Mikayıl Cabbarov yeni müşavirlər təyin etdi


[r32]
Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib.
“Report” xəbər verir ki, bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.

Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla TağıyevXəqani Abdullayevdir.

Qeyd edək ki, X.Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı.

Əlavə edək ki, M.Cabbarov bundan əvvəl Camal Qasımov və Elnur Əliyevi özünə müşavir təyin etmişdi.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.