Arif Əsgərovun oğlu pulları qaytarır? Ödəmək üçün vaxt istəyib


[r32]
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib.

Məhkəmədə Emil Hüseynovun vəkili dəymiş zərəri ödəmək üçün vaxt istəyib.

“Dəymiş zərər az deyil, bunun üçün vaxt istəyirik– deyə vəkil bildirib.

Məhkəmədə əlavə şahidin gəlməməsi səbəbindən noyabrın 13-nə təxirə salınıb.

Qeyd edək ki, Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o, ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.
Bildirək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.
E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o azadlığa çıxıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnterpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun oğlu “Liman Group” şirkətinin rəhbəri olub.

Milyonların mənimsəndiyi işdə ŞOK gəlişmə – Arif Əsgərovun baldızı oğlu azad olundu


[r32]
Arif Əsgərovun adı ətrafında hallanan qalmaqallara daha bir əlavə edildi. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbsdə olan digər baldızı oğlu da azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsəndə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb və Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, E.Hüseynov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinərək həbs edilmişdi.
İttihama görə, Emil Hüseynov vətəndaşlar- Tural Hüseynovun etibarından sui-istifadə edərək ondan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 min 500 manat pul alıb. İş görmək adı ilə adı çəkilən şəxslərdən pul alan E.Hüseynov daha sonra həmin məbləğləri dələduzluq yolu ilə ələ keçirib.

Pullarını geri ala bilməyən şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı E.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi materiallarına əsasən, E.Hüseynovu bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb.

Zərərçəkmişlər bu qərardan narazıdır
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov musavat.com-a bildirib ki, təqsirləndirilən E.Hüseynov 2016-cı ilin dekabr ayında Qazaxıstanda həbs edilib. Vəkilin sözlərinə görə, təqsirləndirilən E.Hüseynov zərərçəkmişlərdən aldığı pulu geri qaytarmadığı üçün barəsində cinayət işi açılacağından öncədən xəbər tutduğu üçün ölkədən qaçıb: “Daha sonra onun barəsində “İnterpol” xətti ilə axtarış elan olundu və ötən il Qzaxıstanda həbs edilərək Azərbaycana təhvil verildi. Hakim Azər Tağıyev isə onu ev dustaqlığına buraxdı. Biz qərardan əvvəl məhkəmədə dəymiş ziyan barədə çıxış etdik. Mən çıxışımda bildirdim ki, Emil Hüseynov ev dustaqlığına buraxılan kimi yenə istintaqdan qaçacaq. Ali Məhkəmənin plenum qərarında göstərilib ki, ağır cinayətlərdə ev dustaqlığına buraxmaq olmaz. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən bir iş idi. Lakin hakim onun vəsatətini təmin edib, azadlığa buraxdı”.

Arif Əsgərovun iki baldızı oğluna azadlıq verən hakim

Vəkilin sözlərinə görə, ötən ay hakim A.Tağıyev təqsirləndirilən E.Hüseynovun adı dələduzluqda hallanan qardaşı Rahib Hüseynovu da məhkəmə zalından azadlığa buraxıb: “Rahib Hüseynov da dələduzluqda təqsirli bilinirdi. Hakim Azər Tağıyev onun vəsatətini təqdim edərək, Rahib Hüseynovu da azadlığa buraxdı”.
Bildirək ki, Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Vəkil Emil Aslanov deyib ki, Arif Əsgərovun baldızı oğlunun azadlığa buraxılması ilə bağlı çıxarılan qərardan apellyasiya şikayəti verəcəklər:
“Həmçinin məhkəmənin qərarından sonra prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şürasının sədri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcəyik”.

Arif Əsgərovun oğlu haradadır?

E.Aslanovun sözlərinə görə, təqsirləndirilən Emil Hüseynov hüquqlarını müdafiə etdiyi şəxsə dəymiş 382 min dolların bir qismini qaytarıb: “Ancaq Emil Hüseynov bildirib ki, qatqı malları gətirdiyinə görə müvəkkilinin pulu 955 min manat olub. Tural Hüseynov isə həmin puldan keçərək, ona verdiyi 382 min dollarının qaytarılmasını istəyir. Bu pulu da 2015-ci ilin fevral ayının 13-nə qədər qaytarmalı idi. Lakin Emil Hüseynov pulu geri qaytarmayıb. Buna görə də müvəkkilimin işlətdiyi mağaza bağlandı. Həmin malın müqabilində də aylıq 20-30 faiz pul qazanırdı. Həmin pulları 2 il ərzində qaytarmadığına görə maddi ziyan vurub. Bu da 435 min 288 dollar edir. Bundan əlavə, 50 min manat da maddi ziyan vurub. Ümumilikdə cinayət işinin tərkibinə 1 milyon manata yaxın mülki iddia qaldırmışıq”.
Bildirək ki, Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun adı heç də kiçik qalmaqallarda çəkilməyib. Hələ 2013-cü ildə QSC-də külli miqdarda- 48 milyonluq yeyinti faktı aşkarlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etmişdilər. Ancaq sonradan məlum olmuşdu ki, bu işlərə rəhbərlik edən şəxslərdn biri elə A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovdur. Amma o, məsuliyyətdən kənarda qalmağı bacardı.
Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirirlir.