Beynəlxalq müşahidəçilər Bakını qəzəbləndirdi

ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik.

Bu barədə XİN-dən “Qafqazinfo”ya daxil olan bəyanatda vurğulanır.

Qeyd edilir ki, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb.

XİN bəyan edib ki, haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir:

“Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.

Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub.

Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.

60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə “online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir.

İlkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir. Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər.
Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər.

11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu”

Natiq Əliyevi Kəmaləddin Heydərov əvəzlədi


[r32]
Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Azadlıq.az  xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri “Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; “Nigar Əliyeva – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.

XİN: "Ermenistan öz terrorçuluq eneneleri ile fexr edir"


17.11.2015 / 14:16 xeber –

“Azərbaycan Respublikası bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm təhlükəsi və beynəlxalq terrorizmin hədələri ilə üz-üzədir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi qəti dəstək dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir”.

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın prezident İlham Əliyevin Antliyadakı çıxışına münasibətinə cavabında deyib.

 

H. Hacıyev bildirib ki, erməni terrorizmi və rəsmi Yerevanın dövlət səviyyəsində terrorizmi dəstəkləmə siyasətini unudan Ermənistan xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, öz tarixi keçmişinə və “modus operandi”sinə görə “erməni terrorizmi” beynəlxalq səviyyədə terrorizmin xüsusi bir sahəsi kimi tədqiqat obyektinə çevrilib:

 

“Ermənistan rəsmilərinə, o cümlədən bioloq-diplomat Şavarş Köçəryana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin erməni terrorizmi haqqında məxfilik təsnifatı üzərindən götürülmüş və internetə yerləşdirilmiş xüsusi hesabatları və tədqiqatları ilə tanış olmağı tövsiyə edərdik. XIX əsrin sonlarından vüsət alan silahlı daşnak və “Hnçak” hərəkatları, Çar Rusiyasının erməni terrorçularının sığınacağına və silah anbarına çevrilən erməni kilsələrinin mülkiyyətinin müsadirəsinə dair 12 iyun 1903-cü il tarixli qərarı, I Dünya müharibəsi zamanı Şərqi Anadoluda və 1918-ci ilin martında Bakıda törədilmiş qırğınlar erməni terrorizminin tarixi əsaslarını sübut edən tutarlı faktlardır. 70-ci illərdən başlayaraq vüsət alan erməni terrorizminin yeni dalğası ASALA və onun alt-qrupları olan "Orli Group”, “Geqaron”, “Erməni ittifaqı”, “Gənc erməni ittifaqı”, “9 iyun qrupu”, “Sui-qəsd eskadronu”, “Apostol”, “İsveç qrupu” kimi terror təşkilatlarının yaranması və onların Yaxın Şərq, Avropa və Şimali Amerikada törədikləri qanlı terror əməlləri ilə yadda qaldı.  Bu gün terrorizmdən əziyyət çəkən Fransada ən qəddar və qanlı terror aktlarını da məhz ASALA törədib. 15 iyul 1983-cü ildə Fransanın Orli havalimanında törədilmiş qanlı terror hadisəsi bunun bariz sübutudur. 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tərkib hissəsi olaraq erməni terror təşkilatları və Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat sistemində və digər ictimai obyektlərdə 32-dən artıq silsilə terror aktları törədilib, minlərlə günahsız insan bu terror hücumlarının qurbanı olub. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübuta yetirilib. 1992-ci ilin 26 fevral tarixində ASALA-nın "Aramo" və "Arabo" qruplarının iştirakı ilə günahsız insanlara qarşı Xocalı faciəsinin törədilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin ən ifrat nümunəsidir. Hal-hazırda ASALA terror təşkilatı və onun alt-elementləri tam şəkildə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya edilib. 19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib”.

 

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan bəlkə dünyada yeganə ölkədir ki, terrorçuluq ənənələri ilə fəxr edir: “Bunun bariz nümunəsi kimi faşist müharibə cinayətkarı, general Dro və ASALA-nın üzvü, qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə Yerevanda abidələr qoyulub. Erməni terrorçularının əməlləri "milli qəhrəmanlıq" nümunəsi kimi orta və ali məktəb dərsliyinə daxil edilib”.

mənbə :
lent.az