Semkirde partlayis: yarali var

[r32]
xeber –

Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 



mənbə :
Lent.az

Mədət Quliyev DTX rəisini təqaüdə göndərdi


[r32]
Dövlət Təhlükəsizlik Xidmətinin Şəmkir Şöbəsinin rəisi Musa Haqverdiyev tutduğu vəzifədən azad edilərək, təqaüdə göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı DTX rəisi general-leytenant Mədət Quliyev əmr imzalayıb.

Musa Haqverdiyevin işindən kənarlaşdırılmasına səbəb isə onun qanunla müəyyən olunmuş yaş həddinə çatması olub.

Qeyd edək ki, Namiq Abbasovun dövründən milli təhlükəsizlik orqanlarında xidmət edən Musa Haqverdiyev Göyçay, Tovuz rayonlarında da rəis vəzifəsində çalışıb.

Sabiq nazir əmlakını satışa çıxarıb – Avtomobillərini bacısı oğlu satır


[r32]
Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.Bakupost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili sürətdə azaltmaq istəməsidir.
F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Satışa da məhz həmin avtomobillər çıxarılıb.
Bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Discovery” maşını satılıb. Məmmədov doğulduğu rayona gedəndə 2011-ci il istehsalı olan ful kompilektasiyalı həmin maşını idarə edirmiş. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.

Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.
Xatırladaq ki, F.Məmmədov işdən azad olunandan sonra, mətbuatda Vergilər Nazirliyində korrupsiya halların aşkarlanması, buna görə də keçmiş nazirin istintaqa cəlb edilmək ehtimalı barədə xəbərlər yayılıb.

Şemkirde maşın 31 yaşlı qadını vurdu


26.02.2016 / 22:01 xeber –

Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Hüseyn Rzayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Pərvin Qurbanovanı vurub.

 

Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

AQUPDK sədrilə bağlı ŞOK iddialar: 170 minlik “müavin” əməliyyatının sirləri

hic
AQUPDK-ya ölkə üzrə icra başçılarının müavini təyinatına namizədlər təqdim etmək səlahiyyəti verilib

Bir müddətdir adı 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib. Aznews.az-ın xəbərinə görə, H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib: “Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?

H.Hüseynova jurnalistlərə də çağırış edib: “Jurnalistlərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə, dövlət məmurları haqqında belə şeyləri yazanda fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”.

H.Hüseynovanın tövsiyələrini diqqətə almaq lazımdır. Amma maraqlı məqam budur ki, dövlət məmuru niyə adının bu cür biabırçı işlərə adının qarışmasına şərait yaradıb?
Niyə Aparat rəhbərinin komitədə oturub vəzifə alveri açmasına imkan verib?
Tutaq ki, komitədə baş verənlərdən H.Hüseynovanın xəbəri olmayıb. Bunun özü böyük bir dövlət qurumuna rəhbərlik edən məmura yaraşan haldırmı?
sefer
Səfər İmanov Komitədəki kabinetini vəzifə alveri şöbəsinə çevirib. Mətbuat bu məsələni yazmalı, komitə sədrinin 4 il ərzində hara baxdığını sual etməli deyil?

Redaksiyamıza daxil olan məlumata görə, AQUPDK-ya ölkə üzrə icra başçılarının müavini təyinatına namizədlər təqdim etmək səlahiyyəti verilib. AQUPDK-nın 170 minlik qalmaqalla bağlı yaydığı rəsmi məlumatlarda ölkə boyu 85 qadının icra başçısının müavini postunu tutduğu vurğulanıb. Belə məlumat var ki, AQUPDK-ya 10-20 rayon üzrə namizədlərin təqdim olunması üçün kvota verilib. Həmin qeyri-rəsmi kvota qadın namizədlər üçün nəzərdə tutulub. Buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini postuna Eynur Kərimovun namizəd olaraq təqdim olunması adekvat hesab olunmayıb. Yəni Səfər İmanovun vasitəsi ilə Eynur Kərimovun adı başçı müavini postuna namizəd kimi yazılanda artıq onun namizədliyinin təsdiq edilməyəcəyi məlum olub. Bunun sadə bir səbəbi isə E.Kərimovun güclü cins nümayəndəsi olmasıdır.
Yada salaq ki, bir neçə gün əvvəl redaksiyamıza daxil olan məlumatda iddia olunub ki, AQUPDK ilə bağlı qalmaqal bir yox, bir neçə nəfəri əhatə edir.
fazil
Komitə xətti ilə əvvəllər də başçı müavini təyinatları baş tutub. Belə təyinatlardan biri də Şəmkirin İcra Hakimiyyətində gerçəkləşib. Qaynağımız iddia edib ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun müavini Məleykə Əlizadə də komitə xətti bu vəzifəyə gətirilib. Məlumdur ki, Binəqədi, Şəmkir, Gədəbəy rayonları vergilər naziri Fazil Məmmədovun qeyri-rəsmi qubernatorluğuna daxildir. 170 minlik qalmaqalla bağlı məhz bu rayonların seçilməsinin təsadüfi olmadığı bildirilir. Qeyd olunur ki, AQUPDK sədri ilə vergilər nazirinin işgüzar münasibətləri var.

Bu səbəbdən nazirin patronajlığı altında olan rayonların icra hakimiyyətlərində müavin postlarına namizədlərin irəli sürülərkən qeyri-rəsmi olaraq AQUPDK xətti ilə təqdim olunan namizədlərinin təsdiqi real olub. Eynur Kərimovun güclü cinsin nümayəndəsi olaraq siyahıya salınması son nəticədə onun başçı müavini olaraq təsdiqini əngəlləyib. Ortaya belə bir qalmaqal çıxıb.

