Millet vekilleri Turkiyede Xocali faciesinden danisiblar

[r32]

27 Fevral, 2018  16:39 xeber – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə səfərdə olan Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə qardaş ölkədə təşkil olunan silsilə tədbirlərdə iştirak ediblər.
“Report”un xəbərinə görə, deputatlar İstanbul Aydın Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilən anma mərasimində çıxış edərək, Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə məlumat veriblər. 
Xocalı soyqırımı zamanı günahsız insanlar xüsusi qəddarlıqla qətlə yetirildiklərini bildirən millət vəkilləri Azərbaycanın bir milyondan çox öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan qaçqın və məcburi köçkünləri olduğunu bildiriblər.
Tədbirlər zamanı Xocalıda dinc əhalinin etnik mənsubiyyətinə görə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini əks etdirən fotoşəkillər, kitablar və digər sənədlərdən ibarət sərgilər təşkil olunub.

mənbə :
Report.az

Ermənini məğlub edib, bayrağını tapdamışdı – VİDEO


[r32]
Bu gün Xocalı soyqırımından artıq 26 il ötür. Xalqımız bu dəhşət gecəsini bir an belə unutmur.

Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədovdur.

Azad Məmmədov 1991-ci ildə BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992-ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz–üzə qalmasına baxmayaraq, atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.

Bir çox beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı, 2003–cü ildə Rusiyada üz-üzə gəldiyi, fiziki göstəricilərinə görə “Vəhşi” adlandırılan erməni idmançını qısa müddət ərzində məğlub edib.

Döyüş Xocalı faciəsinin ildönümünə təsadüf edirdi. İdmançılar qarşılaşmazdan əvvəl erməni tərəf öz idmançısının həm yaşca, həm də çəki etibarilə dəfələrlə Azaddan güclü olmasına güvənərək, ortaya ağır şərtlər qoyur. Belə ki, uduzan tərəf öz ölkəsinin bayrağını qarşı tərəfə təslim etməli idi. Qəzəbindən özünü belə unudan Azad Məmmədov nəyin bahasına olursa olsun, bayrağımızı qorumaq üçün qətiyyətlə mübarizəyə atılır. Bir neçə dəqiqə ərzində rəqibi üzərində qələbə çalır və düşmən bayrağını ayağı altına atıb tapdalayır.

Azərbaycan bayrağını dəfələrlə yüksəklərə ucaldan, vətənini, torpağını canından artıq sevən Azad Məmmədov bu gün dəmir barmaqlıqlar arxasındadır. O, 2009–cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azad Məmmədov ailəlidir, 3 övladı var.

Turk Surasi: Xocali soyqirimi butun dunyanin en agrili ve qanli hadiselerinden biridir

[r32]

26 Fevral, 2018  10:02 xeber -Xocalı soyqırımı təkcə Azərbaycanın yox, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biridir”.

“Report” xəbər verir ki, bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənovun bəyanatında bildirilir.

“Bəşəriyyətin şahidlik etdiyi ən qaranlıq gecələrdən biri olan Xocalı soyqırımı, təəssüf ki, tarixdə təkcə Azərbaycan Respublikasının deyil, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biri kimi qalıb. 1992-ci il fevralın 26-da Xocalıda baş verən bu insanlıq faciəsinin ağrılarını həmişə hiss edirik”, – bəyanatda deyilir.

Türk Şurası bütün dünyada sülh və sabitliyin olacağına və belə ağrılı hadisələrin bir də heç vaxt təkrarlanmayacağına ümidvar olduğunu bildirir.

‘Nezavisimaya qazeta’: ‘Xocali soyqirimina qarsi etinasizliq qebuledilmezdir’

[r32]

26 Fevral, 2018  07:05 xeber – Rusiyanın məşhur mətbu orqanı “Nezavisimaya qazeta”da Xocalı soyqırımının 26-cı ildönünümü ilə əlaqədar məqalə dərc olunub.
“Report” xəbər verir ki, “Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməz” başlıqlı məqalədə soyqırımın aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.
“Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası belə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırılıb və onun iqtisadiyyatı sürətli tempə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır”, – deyə yazıda qeyd edilir.
Müəllif Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.
Müəllif xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qaldı və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.
Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə – etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsinin genosid kimi tanımaları qeyd edilir.
Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutma haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı formalaşmalarının qərargahının rəisi olmuş Serj Sarkisyan tərəfindən verilib. 

mənbə :
Report.az

Dorduncu “CEO Lunch Tbilisi” kecirilib

[r32]

