Donerden niye zeherlenirik – Heyecan siqnali

[r32]
2018-05-29T16:14 xeber –
BAKI, 29 may — Sputnik. Yol kənarlarında, kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Yaz-yay aylarında isə zəhərlənmə riski daha da artır. Mütəxəssislərə görə, havalar isindikcə bakteriya və mikrobların artması və inkişafı qida zəhərlənmələrinə səbəb olur. Bu, özünü daha çox “fast-food” adlandırdığımız qidalarda, xüsusilə dönərdə göstərir.
Mütəxəssislərin fikrincə, əslində zəhərlənmə faktı dönərin ətinə görə baş vermir. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır.
Qida eksperti Elsevər Fərzəliyevin sözlərinə görə, dönərə əlavə edilən inqrediyentlər normal halda zəhərlənmə verməməlidir. Bunun da əsas səbəbi saxlanma şərtləri ilə bağlıdır: “Ət. eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn “toksin” birləşmələr qida zəhərlənməsi yaradır”

Ekspert qeyd edir ki, düzgün və normal şəraitlərdə saxlanmama, “defros” (donun açılması) prosesinin anormal aparılması, “kimyəvi” çirklənmələr və bu kimi digər səbəblər qida məhsullarından istifadə zamanı zəhərlənmə faktorunu şərtləndirə bilər.
Həkim-terapevt Mətanət Cəfərovanın sözlərinə görə, istər toyuq, istərsə də ət dönərində yeyilən zaman keyfiyyətsiz qidaların heç bir dadı hiss edilmir. Zəhərlənmə əlamətləri qida qəbulundan bir neçə saat sonra üzə çıxır. Zəhərlənən şəxsdə ishal, qusma, qarında sancılar, halsızlıq, hərarətin qalxması və s. müşahidə edilir.
Həkim məsləhət görür ki, bu əlamətlərdən birini hiss etdiyiniz zaman bol su içməklə müalicəyə başlaya bilərsiniz: “Qida qəbulunu dayandırın, həkimə müraciət edənə qədər su için. Bundan sonra həkim məsləhəti ilə müalicə qəbul edə bilərsiniz. Xəstənin vəziyyəti də həkim tərəfindən qiymətləndirilməlidir”.
Həkimin sözlərinə görə, keyfiyyətsiz dönərin qəbulundan sonra ishal, qusma titrəmələr, halsızlıq əlamətləri 4-72 saat ərzində ortaya çıxır. Bu isə, artıq təhlükəlidir. O səbəbdən həkimə gedib, müalicəyə başlamaq lazımdır. CC0 / LibbyandMarcelcom / DonerQida Təhlükəsizliyi Agentliyindən dönər xəbərdarlığı
“Bundan başqa atsormentlərin — zəhəri özünə çəkən dərmanların qəbulu mütləqdir. Bəzi hallarda həkim təyinatı ilə antibiotik müalicəsinə də başlamaq olar. Buna ancaq həkim tərəfindən qərar verilir”, — deyə həkim bildirir.
Cəfərova bildirir ki, toyuq ətində bakteriya daha çox yığılır: “Toyuq ətinə daha çox kampilo bakteriya və salmonellanın növlərindən biri toplanır. Hər iki bakteriya qırmızı ətdə, süddə və yumurtada da ola bilər. Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür”.
“Ət normal qaydada dondurucuda saxlandıqda, dondurulanda yoluxmuş bakteriyalar ölə bilir. Birbaşa kəsilib dönərxanalara verilən ətlərdə bu mikroblar və bakteriyalar qalır və xəstəlik törədir. Ət normal bişirilsə və ya normal dondurulsa belə, çiy ətin olduğu yerlə təmas edərsə, yəni bişmiş ət çiy ətin doğranıldığı yerdə doğranılarsa, bu ət zəhərlənməyə və ya xəstəliyə səbəb ola bilər”, — həkim əlavə edir.
Terapevt vurğulayır ki, eyni zamanda yuyulmamış, donu açılmamış və təmizlənməmiş ət bişirildikdə və ya ət sanitar qaydalara cavab verməyən yerdə bişirildikdə xəstəliyə və ya zəhərlənməyə səbəb ola bilər.
Onu da qeyd edir ki, toyuq əti bişirilərkən verilən istiliyin dərəcəsi və miqdarı da önəmlidir. Toyuq ətində olan solmonella bakteriaysının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməlidir. TrendAt ətini Bakıda mal əti adı ilə satırmış
Həmçinin toyuq əti bişirilərkən onun tikələrinin qalınlığına da fikir verilməlidir: “Qalın tikələrdə solmonella bakteriyası ölməyə bilər. Tarixi keçmiş ətin və toyuğun da zəhərlənməyə və ya xəstəliyə səbəb ola bilər. Çünki bütün məhsullarda olduğu kimi bu məhsulların da son istifadə tarixi var. Tarix keçdikdə ətdə və ya toyuqda müxtəlif bakteriyalar yaranır və bu da xəstəliyə və ya zəhərlənməyə səbəb olur”.
