Azərbaycanlı iş adamlarının 2 milyardlıq “iş”i ilə bağlı – Açıqlama

Xəbər verdiyimiz kimi,“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov həmvətəni, milyarder Vahid Ələkbərovun prezidenti olduğu “LUKoil” şirkətini məhkəməyə verib.

Buna səbəb Rusiya şirkətinin “Palmali” ilə neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə bağladığı müqaviləyə əməl etməməsidir. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanıb. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və M. Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Müvafiq məsələ ilə bağlı “Palmali” şirkətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, bu iddianamə üzrə İngiltərə Ali Məkhəməsinə müraciət edilib:

““Litasco” şirkətinin vəkilləri “Debevoise & Plimpton” hüquq firması vasitəsilə “Palmali Shipping” ilə olan müqavilədən irəli gələn şərtləri pozduğu üçün 2 milyard dollara yaxın və üstəgəl faiz və digər xərcləri əhatə edən iddia ərizəsi ilə “Palmali Shipping” şirkəti İngiltərə Ali Məhkəməsinə müraciət edib. Sözügedən iddia ərizəsində şirkətlər arasındakı imzalanmış uzunmüddətli müqavilənin şərtlərində qeyd edilmiş miqdarda yüklə təmin edilməməsi şirkət tərəfindən iddia edilir”.

mənbə : Qafqazinfo.az

Rusiyanın sifariş etdiyi gemiler bu ölkeye satıldı

22:59 xeber – Misir Fransa ilə vertolyotdaşıyan “Mistral” gəmilərinin alınması ilə bağlı müqavilə imzalayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həmin gəmilər bundan əvvəl Rusiya üçün nəzərdə tutulmuşdu.

Amma Fransa sonda ötən ilin martında Rusiyanın Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilmiş sanksiyalardan sonra sövdələşməni pozdu.

Ümumiyyətlə, hər iki gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən müqavilə ilə bağlı uzun müddətdir müzakirələr gedir. Rusiyanın Ukraynada törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və gəmiləri çatdırmamağı tələb ediblər.

Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas gətirərək hər 2 gəminin çatdırılmasını “növbəti xəbərdarlığa” qədər təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları silahlandırmaqda ittiham olunur.


Vladimir Putin – Rusiya prezidenti və Fransua Olland – Fransa prezidenti

Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa, bunun nəticəsi pis ola bilər: “Fransa sonda müqavilənin şərtlərini pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək”.

Prezident Vladimir Putinin köməkçisi Vladimir Kojin bu günlərdə bildirib ki, Fransa iki ədəd “Mistral” hərbi gəmini Moskvaya satmaqdan imtina etdiyinə görə rəsmi Paris Rusiyaya kompensasiya ödəməyə razılaşıb. Bu məsələyə dair Fransa ilə Rusiya arasında danışıqlar yaxşı keçib. Hər şey – kompensasiyanın miqdarı və ödənilməsi cədvəli həll olunub.

Müqavilə oktyabrın 10-da Fransanın baş naziri Manuel Vallsın Qahirəyə səfəri zamanı imzalanıb.

Fransa prezidenti Fransua Olland sentyabrın 23-də Misir prezidenti Abdel Fattah al Sisi ilə belə bir razılığa gəlmişdi. Bu gəmilərin hər biri 16 vertolyot, 4 desant kateri və 13 tank daşıya bilir. Rusiyanın 2011-ci ildə sifariş etdiyi gəmilərin dəyəri 1,4 milyard dollardır.


“Mistral” gəmisi

“Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin tacıdır. Fransa donanmasında bu gəmiləri “isveç cib bıçağı” da adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat vasitəsi və 12 tank daşımaq imkanına malikdir. Gəmiyə həmçinin 700 əsgər və bütöv hospital sığır.

mənbə :
anspress