23 Fevral, 2018  19:41 xeber – “Caspian European Club” və “Caspian Energy Georgia” Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və SOCAR “Georgia Gas” şirkətinin sponsorluğu ilə fevralın 23-də dördüncü “CEO Lunch Tbilisi”ni təşkil edib.
“Caspian European Club”dan “Report”a verilən məlumata görə, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 159 insan itkin düşüb.
Fəxri qonaq qismində “CEO Lunch Tbilisi”də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstanın İnkişaf fondunun direktoru Tornike Rijvadze və Azərbaycanın Gürcüstandakı Səfirliyinin ikinci katibi Fəxri Hacıyev iştirak ediblər.
Fatma Ceren Yazgan dəvətə görə “Caspian Energy Georgia”ya təşəkkür edərək, “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” kimi təşkilatların əhəmiyyətli rolunu vurğulayıb. O, bu cür təşkilatların dövlət sektoru ilə özəl sektor arasındakı əlaqələrin qurulması çərçivəsində vasitəçi kimi iştirak etməsinin olduqca mühüm olduğunu qeyd edib. Səfir, həmçinin sözügedən təşkilatlar və Türkiyə ilə əməkdaşlığın fəallaşmasında maraqlı olduğunu nəzərə çatdırıb.
“İstərdim ki, Türkiyə sahibkarları “Caspian Energy Georgia”nın təşkil etdiyi tədbirlərdə, Azərbaycan sahibkarları isə öz növbəsində Türkiyənin təşkilat və assosiasiyalarının tədbirlərində fəal iştirak etsinlər”, – deyə Fatma Ceren Yazgan əlavə edib.
O, bütün istiqamətlər üzrə əməkdaşlığın fəallaşdırılmasının labüdlüyünü qeyd edib. Səfirin sözlərinə görə, bu gün dövlət dəstəyi almış xeyli layihələr olsa da, ilbəil zəruriliyi artan özəl layihələr də həyata keçirilməlidir: “Yeni texnologiyalar inkişaf edir, yeni imkanlar yaranır ki, onlardam tam şəkildə istifadə edilməlidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsində hər bir ölkənin fəal iştirakı ilə həyata keçiriləcək birgə biznes layihələr mühüm rol oynayır”.
Gürcüstanın İnkişaf Fondunun direktoru Tornike Rijvadze də öz növbəsində “Caspian European Club”un üzvlərini və iştirak edən bütün qonaqları salamlayaraq Gürcüstanda investisiya imkanlarından bəhs edən təqdimatla çıxış edib. Təqdimatda qonaqlara Gürcüstanın vergi sistemi, idxal-ixrac əməliyyatları, Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr, dövlətin hidropotensialı, həmçinin Gürcüstan iqtisadiyyatını irəliləyişinə səbəb olacaq strategiya barədə ətraflı məlumat verilib.
Fəxri Hacıyev isə qeyd edib ki, 2017-ci il ikitərəfli səfərlər, müxtəlif tədbir, forum, sərgi, konfrans, həmçinin mədəni tədbirlər ilə zəngin olub. Bu da öz növbəsində Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə stimul yaradır.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Georgia”nın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Gürcüstan Hökumətinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə, eləcə də “SOCAR Georgia Gas”a minnətdarlığını ifadə edib.
O, 2018-ci ildə xeyli sayda tədbirlərin, eyni zamanda, Gürcüstan Hökumətinin və Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə 2018-ci il aprelin 18-də 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır.
Telman Əliyev, həmçinin əlavə edib ki, mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər sırasına aid ediləcək 7-ci “CEO Lunch Tbilisi” baş tutacaq.
Sonda T.Əliyev Azərbaycan Hökumətinin Azərbaycanın Gürcüstandakı Səfirliyinin və “Caspian Energy Georgia”nın fəal iştirakı ilə Gürcüstanda Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını xatırladıb. Onun sözlərinə görə, Ticarət Evi sərgilər, dəyirmi masalar və forumlar keçirəcək və bu tədbirlər çərçivəsində Azərbaycan istehsalı olan müxtəlif müxtəlif məhsullar nümayiş ediləcək.
“SOCAR Georgia Gas”ın direktoru Azər Məmmədov görüş iştirakçıları üçün təqdimat keçirib, şirkətin fəaliyyəti və “CEO Lunch Tbilisi”nin sponsoru olan şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüş iştirakçıları üçün “SOCAR Energy Georgia” və “Fregat Marine” şirkətlərinin təqdimatı keçirilib.
Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun tənzimlənməsi üçün aparıcı vasitələrdən biri olan “CEO Lunch Tbilisi”, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır.
“CEO Lunch Tbilisi”də sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.
T.Əliyev “Caspian European Club”un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb.
Onun sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
“Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un Gürcüstan ərazisində maraqlarını təmsil edən “Caspian Energy Georgia” şirkəti sentyabr ayından Gürcüstanda fəaliyyətə başlayıb. “Caspian Energy Georgia”nın əsas fəaliyyəti biznes-hökumət dialoqunu fəallaşdırmaq və Gürcüstan iqtisadiyyatının müxtəlif sektorlarına xarici investorlar cəlb etməkdən ibarətdir. Caspian Energy Georgia-nın yaradılmasında məqsəd Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq və seminarlar təşkil etmək, həmçinin Gürcüstanın investisiya cazibədarlığını işıqlandıran və Gürcüstanın aparıcı rol oynadığı neft və qeyri-neft sektorlarına aid layihələrdən bəhs edən informasiya layihələrini həyata keçirməkdir.