Müsahibimiz vurğulayır ki, dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilər: “Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu anereob mühitdə hazırlandığı, ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Botulizm kəskin zəhərlənmə və ölümə səbəb ola bilər”.
“Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə qıcıqlanma sindromu yarana bilər. Bu da bağırsağın iltihablanmasına səbəb ola bilər”, — həkim deyir.
Cəfərova bildirir ki, zəhərlənmə ilə qıcıqlanmış bağırsaq sindromu zamanı müşahidə edilən bütün əlamətlər eyni olduğu üçün xəstə çox zaman bu əlamətləri fərqləndirə bilmir: “Ətdə və ya turşuda olan toskinin bədənə keçməsi zamanı yaranan əlamətlər zəhərlənmə, qidanın keyfiyyətsiz olması nəticəsində yaranan əlamətlər isə qıcıqlanmış bağırsaq sindromudur. Hər iksinin əlamətləri eynidir. Bir fərq var ki, qıcıqlanmış bağırsaq sindromu zamanı qıcolmalar olmur. Zəhərlənmədə digər əlamətlərlə yanaşı qıcolma, bayılma və ölüm də baş verə bilir”. 
©
Sputnik / Aleksey KudenkoÖzünüzü qoruyun: Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları
“Əgər xəstə dönərdə olan xiyar turşusundan botulatoksinlə zəhərlənibsə, bu, ölümlə belə nəticələnə bilər. Toyuğun tərkibində olan digər bakteriyalarla zəhərlənmə zamanı isə sadəcə qida zəhərlənməsi yarana bilər”, — terapevt əlavə edir.
Həkimin dediyinə görə, ət dönərində toyuq dönərindən fərqli olaraq xərçəng riski böyükdür. Ətin davamlı istiyə məruz qalması, az müddət bişməsi onun tərkibini dəyişir. İstinin təsirindən ətin xərçəng əmələ gətirmə riski artır.
Onu da qeyd edək ki, heç də həmişə dönərxanalarda sağlam heyvanların əti olmur. Bəzi dönər evlərində xəstə heyvanların əti, həmçinin eşşək-at əti və ya donuz piyi qatılmış ətlərdən istifadə edilir. Bu da zəhərlənmələrə, mədə qıcıqlanmalarına səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Agentliyin ünvanına “dönər əti” ilə əlaqədar şikayət faktı daxil olmayıb. Qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin və kimyəvi qalıqların qidaya bulaşması zamanı həmin qidanın istifadəsi nəticəsində yaranan haldır. Dönərin yaxşı bişirilməməsi, dönər hazırlanan zaman istifadə edilən qida məhsullarının uyğun şəraitdə saxlanılmaması və hazırlayan şəxsin sanitar-gigiyenik normalara əməl etməməsi kimi hallar zəhərlənməyə yol aça bilər.
Agentlikdən bildirilib ki, hər bir qida məhsulunun qiyməti sərbəst bazar şərtlərinə uyğun formalaşır. Həmçinin minimum keyfiyyət göstəricilərinə cavab verən və qida təhlükəsizliyini təmin edəcək formada hazırlanan hər bir məhsul bazarda öz yerini tuta bilər. Buna görə də hər hansı bir qida məhsulunun qiymətinin ucuz olması həmin məhsulun təhlükəli olmasından xəbər vermir.
Bəzi ekspertlər hazırlanan dönərlərin ətinin keyfiyyətsiz olduğunu və ya at-eşşək, leş əti olduğunu iddia edir. QTA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir ətin mənşəyinin insan qidası üçün yararlı olub-olmaması haqqında rəy verə bilər. 
©
Sputnik / Asatur YesayantsGözlənilən baş verir: Ermənistanda ərzaq qıtlığı yaranır
Xatırladaq ki, 12 il əvvəl ölkədə toyuq dönərinin satışı qadağan edilmişdi. Amma təəssüflər olsun ki, bu gün də şəhərin bütün kafe və restoranlarında toyuq dönəri satılır. QTA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2006-cı ildə qəbul etdiyi qərara əsasən, o illərdə yaşanan quş qripi təhlükəsinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası ərazisində fiziki və hüquqi şəxslər tərəfindən toyuq dönərinin hazırlanması və əhaliyə satışı üzrə fəaliyyətləri dayandırılmışdır. Agentlik digər qurumlarla səlahiyyət bölgüsünü tamamladıqdan sonra məsələ ilə bağlı münasibət bildirəcəkdir.
Qida zəhərlənməsindən şübhələnən hər bir şəxs ilk öncə həkimə müraciət etməli, yalnız qida zəhərlənməsi ilə bağlı diaqnoz qoyulduqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət etməlidir. Qida Təhlükəsizliyi Agentliyi ilə səlahiyyətlər bölgüsü təsdiq edilənədək qida zəhərlənməsi ilə bağlı şikayətlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baxacaqdır.
mənbə :
Sputnik

