Yunanıstanda yeni hökumət yaradılır

yunanistanda_syriza_anel_ile_anlasti_1422271072_8634Azadlıq.az-ın xəbərinə görə, Yunanıstanda parlament seçkilərini udan solçu “Siriza” partiyası sağçı “Müstəqil yunanlar” partiyası ilə koalision hökumət yaratmaq razılığına gəliblər.

Bu partiyanın lideri Panos Kakmmenos bildirib ki, Siriza partiyasının lideri Alexis Tsipras baş nazir olacaq.

Ölkə prezidenti yanvarın 26-da ona yeni hökumət yaradılmasını tapşıracaq.

Seçkinin ilkin nəticələrinə görə, Siriza partiyası 300 yerlik parlamentdə 149, “Müstəqil yunanlar” partiyası isə 13 mandat qazanıb.

yunananel

Bu partiyalar ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının şərtləri ilə razı deyillər.

Ölkə bunun əvəzində sərt iqtisadi tədbirlər həyata keçirməlidir.

Getməkdə olan baş nazir və mühavizəkar “Yeni Demokratiya” partiyasının lideri Antonis Samaras isə televiziya ilə müraciətində əldə olunan nailiyyətlərin davam etdiriləcəyinə ümidlə yanaşdığını deyib.

Yunanıstan hazırda kəskin büdcə kəsiri, ağır iqtisadi böhran dövrünü yaşayır.Ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının verilməsi yeni hökumət yaradılanadək dayandırılıb.

Qeyd edək ki, Aleksis Çipras hələ 16 yaşı olanda tələbə etirazında adını dünyaya tanıtmışdı. Aleksis Çipras məktəb illərində tanış olduğu, Baziana adlı xanımla 20 ildir birlikdədir. Evlənməyən cütlüyün iki oğlu var.
Çiprasın kariyerasındakı dönüş nöqtəsi 2009-cu il iqtisadi böhranı olub. O, bunu fürsətə çevirərək 2012-ci ildə partiya lideri seçilib. İndi isə ölkənin Baş naziri oldu.