mənbə :
Report.az

Tanınmış şəxslər prezidentə müraciət etdi


[r32]
“Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik”

Cənab Prezident, biz cəmıyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyındən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik.” Bu barədə Azərbaycanın tanınmış ictimai xadimlərinin həbsdə olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.

“Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, sizdən artıq dərəcədə xahiş edirik ki, Turan İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının ınkışafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb”, sənəddə qeyd edilir.

İctimai xadimlər xatırladır ki, Turan agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb: “Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz Turan agentliyi çatdırıb.Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmındə Turanın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb”.

Müraciətdə həmçinin qeyd edilir ki, Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ılə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

AXC-nin keçmiş rəhbərlərindən Ayaz Mütəllibova cavab


[r32]
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”a verdiyi geniş müsahibə bir sıra müzakirələr doğurub. Eks-prezident açıq şəkildə olmasa da, AXC hakimiyyətinin ünvanına üstüörtülü ittihamlar səsləndirib. Onun əsas diqqətçəkən ittihamı hakimiyyətdən gedişi ilə bağlıdır.

Mütəllibov bildirib ki, hakimiyyətdən getməyi Dağlıq Qarabağın itirilməsinə səbəb olub. Bu fikirlərlə sabiq dövlət başçısı onu istefaya getməyə məcbur edən AXC hakimiyyətini günahlandırıb. Əksəriyyət onun fikirlərinə qarşı çıxsa da, A.Mütəllibovun fikirlərini müdafiə edənlər də var. Sabiq prezidentin dediklərində həqiqətlər axtaranların əsas arqumentləri ondan ibarətdir ki, həmin dövr üçün Rusiyanın adamı sayılan bir şəxsin hakimiyyətdə qalması Azərbaycan üçün daha sərfəli idi.

AXC hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov A.Mütəllibovun yaşlandığına görə nə dediyinin fərqində olmadığını söylədi: “Dünənki tarixdir, baxın görək, biz hakimiyyətə gələnə qədər hansı ərazilər itib, biz hakimiyyətə gələndən sonra hansı ərazilər işğal olunub. Əksinə, Dağlıq Qarabağ Ayaz Mütəllibovun vaxtında itirildi. Ondan sonra hakimiyyətdə Yaqub Məmmədov oldu və onun dövründə də Şuşa və Laçın itirildi. Ayazın dediyi yalanlara insan necə cavab verəcəyini bilmir. O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub. Hərəkətlərinə, danışdıqlarına fikir vermir. Sənədlər durur, işğal olunmuş torpaqların tarixi ortadadır. Ona baxanda cəbhə hakimiyyəti dövründə hansı torpaqların işğal olunduğunu görmək olar. Guya Ayaz Mütəllibov Dağlıq Qarabağa gedə bilirdi ki. 1991-ci ildə sessiya keçirdilər və qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir, bu günə qədər də həmin sənəd durur, ləğv olunmayıb. Onun dedikləri absurddur, Allah ona ağıl versin. Ayaz Rusiyanın adamı idi, amma Rusiyada elə bir şəxs hakimiyyətdə idi ki, araqdan başqa heç nədən xəbəri yox idi. Araqdan içib, yıxılıb yatırdı. Hətta Bakıya gələndə qonaq yerinin yataqxanasında yata bilməmişdi, skamyada yatmışdı. O zaman Rusiyanın kimisə hakimiyyətdə saxlamaq, gedən proseslərə təsir etmək imkanları yox idi. Ayaz Mütəllibov Rusiyanın adamı idi və onlara arxalanırdısa, o zaman Xocalı faciəsi rus alayının iştirakı ilə törədilib. O zaman belə çıxır ki, o, Rusiya ilə birləşib, Xocalı soyqırımını törədib”.

Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: “Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olunanda hakimiyyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətlərini icra edirdi. Tarixə baxsınlar, sonra danışsınlar. Yaqub Məmmədovun vaxtında itirilən ərazilər birbaşa Ayazın ayağına yazılmalıdır. Şuşa Dağlıq Qarabağa aiddir, amma Laçın yox. Burada cəbhə hakimiyyətinin nə günahı var? Yazıq çox yaşlanıb və nəticədə ağlını itirməkdədir. O boşuna Bakıya gəlməyib. Ona missiya verdilər ki, gəlsin Bakıya. Cəbhə hakimiyyəti 24 ildir gedib, qalanlar nə edib?”

Elçibəy iqtidarında Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə eks-prezidentə daha sərt cavab verdi: “Ayaz yatır, yatır, səsi çıxmır, Xocalı faciəsinin zamanı gələndə özünü tərifləməyə başlayır, sanki yuxudan oyanır. Başqa mövzularda danışsa, daha yaxşı olardı. Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o idi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmədi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi”

AXC idarə heyətinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “O zaman parlamentin üzvü idim və milli ordunun yaradılmasını təklif edəndə, onlar şəxsən mənə etiraz etdilər. Ayaz Mütəllibov heç cürə ordunun yaradılmasından söhbət gedə bilməz kimi ultimatum verdi. Yalnız qvardiya yaratmağın mümkünlüyündən danışırdı. Qvardiya da onun özünə lazım idi, özünü qorumaq üçün. Qərbi Azərbaycandan gələnlər Qarabağa yerləşdirilmişdi. Birbaşa onun göstərişi ilə həmin insanlar oradan çıxarıldı. Bütün hallarda o, rusların burada qalmasında maraqlı idi. Rusiyanın müstəmləkəsi altında qalmağımızda Ayaz Mütəllibov maraqlı idi. Hakimiyyətindən sonra Rusiyaya sığınması onu göstərdi ki, Kremlin oyuncağı idi. Yaş fərqimiz olduğuna görə onun dediklərinə dərinliyi ilə cavab vermək istəmirəm. Yaşımız uyğun olsaydı, hansısa bir görəvi daşısaydı, fərqli münasibət bildirərdim. Azərbaycan xalqının başına gələn faciələrdə Ayaz Mütəllibovun birbaşa rolu var, Xocalı və 20 Yanvar faciələrini misal çəkə bilərik. Ya bilərəkdən, ya da bilməyərəkdən böyük faciələrə səbəb oldu. O dövrdə AXC onu hakimiyyətdən bir az da tez uzaqlaşdırmasaydı, daha ciddi fəsadlar baş verə bilərdi. De-fakto olan hadisələr de-yure şəklində ermənilərin xeyrinə doğru gedə bilərdi. Azərbaycanda rus ordusunun qalmasında çox maraqlı idi, ordumuzun olmamasını istəyirdi. Ayaz Mütəllibovun danışıqlarına Azərbaycanda kiminsə inanacağına inanmıram”.

Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir


[r32]
“Öz səsimizi qaldırmışıq, ermənilərin Azərbaycana qarşı etdikləri ilə bağlı daim beynəlxalq ictimaiyyəti məlumatlandırmışıq. Azərbaycan bu sahədə iş aparır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

O qeyd edib ki, Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir: “Azərbaycan dövləti siyasi iş, informasiya mübarizəsi aparır. Bu məsələyə hüquqi qiymət verilməyib. Yəni, bu iş bu gün də aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törədikləri, o cümlədən Xocalı faciəsi hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq. Hərbi Prokurorluqda bununla bağlı cinayət işi başlanıb, iş davam etdirilir. Cinayətkarlar məlumdur, onlar İnterpol xətti ilə axtarışa verilib. Bu cinayəti Ermənistanda olan siyasi rəhbərlik edib, onlar heç bunu gizlətmirlər də”.
Ə.Mehdiyev xatırladıb ki, bir sıra dövlətlətlər Xocalı soyqırımını tanıyıb: “Bu informasiya mübarizəsi sahəsində aparılan işin nəticəsidir. Xeyli uğurlar qazanmışıq, amma təcrübə göstərir ki, bu, mübarizədə qalib çıxmaq üçün, torpaqların işğaldan azad edilməsi üçün kifayət etmir”.
Azadlıq.az

Nazirlikdən açıqlama – Nazirin çıxışı təhrif olunub?

nazı
Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışına aydınlıq gətirib

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti mərhum İlhamə Quliyeva ilə vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının ağır faciəsi olan Xocalı soyqırımı haqqında danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Nazir bildirib ki, İlhamə Quliyeva Azərbaycanı, onun müstəqilliyini sevən, onu hər yerdə təbliğ edən bir incəsənət xadimi idi. Təəssüf edirik ki, sensasiya xətrinə bəzi kütləvi informasiya vasitələrində nazir tərəfindən səsləndirilən fikirlər ümumi kontekstdən çıxarılaraq başqa mənaya yönəldilib. Xocalı faciəsi zamani Vətən uğrunda canlarından keçən, erməni vandallarının soyqırımına məruz qalaraq ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucalan şəhidlərimizə və bu gündə son mənzilə yola salınan sənətkar İlhamə Quliyevaya Allahdan rəhmət diləyirik. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəsliyini bir daha hörmətlə anırıq”, deyə Vüqar Şıxəmmədov qeyd edib .

Xatırladaq ki, Ə.Qarayev vida mərasimindəki çıxışında bunları demişdi: “Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi. Xəbəri eşidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Mehriban xanım öz ailələri adından bütün sənətsevərlərə, mərhumun ailə üzvlərinə başsağlığı verdilər”.
Azadliq.az

Nazir: ”İlhamə Quliyeva şəhidlər sırasındadır”

naz
”O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar”

İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi.

Axar.az xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində deyib. O, xalq artistinin ölümünün böyük itki olduğunu diqqətə çatdırıb:

“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi. Xəbəri eşidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Mehriban xanım öz ailələri adından bütün sənətsevərlərə, mərhumun ailə üzvlərinə başsağlığı verdilər”.

Fevralın 25-də vəfat edən xalq artisti İlhamə Quliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmi şəxslər, İ. Quliyevanın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Parisde Xocalı soyqırımı qurbanlarının xatiresi anıldı


26.02.2016 / 20:52 xeber –

Fevralın 25-də Parisin “Cathédrale Saint-Louis des Invalides” kilsəsində 1992-ci ildə baş vermiş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

 

Lent.az-ın məlumatına görə, anım gecəsində altı yüzdən çox qonaq iştirak edib.

 

Rəsmi qonaqlar arasında Fransa Senatının Fransa-Qafqaz Qrupunun prezidenti Senator André Reixardt, bəstəkar Pyer Tilloy, “Oradour-sur-Glane” Şəhidləri Ailələrinin Milli Assosiasiyasının Katibi André Sadri, həmçinin Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimov, İranın Fransadaki səfiri Əli Ahani, Bolqarıstanın Fransadakı səfiri Anguel Tçolakov, Togonun Fransadakı səfiri Kalikste Madjoulba, Çilinin Fransadakı səfiri Patrisio Hales Dip, Boliviyanın Fransadakı səfiri Jan-Pol Quevara Avila, Tacikistanın Fransadakı səfiri Homidcon Nəzərov, Litvanın konsulu Rasa Mikiclaité, Mərakeşin Fransadakı səfirliyinin müşaviri Adil Embark olub.

 

Konsert Azərbaycanın Fransadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyətinin  (TEAS) Paris ofisi, “Ulduz” və Azərbaycanın Dostları assosiyasiyaları tərəfindən təşkil edilib.

 

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov deyib: “Bu günə qədər, təəssüf ki, Fransa ictimaiyyəti Xocalı qətliamı haqqında  müfəssəl məlumata malik deyil. Xocalı qırğını Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi tarixə düşüb. Bu qırğının miqyası II Dünya Müharibəsi zamanı baş vermiş və bizim fransız dostlarımızın yaddaşında silinməz iz buraxan Oradour-sur-Glane ilə müqayisə oluna bilər. Qaçan əhali arasında panika yaratmaq məqsədi daşıyan bu qırğın, etnik təmizləmə siyasəti ilə nəticələnmiş, Dağlıq Qarabağ və yeddi ətraf  rayonun işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz tarixi ərazilərini tərk edib. Biz günahsız qurbanların unudulmasına heç zaman imkan verməməliyik ! Xocalı qırğını bütün azərbaycanlıların ruhuna həkk olunub. Xocalı, həmçinin, bütün dünyada eşidilməli olan bir haraydır. Bu, 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası sayəsində mümkün olub. Bu kampaniya sayəsində dünyanın bir neçə ölkəsi Xocalı qətliamının baş verdiyini rəsmən qəbul edib. Bugünkü tədbir regionda ədalətin bərqərar olunmasına nail olmaq məqsədi daşıyır”.

