaçaqmalçılığı prosesində Gürcüstanın iştirakı ilə bağlı ortada dəlillərin olmadığını deyib. “Silahın Gürcüstan vasitəsilə Ermənistana keçirildiyini dəqiq demək çətindir. Onlar belə deyə bilər, ancaq biz araşdırmaları davam etdiririk”,-nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik xidməti 22 martda “İqla” zenit-raket kompleksinin Gürcüstandan keçirilərkən aşkarlandığını, 2 nəfərin hadisə yerində saxlandığını, sifarişçi Qarabağ separatçılarının sabiq “müdafiə naziri” Samvel Babayanın isə bir neçə saat sonra həbs edildiyini açıqlayıb.

Ayaz Niyazoviç: “Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil”


[r32]
Xocalı soyqırımına görə məsuliyyəti azərbaycanlıların üstünə atan “eks-prezident”dən daha nələr gözləmək olar?
Hər il Xocalı soyqırımının ildönümü yaxınlaşanda Azərbaycanda hakimiyyət dərəbəyliyinin əsasını qoyan Ayaz Mütəllibovun mətbuat səhifələrində peyda olması ənənəvi hal alıb.

Təəssüf ki, bu il də həmin ənənə pozulmadı – yenə 1992-ci ilin fevralında camaatı əliyalın, köməksiz vəziyyətdə erməni-rus birləşmələrilə üz-üzə qoyaraq qırğına verib, başı özünə bəzək-düzək verməyə qarışan birisi bugün utanmadan günahı kimlərinsə üstünə atır, Rusiya və İrana mədhiyyələr yağdıraraq göylərə qaldırır, bu faciədə özünün az qala heç bir günahının olmadığını söyləyərək, hətta Xocalı qətliamında bizimkilərin rolu olduğuna işarə vurmaqla, camaatın gözünə kül üfürür. Bu rəzil mənzərəyə baxıb düşünürsən ki, doğrudanmı belələri üçün müqəddəs heçnə yoxdur?

“Apreldə Rusiya müharibəni dayandırdı və…”
Mütəllibov mətbuatda gedən son müsahibəsi ilə yerini kifayət qədər bərkitdiyini göstərir və hətta onu ölkəyə buraxıb imtiyazlar verən hakimiyyətə ağıl verməkdən də çəkinmir. Azərbaycanın tutduğu siyasi xəttə münasibətdə deyir: “Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni”. Sözünü guya cəbhə hakimiyyətinə yönəltsə də, əslində Azərbaycanın indiki hakimiyyətinin də Türkiyə ilə münasibətlərini və tutduğu siyasi xətti bilməmiş deyil.

“Biz Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq”. Fikir verin, Azərbaycanın indiki hakimiyyətinin hər vəchlə müstəqilliyini və neytrallığını qorumağa, regionda söz sahibi olmağa çalışdığı, Türkiyə ilə münasibətlərə böyük prioritet qazandırdığı bir dönəmdə, bu “eks-prezident” titulunun və “rus-iran məddahlığı” virusunun daşıyıcısı ölkəni yenə boyunduruğa layiq bilir. Onun daha bir fikri: “Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”.

Yoldaş Mütəllibovun dediyi həmin aprel döyüşlərindən artıq bir il ötür. Özü də etiraf edir ki, Azərbaycanın irəliləməsinin qarşısını məhz Rusiya aldı və məsələnin tezliklə həll olunacağına söz verdi. Bəs hanı nəticə? Özü uzun müddət milləti rusun quyruğuna bağlayıb aldadandan sonra, indiki hakimiyyəti də eyni yola çəkir – yəqin yeni Xocalı arzusundadır! Fikirlərindəki ziddiyyətlərə baxın – “Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”. Bu nə erməni-rus-iran budaq cümləsidir görəsən? Demək bunlar nə vaxt regionda sülh istəsələr, (hansı ki, heç vaxt istəməyiblər) müharibə olacaq… İndi özü bilər, ancaq kaş hakimiyyətdə olduğu dövrdə bu adam Rusiya və İranı sevdiyinin mində biri qədər Azərbaycanı sevəydi…

