Həbsdəki harın nəvə lüks kameraya köçürülüb? – Rəsmi açıqlama


[r32]
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına münasibət bildirib.

Dünən musavat.com-da baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin lüks kamerya köçürülməsi ilə bağlı məlumat dərc edilmişdi.

Bu gün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov musavat.com-la əlaqə saxlayaraq dərc edilmiş yazıya münasibət bildirib.

M.Sadıqov bildirib ki, nə Nail Allahverdiyevə, nə də digər məhbuslara həbsxanada xüsusi imtiyazla şərait yaradılmayıb yaradıla da bilməz.

Polkovnikin sözlərinə görə, istintaq təcridxanası beynəlxalq satandartlara uyğun inşa edilib və bütün kameralarda saxlama şəraiti eynidir: “Həmin kameralarda dustaqlara xüsusi imtiyazların göstərilməsindən söhbət gedə bilməz. Kameralar 2, 4 və 6 nəfərlikdir. Hər birində də şərait eynidir”.

M.Sadıqov kameralarda televizor və kondisioner olması məsələsinə də münasibət bildirib:

“2008-ci ildə qanununvercilikdə dəyişiklik ediləndən sonra bütün kameralarda televizorlar quraşdırılıb. Kameralarda “ventilyator”a icazə verilsə də, kondinsionerdən söhbət gedə bilməz”.

Bildirək ki, törətdiyi avtomobil qəzası ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev həbs edilib. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

Bir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövsuzu, heç şübhəsiz ki, baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadır.

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Dəhşətli qəzadan sonra ən çox müzakirə mövzusu isə Əli Həsənovun nəvəsinin həbs edilib-edilməyəcəyi idi. Hadisədən sonra vəziyyətinin ağır olduğu deyilən N.Allahverdiyevlə bağlı gözlənilən rəsmi məlumat bir neçə gün sonra yayıldı.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

Ə.Həsənovun nəvəsinin həbsindən sonrakı müzakirə mövsuzu isə ərköyün və lüks həyata alışmış Nailə həbsxanada yaradılacaq şərait idi.

İlk olara sosial şəbəkələrdə Kürdəxanıdan yazıldığı deyilən anonim məktub yayıldı.

Məhbuslardan biri tərəfindən yazıldığı bildirilən məktubda deyilirdi:

“Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir…”.

Musavat.com Əli Həsənovun nəvəsinin həbsxanadakı şəraiti haqda eksklüziv məlumat əldə edib.

Əldə etdiyimiz məlumata görə, Nail Allahverdiyev doğrudan da saxlanıldığı həbsxananın ən lüks otağına köçrülüb. Bu otaq isə bir neçə gün əvvələ qədər Vidadi Zeynalova məxsus imiş.

İki gün əvvəl xəbər vermişdik ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalov müalicə müəssisəsinə köçürülüb. Məhkəmənin hökmü 13 il azadlıqdan məhrum edilən məmurun səhhətində problem olduğunu vəkili də təsdiq edirdi. Amma məlum məsələdir ki, həbsxana şəraitində saxlanılan hər bir məhbusun arzusu elə müalicə müəssisəsinə köçürülməkdir. Çünki oradakı şərait həbsxanadan qat-qat yaxşıdır.

Bir məsələ də var ki, Vidadi Zeynalovun Kürdəxanıdakı vəziyyəti də pis deyildi. O, həbsxananın ən lüks, ən bahalı otağında cəza çəkirdi. Həmin kamerada kondisioner, televizor, telefon və digər xidmətlər təmin edilirdi.

Vidadi Zeynalov müalicə müəssisəsinə köçürüldükdən sonra yeri boş qalmayıb. Elə həmin gün Əli Həsənovun nəvəsini sabiq məmurun lüks kamerasına yerləşdiriblər. İndi “Qaçqınkom”un nəvəsinin həbsxana şəraiti digər məhkumlardan qat-qat yaxşıdır.

Yəni, baş nazirin müavininin nəvəsi elə həbsxanada da baş nazirin müavininin nəvəsidir…

Ömrü qısaldan vərdişlər

olüm
Sağlam şəkildə uzun ömürə malik olmaq – hər bir insanın arzusudur.

Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən bəzilərini tanıyaq:

1. 7 saatdan çox əyləşmək. Mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, o insanlar ki, gün ərzində 7 saatdan çox əyləşirlər, az fəaliyyət göstərirlər – daha çox ölüm riskində qərar tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.

2. 8 saatdan çox yatmaq. Yuxu bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən verdiyi enerjini bərpa etmək üçün faydalı olduğu kimi, çox yatmaq sağlamlığı təhlükəyə salar. Mütəxəssislər bir neçə il ərzində keçirtdikləri tədqiqatdan bu qənaətə gəlib çatıblar ki, o insanlar ki, gecəni 8 saatdan çox yatırlar, beyin insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.

3. Hərəkətsiz olmaq. Tədqiqatçılar bu nəticəyə gəlib çatıblar ki, saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda xərçəng, parkinson, qaraciyər xəstəlikləri riski daha çoxdur.

4.Spirtli içkilər içmək. Bu 6 adət içərisində spirtli içki içmək ölüm riski üçün birinci sırada durur. Spirtli içki içmək bir çox xərçəng xəstəliklərinə yol açar.

5. Siqaret çəkmək. Mütəxəssislər 96 kişi üzərində tədqiqat aparıb bu nəticəyə gəliblər ki, siqaret çəkmək ölüm riskinin mühüm amilidir. Tütün bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.

6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır ki, həddi aşmasın. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.(deyerler.org)

Sumqayıtda oğru destesi ele keçdi


16.01.2016 / 18:42 xeber –

Sumqayıt Şəhər Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində oğurluqla məşğul olan 4 nəfərdən ibarət quldur dəstəni saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt sakinləri olan 1991-ci il təvəllüdlü Raqif Mirzə oğlu Piriyev, həmyaşıdı Etibar Muxtar oğlu Məmmədov, 1994-cü il təvəllüdlü Güləlizadə Samir Ələkbər oğlu və 1990-cı il təvəllüdlü Mehman İsrafil oğlu Salmanov şəhərin müxtəlif ərazilərində yerləşən internet klublarından, kafe, mebel və ərzaq dükanlarından 15 ədəd mobil telefon, 9 televizor, 6 plesteyşn, 6 noutbuk və 1 fərdi kompüter oğurlayıblar.

 

Quldur dəstə oğurladıqları malları dəyər-dəyməzinə sataraq, əldə etdikləri pulları kef məclislərinə və geyimlərinə xərcləyiblər.

 

Onlar sakinlərə ümumilikdə 10000 manata yaxın zərər vurublar. Quldur dəstənin hər bir üzvü törətdiyi əməldən peşman olduqlarını bildirib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

mənbə :
lent.az

Ermeniler kendlerimizi ateşe tutdu – FOTO

13:55 xeber – Erməni silahlı birləşmələri Tərtərin cəbhə xəttində yerləşən Yuxarı Qaradağlı və Qapanlı kənlərini atəşə məruz qoyub. Axşam saatlarında başlayan atışma fasilələrlə 1 saata qədər davam edib.

Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edib. Nəticədə Yuxarı Qaradağlı kəndinin sakini Feruz Qarayev yaşadığı evə ziyan dəyib.

Feruz Qarayevin sözlərinə görə, həyat yoldaşı ilə televizora baxdıqları zaman güllələrdən biri pəncərəni sındıraraq mətbəxin divarına dəyib. Həmin vaxt mətbəxdə heç kim olmadığından yaralanan olmayıb. Ev sahibi deyir ki, onun həyətyanı sahəsinin qarşısında istinad divarı olmadığından analoji hadisə əvvəllər də baş verib.


Qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edir


Yuxarı Qaradağlı kəndinin sakini Feruz Qarayev

Kənd sakinləri deyir ki, atışma səsləri əsasən hava qaralandan sonra başlayır. Qarşı tərəfin cəbhədə törətdiyi təxribatlara baxmayaraq əhali bir an olsun doğma yurdlarını tərk etmək fikrinə düşmür.