 

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin deyib: “Tarix hər zaman mübahisə və interpretasiya subyekti olub. Bu günün faciələri dünənin faciələrini bizlərə unutdurmamalıdır. Ermənistanın hərbi birləşmələrinin işğalı altında olan torpaqların geri qayıtmasını 20 ildən çox səbirsizliklə gösləyən bir milyona yaxın azərbaycanlının problemini unutdurmamalıdır”.

 

Azərbaycan Dostları Assosiasiyasının Baş Katibi Mirvari Fətəliyeva deyib: “Xocalı faciəsi 1992-ci ildə baş verib.  Bu faciə azərbaycanlılarda və ölkəmizin dostlarında dərin iz buraxıb. Bu kədərli tarixi anmaq üçün keçirilən bu toplantı, həmçinin, dünyada baş vermiş bütün qırğınların dəhşətini bizə xatırlatmaq üçündür. Ötən il bizim təşkilatın Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Fransadakı səfirliyi ilə birgə əməkdaşlığı şəraitində Parisdə “Sonsuz Dəhliz” müstəqil sənədli filmini nümayişi baş tutub. 2016-cı ildə biz Fransa Milli Assambleyasında “Xocalı – qırğın haqqında həqiqət” adlı  mövzuda panel müzakirə təşkil etmişik. Xocalı faciəsi heç zaman unudulmamalıdır.  Biz “Xocalıya Ədalət !” kampaniyasına dəstək vermək üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.”

 

Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva “Lamoureux” orkestrinin müşayiəti ilə fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” əsərini, Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.

 

mənbə :
lent.az

Bu gün Xocalı soyqrımından 24 il keçir

xocali
Azərbaycanda və dünyanın müxtəlif şəhərlərində faciə qurbanlarının anım mərasimləri keçiriləcək
Bu gün Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı soyqrımı zamanı həlak olan soydaşlarımızın anım günüdür, bəşəri cinayətdən 24 il ötür.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»)

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Şəhid olanlar – 613 nəfər.
Uşaq – 59 nəfər
Qadın – 106 nəfər
Qoca – 70 nəfər
Diri-diri yandırılanlar – 3 nəfər
İşgəncə və amansızlıqla qətlə yetirilənlər – 56 nəfər
Hər iki valideynini itirmiş uşaqlar – 25 nəfər
Naməlum şəxslər – 11 nəfər
Tamamilə məhv edilmiş ailələr – 8 ailə
Əsir götürülmüş və aqibəti məlum olmayanlar – 155 nəfərdir.

Bu gün Azərbaycanın bütün ərazilərində eləcədə dünyanın müxtəlif şəhərlərində Xocalıda qətl edilən həmvətənlərimizin anım mərasimləri keçiriləcək. Gün ərzində Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış «Ana harayı» abidəsini ziyarət etmək üçün həmin əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb, polis gücləndirilmiş rejimdə çalışacaq.
Azadliq.az

Xocalı soyqrımından 24 il keçir


26.02.2016 / 00:02 xeber –

150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 24 ili tamam olur.

APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

 

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

 

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 

2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

mənbə :
lent.az

Amerikalı hemsedr Xocalı faciesi ile bağlı anım tedbirine qatılacaq


25.02.2016 / 23:14 xeber –

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq. Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin qurbanlarını yad etmək istədiyini bildirib: "Biz ümid edirik ki, münaqişənin hazırda da artmaqda davam edən qurbanları, xüsusən də, onlar arasında günahsız insanların olması, prezidentlərin diqqətini münaqişənin sülh yolu ilə həllinin zərurətinə yönəltməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi, mən sülhə nail olmaq üçün öz fransalı və rusiyalı həmkarımla və tərəflərlə  işləməyə hazıram. Artıq sülh vaxtıdır".  

mənbə :
lent.az

Londonda Xocalı yürüş-mitinqi keçirilib


21.02.2016 / 22:41 xeber –

Londonda Xocalı soyqırımının ildönümünə həsr edilmiş yürüş-mitinq keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə keçilmiş aksiyaya tələbərlə yanaşı şəhər sakinləri və diaspor üzvləri də qatılıblar.

 

Aksiyada “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsinə çarış edilib.

mənbə :
lent.az