Ayaz Niyazoviç: “Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub…”

Heydər Əliyev bunun ayağını ölkəyə basmağa qoymadı. Sözsüz ki, düz elədi. Ancaq indi bu özü və hətta parlamentdə oturdulan tör-töküntüləri gündə ağzından bir əyri avaz çıxarıb millətin ürəyini bulandırmaqla məşğuldurlar. Həmin müsahibədə Rusiyanın azərbaycanlılara iş verdiyinə eyham vurur və bunu əlində bayrağa çevirir. Ancaq özü də gözəl bilir ki, Azərbaycana rəhbərlik edənlərin, deməli həm də elə özünün hökmranlığı dövründəki “səyləri” nəticəsində çöllərə səpələnən həmvətənlərimiz Rusiyanın özü üçün böyük gəlir mənbəyidir. Rus məmuru və polisini rüşvətlə, dolanışıqla təmin edən görəsən kimlərdir? Tənbəl rusun görmədiyi ən qara və əziyyətli işlərə qatlanan görəsən kimlərdir? Rusiya cəmiyyətində yaranan mənfi emosiyaları ən rahat şəkildə kimlərin üzərinə yönəltmək olar? Əlbəttə ki, həm də bizimkilərin. Yəqin Rusiyada gündə onlarla, bəlkə də yüzlərlə rusun törətdiyi bir cinayət əməlinə yol verən (əgər o törədibsə…) Orxan Zeynalovun əli qandallı daxili işlər nazirinin qarşısına gətirilməsi və alçaldılması səhnəsini Ayaz Niyazoviç özü də müşahidə edib. Cinayətkardısa haqq qazandırmırıq – ancaq məhz azərbaycanlı olduğuna görə onun ətrafında şou düzəldilməsi qəbuledilməzdir. Ancaq bunlar siyasi şoumen və stilyaqa “eks-prezident” üçün heç bir əhəmiyyət kəsb etmir. Bunun kimiləri ancaq öz rahatlığı və məsuliyyəti kimlərinsə üzərinə atmaq düşündürür.

Qul-beçəsi olduğu Rusiyanı müdafiə edərək, öz millətini belə alçaltmağa razı olan bu şəxs görün nə deyir: “Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər”. Deməli, sayca bizdən dəfələrlə az, qeyrəti, şərəfi bütün dünyaya bəlli olan erməni öz gücünəmi bizim torpaqlarımızı zəbt edib? Biz millət olaraq bu qədərmi cılız, aciz və qorxağıq? Öz millətini bu qədər təhqir etmək və alçaltmaq olarmı? Ermənilər özləri Rusiya olmasa, Azərbaycanın ayaqları altında əzilib məhv olacaqlarını etiraf edərkən, bu şəxs kimlərin mahnısını oxuyur görəsən?

Nəhayət, Xocalı qətliamı ilə bağlı dedikləri: “Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir”.
“Utan!” demək istəyirsən, ancaq kimə deyirsən… Bu millətin hansısa nümayəndəsinin körpə meyitini təhqir etməsinə inanmaq üçün, gərək bu millətdən olmayasan! Baxın, adam ermənilərin dediklərini deyir və az qala bu qətliamı bizimkilərin törətdiyinə eyham vurur. Doğrudan da mərhum Heydər Əliyev bilib, beləsinin Azərbaycan torpağına ayaq basmasına izin verməyib… Onun dediyi milli xəyanət isə doğrudan da olub, ancaq Xocalıda yox, Bakıda! Və bunu kim edibsə, hamı gözəl bilir! Görəsən, Azərbaycanda yerlibazlığın ilk toxumunu səpən, gədə-güdəni qudurdub millətin başına çıxaran və iki sözündən biri rus-iran olan birisinin Azərbaycanın yetim-yesirindən yığılan vergilər hesabına imtiyazlarla və pul-para ilə təmin olunması bizim üçün növbəti xəcalət nümunəsi deyilmi?

Təəssüf ki, tarixi silmək olmur və bu şəxs doğrudan da, nəvaxtsa Azərbaycana rəhbərlik edib…(AzPolitika.info)

“Qarabağdakı vəziyyətə Vladimir Putin nəzarət edir”

rusiya
Dağlıq Qarabağda münaqişənin həll edilməsində Moskva müstəqil olaraq fəal şəkildə fəaliyyət göstərir, eyni zamanda Vaşinqton Ermənistan və Azərbaycan arasında baş verənlərdə iştirak etmir. Rusiya hakimiyyəti Cənubi Qafqaz dövlətlərini Qərbdən uzaqlaşdıraraq bundan istifadə edir.
Oxu.az Regnum-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib.
Onun fikrincə, Moskva yalnız regionda öz nüfuzunu möhkəmləndirir – Rusiya prezidenti Vladimir Putin isə qətiyyətlə hərəkət edir ki, “Rusiyanın beynəlxalq nüfuzunu möhkəmləndirsin və Bakı ilə İrəvanı Qərbdən uzaqlaşdırsın”.
Brayza xatırladıb ki, Rusiya və ABŞ ATƏT-in Qarabağ münaqişəsi üzrə 1994-cü ildə yaradılmış, Minsk qrupu çərçivəsində əməkdaşlığa davam edirdilər və məqalənin müəllifi də onun işində 2006-cı ildən 2009-cu ilə qədər iştirak edib. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənir.
“Bir çox ermənilər və azərbaycanlılar xarici oyunçunun öz dar siyasi maraqlarına görə, yerli hərbi rəisləri münaqişənin bərpasına sövq edəcəklərindən qorxublar”, – Brayza yazır.
Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir.
Ağ Ev son hadisələrlə bağlı, hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb, Brayza yazır.
Məqalənin müəllifi hesab edir ki, regiona belə diqqətsizlik Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. Kreml bu regionu öz məqsədləri üçün istifadə edir.

Rusiyadan Ermenistana herbi destek – FOTO

21:59 xeber – Rusiya Ermənistandakı hərbi bazasını gücləndirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri nəql etdirib.

Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.

Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münsibətllərin ardınca, Rusiya bu addımı atıb. Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb.


Mi-24 təyyarəsi.

Cənub Hərbi Dairəsinin İrəvandakı aviasiya bazası 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan gətirilmiş “MiQ-29” qırıcı təyyarələri yerləşdirilib. 2001-ci ilin iyulunda Erebunidə yerləşən hissələrdən aviasiya bazası yaradılıb. Həmin aviasiya bazası Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentidir.


Mi-8 təyyarəsi.

İki ölkə arsında vəziyyətin gərginləşməsinə səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhədində vurması olub. Baş verən hadisələrdən sonra iki ölkə arasındakı vəziyyət arzu olunmaz həddə çatıb. Bundan sonra Rusiya Türkiyə mallarına sanksiyalar qoyub.

mənbə :
anspress

Rusiya Ermənistanın inkişafına 5 milyon dollar ayırıb

putinsarkisyanBu layihə ilə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıq daha da möhkəmlənəcək.

Azadlıq.az-ın APA’ya istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası hökumətinin qərarına əsasən Ermənistan Respublikasına BMT-nin İnkişaf Proqramı çərçivəsində 5 milyon ABŞ dolları vəsait ayrılıb.

Bu vəsait BMT İnkişaf Proqramı tərəfindən Ermənistanda 2015-2019-cu illərdə “Kənd təsərrüfatı rayonlarının inkişafının kompleks dəstəklənməsi” layihəsinin həyata keçirilməsinə yönəldiləcək.

Layihədə Ermənistanın Tavuş vilayətinin balanslaşdırılmış inkişafının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətindən əldə olunan gəlirlərin artırılması, yoxsulluğun azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Layihədən faydalanacaq insanların sayı 62 min nəfərdir.

Layihə Rusiya ilə Ermənistan arasında olan strateji əməkdaşlığının gələcəkdə də möhkəmləndirilməsinə xidmət edəcək.