Südün içindən şüşə çıxdı

süd
Bu iddia tibb işçisi Emil Əliyevə aiddir.
Azərbaycanda qiymət dəyişikliyindən sonra ərzaq məhsulları tikinti məhsullarına çevrilməyə başlayıb. Çörəkdən daş, kolbasadan kəndir çıxmışdı. İndi isə südün içərisindən şüşə qırıntıları çıxıb.
Ən acınacaqlısı isə odur ki, içərisindən şüşə çıxan süd heç də sex və ya qeyri-peşəkar bir şirkətin deyil, “Azərsun”un məhsuludur. Tibb işçisi olan Emil Əliyev Milli.Az-a yazıb ki, martın 7-də metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında yerləşən “Grandmart” supermarketindən şüşə qabda satılan “Azər Süd” alıb. Südün bir hissəsini evdə içəndən sonra gördüklərindən dəhşətə gəlib. Südün içərisində şüşə qırıntıları olub.

“”Azər Süd” – “Azərsun” süd məhsullarını alarkən diqqəli olun, yoxsa şüşə qırıntıları udub mədə-bağırsaq travması alıb cərrahi əməliyyat oluna bilərsiniz. Süd almışam, yarısını istifadə edəndən sonra içərisində şüşə qırıntıları olduğunu görmüşəm. İçərisi şüşə ilə dolu olan süd qabını saxlamışam. Heç bir zədə almamış qabın içərisinə şüşə qırıntıları hardan düşə bilər? Tibbi müayinəyə ehtiyacım var. Mağazanın inzibatçısı ilə söhbət etdim, dedi ki, bizə belə gəlib satmışıq” – deyə oxucu yazır.

“Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov Milli.Az-a açıqlamasında belə bir halın olmasını qeyri-mümkün hesab etdi və baş verənləri təxribat adlandırdı:
“Südün doldurulması avtomatik qaydada həyata keçirilir. Bir qrup var ki, bizim məhsullara qarşı təxribat aparırlar. Şüşə qab avtomatik dolum xəttinə girir, orada başı aşağı çevrilir, buxardan keçirilir, yenidən gəlir sistemə. Onun içərisində yad əşyanın qalmaması üçün yüksək təzyiqli su ilə yuyulur və avtomatik doluma gedir. Plastik qapağı atıb içərisində şüşə atmaq bəsitdir”.

Şirkət rəsmisi şikayətçini məhkəmə ilə də hədələdi: “Həmin istehlakçı bizə niyə şikayət etmir. Müştəri xidmətimiz var, həmən şikayətlərə reaksiya verilir. Bu iş bizim üçün məsuliyyətli məsələdir. Mən sizə südün qablara doldurulmasını göstərən videonu göndərim baxın. Biz sistemi göstərəcəyik və həmin adam şikayətini sübut edə bilməsə, məhkəməyə verəcəyik. Milyon zülm çəkirik, maşın mexanizmlər quraşdırırıq ki, belə məlumatlar yayılsın? Bir neçə il əvvəl bizim yağın içərisindən pencək çıxmışdı. Sonradan məlum oldu ki, təxribatdır. Ehtimal odur ki, bu süd qabı qırılıb və şüşə qabın içərisinə düşüb. Elə deyilsə, qeyri-mümkündür. Bir qüsur odur ki, qapaq plastikdir və kimsə bunu açıb ata bilər”.süd2süd1
Azqadliq.az