Atasını məhkəməyə verən oğul – Milyonluq mülklərdən payını istəyir


[r32]
                                                                 Azərbaycanda ilginc olay baş verib.
Məmur oğlu atasını mülkə görə, məhkəməyə verib.

Unikal.org-a daxil olan məlumata görə, “Meliorasiya və Su Təsərürfatı” ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.

O, atasına məxsus “Varovski”dəki 6 villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan “Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.

Məsələ ilə bağlı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev unikal.org saytına informasiyanı təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.