Ramil Usubovdan yeni rəis təyinatı


[r32]
Daxili işlər naziri Ramil Usubov yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb.

BakuPost.az xəbər verir ki, nazirin əmri ilə İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib. Faktı saytımıza polis bölməsindən təsdiq ediblər. Bildiriblər ki, rəis təyinatı ilə bağlı məlumat verilsə də, hələ kollektivə təqdim olunmayıb.

Xatırladaq ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov avqust ayının əvvəlində tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

Eldar Mahmudovla kəllə-kəlləyə gələn rəisə yeni vəzifə verildi – Rabitədə təyinat


[r32]
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün daha bir təyinata imza atıb. Bu barədə Mia.az-a verilən məlumata görə, nazirin əmrinə əsasən Nəriman Salmanov Sumqayıt Telefon Qovşağının rəisi təyin edilib.

Məlumata görə, bu gün Sumqayıtda vətəndaşları qəbul edən nazir Ramin Quluzadə, həm də yeni rəisi kollektivə təqdim edib.

Qeyd edək ki, N.Salmanov bu günədək Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində çalışıb. Sumqayıt Telefon Qovşağının rəisi vəzifəsini bu günədək icra edən “Aztelekom”un baş mütəxəssisi İqbal Yusifov isə əvvəlki iş yerinə qaytarılıb.

“AzPolitika.info” xatırladır ki, bu həmin Nəriman Salmanovdur ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tələbini yerinə yetirməkdən imtina edib. Bu haqda “AzPolitika.info”ya o dövrdə baş verən hadisələr barədə məlumatlı mənbə bildirmişdi.
Mənbə vaxtilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə təyinat alan Nəriman Salmanovun qısa müddətdən sonra vəzifədən götürülməsinin səbəblərini belə izah edib:
“2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi vəzifəsinə irəli çəkdi. Təbii ki, bu vəzifə üçün tələb olunan 300 min dollar ödənildikdən sonra. Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirildi.

Belə ki, Nəriman Salmanov BTRİB-ə rəis gətiriləndən bir neçə ay sonra “qara maskalılar” günün-günorta vaxtı onu iş kabinetindən götürərək MTN-ə aparıblar. Orada ona nazir E.Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənilməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir.

Ancaq peşəkar rabitəçi və qanundan qorxan adam olan Nəriman Salmanov birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib.
Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər”

Qeyd edək ki, N.Salmanov istefa verdikdən sonra Eldar Mahmudov Əli Abbasovu aldadaraq, öz adamının BTRİB-ə rəis gətirilməsinə nail olub: “Nəriman Salmanov MTN-çilərin əlindən qurtardıqdan sonra, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub.

Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb. Yəni, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib. Bu tələb də icra olunub.
Əslində MTN əməliyyatı Beytulla Hüseynovun sifarişi əsasında həyata keçirilənə daha çox oxşayır. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”.
Mənbənin məlumatında o da bildirilirdi ki, Nəriman Salmanov BTRİB-dən gedəndən sonra Əli Abbasovdan verdiyi məbləği qaytarmağı xahiş edib: “Bildirib ki, işlədiyi dövrdə yalnız cüzi “qazancı” olub. Bir neçə avtomobili idarənin adına şişirdilmiş qiymətə alıb və bir neçə “kabel əməliyyatı” həyata keçirə bilib. İmkan verməyiblər ki, verdiyini çıxarsın. Nazir isə onu verdiyi pulun əvəzinə Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib”.

Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara – Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə N.Salmanov kabinetini kameralaşdırmışdı ki, otağa gələn hər kəsin davranışları qeydə alınsın”.
Azadlıq.az