“Xocali qatillerinin bolgeden cixarilmasi”

[r32]
2018-03-01T09:15 xeber – 1992-ci il martın 1-də MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.
Xocalı qətliamında iştirak etmiş alayın əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi.
Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.
mənbə :
Sputnik

Avropa Parlamentinin uzvleri Xocali soyqirimi ile bagli beyanat yayib

[r32]

26 Fevral, 2018  09:26 xeber – Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.
“Report”un xəbərinə görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.
Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapmışdır. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı hadisəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.
Sənədi şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən Bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün atılan ilk addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidür”.

mənbə :
Report.az

Məşhur Türkiyəli aktyor Xocalıdan yazdı


[r32]
Türkiyəli aktyor Nejat İşler Xocalı qətliamından yazıb.

“Qafqazinfo” xəbər verir ki,məşhur türkiyəli  aktyor ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri Xocalı  soyqırımla bağlı düşüncələrini sosial şəbəkədə paylaşıb.

“Hər kəs yatır. Bir azdan işıqlar kəsiləcək və dünyayla əlaqəniz qalmayacaq. Məhəllənizin ətrafını tanklar və əsgərlər mühasirəyə aldıqdan sonra qapılarınız təpiklə qırılacaq. Əgər sizin qapılarınız qırılmadısa, o zaman silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınızın və uşağınızın qorxudolu baxışları sizin üzərinizdəykən cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız, lakin o əsnada sizin də qapınız qırılacaq. Sizi güllələyib ruhunuzu təslim etmənizi belə gözləmədən arvadınıza silahın lüləyi ilə vuracaqlar, əgər müqavimət göstərsə onu təpikləyəcəklər. Siz ruhunuzu təslim edənə qədər uşağınızı bıçaqla doğramağa başlayacaqlar.

Ümid edirəm ki, o gecə arvadınız hamilə deyildi. Çünki həyat yoldaşı hamilə olanlar da əlbəttə ki, var idi. Hamilə qadınların qarınlarını bıçaqla deşib körpəni çıxaracaq, onu evinizin taxta dirəklərinə mismarlayacaqlar. Evdə azyaşlı varsa, onun gözləri qarşısında anasının döşünü kəsib uşağınızın ağzına soxacaqlar. Sonra o uşağı da öldürəcəklər.

Tükləriniz ürpəşdi, elə deyilmi?

1992-ci ilin 26 fevral gecəsi Xocalıda bunlar baş verirdi.

Mən yaza bilmədim ki…Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi”.
Azadlıq.az