Bu yolda radara düşən sürücülər radarlarınızı sildirin + VİDEO


Mütəxəssislər bu radarları qanunsuz hesab edir
[r32]
Hazırda aeroport şossesinin bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən “Yol hərəkəti haqqında” qanunun tələbləri pozulub. Söhbət hər gün minlərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı aeroport şossesindən gedir. Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolar radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub.

Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyyə olunmasa da, onlar bu yolda xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər.

Eyni hal Zığ şossesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər.

Azadlıq.az