Mixail Saakaşvilini saçlarından sürüyüb apardılar! – Saxlanılma anları + VİDEO


[r32]
İnternetdə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Kiyevdə saxlanılması anının videogörüntüləri yayımlanıb. Virtualaz.org xəbər verir ki, bu videonu “Facebook” səhifəsində Saakaşvili özü yerləşdirib.

Kadrlardan göründüyü kimi, güc strukturlarının maskalı təmsilçiləri restorana daxil olurlar və bir neçə nəfəri üzüaşağı yerə uzadırlar. Bundan sonra dörd nəfər Saakaşvilini avtomobilə tərəf aparır, onlardan biri sabiq prezidenti saçlarından tutaraq dartır.

Saakaşvili videoya şərhində bildirib ki, onu döyərək hədə-qorxu gəliblər.

Xatırladaq ki, Ukraynadan Polşaya deportasiya edilən Mixail Saakaşvili elə həmin ölkədən Ukrayna ərazisinə ötən ilin payızında sərhəd qoşunlarının və daxili orqanların əməkdaşlarının səddini yararaq keçmişdi.

Saakaşvili Gömrüyü 26 yaşlı qıza hevale etdi

20:01 xeber – Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 26 yaşlı bir qızı ölkənin gömrüyünə rəhbər təyin edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 26 yaşlı Yuliya Maruşevskayanın yeni təyinatı haqqında prezident Petro Poroşenkoya da məlumat verilib. O da öz tvitter hesabında bu haqda xəbəri izləyiciləri ilə paylaşıb.

“Biz Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovla bu haqda danışmışıq. O, bizi əmin etdi ki, bu həftə, biz oktyabrın 16-na danışmışıq, Odessa gömrüyünün yeni rəhbəri mənim təklif etdiyim namizəd təyin ediləcək. Bu, Yuliya Maruşevskayadır”, – deyə Mixail Saakaşvili bildirib.


Yuliya Maruşevskaya

O həmçinin bildirib ki, Maruşevskayanın komandasında ona gürcü müşavirlər kömək edəcəklər. “Onlar vaxtilə Gürcüstan gömrüyündə islahatlar aparan şəxslərdir”, – deyə Odessanın gürcü qubernatoru əlavə edib.

Saakaşvilinin sözlərinə görə, Maruşevskayanın təyinatından dərhal sonra onun komandası gömrükdə kadr müsabiqəsi üçün hazırlıqlara başlayacaq. Gömrük işçiləri də məhz bu müsabiqə yolu ilə seçiləcək.

Ümumiyyətlə, Mixail Saakaşvili Ukraynada vəzifə alandan sonra daim öz təyinatları ilə təəccübləndirib. O, ətrafına anti-rus düşüncəli və Gürcüstanda hakimiyyətdə olduğu müddətdə tərəfdarı olan şəxsləri toplayaraq Ukraynada yüksək vəzifələrə gətirir.

Məsələn, bir müddət əvvəl o, məşhur rus yazıçısı Arkadi Qaydarın nəvəsi, Rusiyanın dövlət və siyasi xadimi Yeqor Qaydarın qızı Mariya Qaydarı özünə yeni köməkçi təyin edib. Mariya Qaydar özünün namizədliyi haqqında biləndə Rusiya vətəndaşlığından imtina etməyə hazır olduğunu da bildirmişdi.


Mariya Qaydar

Bundan başqa, Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov da Saakaşvilinin təyinatı ilə həmin vəzifəni tutub. O, Ukrayna Ali Radasına Prezident Pyotr Poroşenkonun “Blok Pyotr Poroşenka” Partiyasından seçilib. İndi isə o, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir.

Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov uzun müddət bank sektorunda fəaliyyət göstərib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.


Roman Nəsirov (solda) və Mixail Saakaşvili (sağda)

Bununla belə, Saakaşvilinin ən qalmaqallı təyinatlarından biri model Anna Pençeva ilə bağlıdır. O, 28 yaşlı fotomodel, “Odessa fashion channel” telekanalının aparıcısı Anna Pençevanı yerli polis orqanına mətbuat katibi təyin edib.

Anna Pençevanın atası Odessanın ən məşhur gecə klublarından birinin sahibidir. Annanın özü də bir müddət orada işləyib. 5 illik top-model karyerası ərzində fotoları jurnalların üz qabığına çıxıb. Hətta “Maxim” jurnalı üçün çılpaq foto sessiya da verib.


Anna Pençeva

mənbə :
anspress