Gülləbarana məruz qalan ev

mənbə :
anspress

Ruh sağlığınız üçün hərəkətsiz qalmayın

hereket
Avstraliyalı elm adamlarının fikrincə, hərəkətsizlik sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə bilər.

Uzun müddət eyni vəziyyətdə qalmağın həyəcan və narahatlıq hisslərinə səbəb ola biləcəyi qeyd edilib. Avstraliyanın Deakin Universitesindən olan elm adamlarının araşdırması hərəkətsizliyin sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə biləcəyini göstərib.

Alimlər hərəkətsizlik və narahatlıq hallarını nəzərdə tutan, ümumilikdə 13 min 470 insanın qatıldığı 9 araşdırmanın nəticələrini dəyərləndirib.

Alimlər saatlarla televizor və ya kompyuter ekranı qarşısında oturmanın yuxu pozğunluqlarına yol açaraq metabolizmə də mənfi təsir göstərdiyini qeyd edib. Onlar həmçinin “tənbəlliyin” cəmiyyət arasına qarışmağın qarşısını aldığını və həyəcan kimi psixi pozğunluqlara zəmin hazırlaya biləcəyi qənaətinə gəlib.

Alimlər hərəkətsiz qalınan müddət nə qədər uzun olarsa, həyəcan hissinin də bir o qədər artdığını vurğulayıb.

Araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub. Daha əvvəl aparılan araşdırmalar hərəkətsizliyin diabet, köklük kimi bir çox xroniki xəstəliyə gətirib çıxardığını ortya qoymuşdu.

Amerikalı elm adamlarının bir araşdırması da 3 saatlıq zaman zərfində hər saat 5 dəqiqə gəzməyin qan dövranı və təzyiqə müsbət yöndə təsir etdiyini göstərmişdi.
Dünya Səhiyyə Təşilatı (DST) formada qalmaq və sağlamlığı qorumaq üçün gündə 10 min addım atılmasını tövsiyə edir.

Araşdırmalara görə, müntəzəm idmanla məşğul olmaq döş xərçəngi riskini 39 faiz, bağırsaq xərçəngi riskini 26 faiz, diabet riskini 34 faiz azaldır.
DST-nin yayımladığı Fiziki Aktivlik Hesabatına əsasən, hərəkətsiz yaşam yüksək təzyiq, siqaret və diabetdən sonra ölümə yol açan 4-cü amildir.

32 yaşlı kişi 2 aylıq qızını zorladı (18+)


06.03.2015 19:53 xeber –

Norveçdə polis keçirdiyi əməliyyatla pedofil qrupu yaradan bir neçə şəxsi həbs edib. ANS PRESS-in “The Local”a istinadən verdiyi məlumata görə, polis qrup üzvlərini sosial şəbəkələrdə paylaşılan porno videonu izlədikdən sonra yaxalayıb.

Videonu izləyərkən məlum olub ki, bu Norveçdə çəkilib. Videoda 32 yaşlı kişi 2 aylıq körpə qızını zorlayırmış. Video çəkilərkən arxada televizorun səsi aydın eşidilib. Televizorda Norveç kanallarından birində xəbərlər gedirmiş. Xəbərlərin səsi videoya düşüb. Polis dərhal videonun çəkildiyi zamanı müəyyən edib. Daha sonra onun yayımlandığı elektron ünvan müəyyənləşib.

Qeyd edilən ünvana baxış keçirilərkən həmin videoda körpə uşağa qarşı seksual hərəkətlər edən şəxs müəyyən edilərək saxlanılıb.

Dindirilmə zamanı pedofil digər şəxslərin də adını polisə verib. Keçirilən əməliyyat zamanı 34 və 27 yaşlı kişilər saxlanılıb. Bundan başqa, 27 və 43 yaşlı iki qadın da tutulub. Araşdırılıb ki, həmin şəxslərdə azyaşlı övladlarını zorlayıblar. Onlar polisə verdikləri ifadədə doğma balaları ilə cinsi əlaqəda olmaqdan zövq aldıqlarını bildiriblər.

Polis hazırda pedofil qrupunun digər üzvlərini axtarırlar.

Mənbə : Anspress.com