Bu məlumatlar onu deməyə əsas verir ki, Səfər İmanovun vətəndaşdan 170 min manat alıb “səni başçı müavini təyin etdirəcəyəm” deyə bilməsinin ciddi əsasları olub. Hazırda məsələ ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Bu olay dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasındakı məlum səhnəni xatırladır. Həmin səhnədə Məşədi İbada təqdim olunan gəlin, sonda kişi çıxır…(musavat.com)

Şemkirde 26 yaşlı qız dem qazından zeherlendi


03.02.2016 / 22:39 xeber –

Şəmkir rayon sakini dəm qazından zəhərlənib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Barlıbağ kənd sakin, 1990-cı il təvəllüdlü Fərqanə Əliyeva dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə F. Əliyeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

mənbə :
lent.az

Şemkir sakinini maşın vurub


11.12.2015 / 21:01 xeber –

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə magistral yolun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayon sakini Səhrət İsmayılov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməl istəyən Keçili kənd sakini, 1989-cu il təvəllüdlü Aişə Nağıyevanı vurub. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Şemkirde yol qezası baş verib, ölen var


22.11.2015 / 21:21 xeber –

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Kamaz” markalı maşının “VAZ-21011” markalı avtomobillə toqquşması nəticəsində “VAZ” da olan sərnişin, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Lamiye Quliyevanın keçmiş nişanlısı aclığa başladı

11:57 xeber – Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu Lamiyə Quliyeva ilə birlikdə qətlə yetirməkdə ittiham olunan və ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev aclıq aksiyasına başlayıb.

Bunu ANS PRESS-ə açıqlamasında məhkumun həyat yoldaşı Aynurə Məhəmməd qızı Əliyeva deyib.

Onun sözlərinə görə, əri oktyabr ayının 3-dən aclıq keçirir və hazırda 18 gündürki acdır. O, bu aksiyanı saxlandığı Qobustan Qapalı Həbsxanasında davam etdirir.

Onun sözlərinə görə, həyat yoldaşının aclığa başlamasına səbəb barəsində ağır cəza təyin edilməsi və Ali Məhkəmənin onun şikayətinə baxmamasıdır:

“Həyat yoldaşım artıq 13 ildir həbsdədir və o deyir ki, günahsız yerə ona ömürlük cəza verilib. İstintaqla cinayəti sübuta yetirilən Lamiyə Quliyevanın isə uşaq dünyaya gətirdiyi və məsələ ictimailəşdirildiyi üçün azadlığa buraxılması da yoldaşıma qarşı edilən haqsızlıqdır. Hazırda Vüqarın tək istəyi məhkəmənin yenidən keçirilməsi və ədalətli qərar verilməsidir. O, məhkəmənin onun işinə baxacağı vaxta qədər aclığı davam etdirməkdə israrlıdır”,-deyə Aynurə Əliyeva bildirdi.


Vüqar Əliyev- ömürlük həbs cəzası alan məhkum

Həyat yoldaşı onun səhhətində problemlər olduğunu, aclıq keçirdiyi müddətdə həkim nəzarətində saxlanmadığını, və onun aclıq aksiyası keçirməsi ilə bağlı istintaq təcridxanasının maraqlanmadığını deyir.

Aynurə Əliyeva və Vüqar Əliyev 2011-ci il sentyabr ayının 27-də Vüqar əliyevin saxlandığı istintaq təcridxanasında evləniblər.

Penitensiar Xidmətin mətbuat xidmətindən isə məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, Vüqar Əliyevin açlıq aksiyası keçirməsi yalan məlumatdır. O, hazırda digər məhumlar kimi yeyir və heç bir problem də yoxdur.

V.Əliyev və onun keçmiş nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Quliyeva qətl törətdiyinə görə aldığı 10 il həbs cəzasını çəkib qurtarandan sonra onun barəsində cinayət məcələsinin 317-ci cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma maddəsi ilə əlavə cinayət işi başlanaraq cəzası 5 il 6 ay artırılmışdı.

20 fevral 2015-tarixində Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest təmin edilərək Lamiyə körpəsi ilə birgə azadlığına qovuşub.


Lamiyə körpəsi ilə birgə

Lamiyə Quliyevanın azadlığa çıxdığını göstərən video

mənbə :
anspress

Qonşu qonşunun qanını tökdü

16:20 xeber – Şəmkirdə qonşular arasında dava qan tökülməsinə səbəb olub.

Şəmkir Rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Ülvi Məmmədova aralarında yaranan şəxsi münasibətlər zəminində hələlik adı istintaqa məlum olmayan qonşusu tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.

22 yaşlı gənc dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Oktyabr ayının 5-də də Göyçay rayonunda qonşular arasında bıçaqlanma hadisəsi baş vermişdi.

Rayonun Bığır kənd sakini, 1997-ci il təvəllüdlü Cavid Qadir oğlu Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində qonşusu, 1985-ci il təvəllüdlü Elvin Seyfalı oğlu Həmidovu bıçaqlaymışdı. Rayon polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı gənc həbs olunaraq istintaqa cəlb edilib.

mənbə :
anspress

Şemkirde ev yandı


16.02.2015 / 22:16 xeber –

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə : Lent.az