Meshur mugenni xestexanaliq oldu – FOTO

[r32]
xeber –

Türkiyənin tanınmış müğənnisi Orxan Gəncəbay xəstəxanalıq olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 73 yaşlı ifaçı qidadan zəhərlənib. Bu barədə müğənni Onur Akay xəbər verib. O bildirib ki, O.Gəncəbay dünən axşam evində yediyi dondurmadan zəhərlənib:

“Qarnı şişən və şiddətli başağrısı olan Gəncəbay gecə saatlarında xəstəxanaya yerləşdirilib. Səhərə qədər vəziyyəti kritik olub. Amma indi normallaşıb. Müalicəsi davam edir. Allahdan şəfa diləyirəm”.



mənbə :
Lent.az

“Bes nefer dem qazindan zeherlendi”

[r32]
2018-03-04T23:20 xeber – Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı, 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər.

Lənkəranda beş nəfər dəm qazından zəhərlənib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonda 2 zəhərlənmə hadisəsi qeydə alınıb. Belə ki, bir dəm qazından zəhərlənmə şəhərin Füzuli keçəsində baş verib. Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Kazımzadə Elmira qızı, 2002-ci il təvəllüdlü Kazımzadə Sevinclə hamamda çimərkən dəm qazından zəhərləniblər. Dərhal onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dəm qazından zəhərlənən ana və qızı ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Kazımzadə və S.Kazımzadənin vəziyyəti kafi olaraq dəyərləndirilir.

Digər dəm qazından zəhərlənmə hadisəsi isə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə isə biri uşaq olmaqla 3 nəfər zəhərlənib. Belə ki, Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər. Hər 3 şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki zəhərlənmə faktı araşdırılır.

Read more: https://sputnik.az/incidents/20180304/414302007/bes-nefer-dem-qazindan-zeherlendi.html
mənbə :
Sputnik

Qazaxda genc oglan dermandan zeherlenib

[r32]

1 Mart, 2018  22:38 xeber – Qazax şəhərində dərmandan zəhərlənmə hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhərdə yaşayan 25 yaşlı Mustafayev Əmrullah Əsgər oğlu dərmandan zəhərlənərib.
O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır orta-ağır olduğu bildirilən gəncin həddindən artıq dərman qəbul etdiyi üçün zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Göygölde iki uşaq dem qazının qurbanı oldu

19.10.2016 / 20:11 xeber –

Göygöldə dəm qazından zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

 

 

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

 

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır  olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

mənbə :
lent.az

Öten ay 68 nefer qidadan zeherlenib


19.02.2016 / 15:08 xeber –

2016-ci ilin yanvarı ayı ərzində  Azərbaycanda  ümumilikdə 55 qida zəhərlənməsi hadisəsi baş verib.

 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində  68 nəfər zərər çəkib.

 

Yanvar ayı ərzində 5 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, zəhərlənmə halları əsasən evdə bağlanan xiyar, pomidor turşusundan istifadə zamanı yaranıb.  

mənbə :
lent.az

İmişlide çoxlu sayda qoyun telef olub


05.01.2016 / 11:48 xeber –

İmişlidə çoxlu sayda xırdabuynuzlu heyvan dərman preparatından zəhərlənib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayonunun Şirinqum adlanan ərazisində məskunlaşan Laçın rayonunun Malıbəy kənd sakini İsaq Nəsib oğlu Rüstəmovun təsərrüfatında qeydə alınıb.

 

İ.Rüstəmov paytaxtda yerləşən baytarlıq apteklərinin birindən qurd əleyhinə "Qelmitsid" preparatı alıb. Təsərrüfat sahibi iddia edir ki, dərmanlar qoyunlara verildikdən sonra onlar arasında kütləvi zəhərlənmə halı müşahidə olunub. Həftə ərzində 30 başa qədər qoyun tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

 

Hadisə ilə əlaqədar Laçın və İmişli rayon Baytarlıq idarələrinin əməkdaşları adı çəkilən şəxsin təsərrüfatında olublar. Laçın rayon Baytarlıq İdarəsi tərəfindən tələf olmuş 3 baş xırda buynuzlu heyvandan götürülən nümunələr Respublika Baytarlıq İdarəsinə göndərilib. Eyni zamanda dərman preparatı da laboratoriyaya təqdim edilib.

 

Gün ərzində xırdabuynuzlu heyvanların nədən tələf olduğu aydınlaşacaq. O da qeyd olunur ki, dərmanlar qoyunlara baytar həkimin təyinatı və iştirakı olmadan verilib.  

mənbə :
lent.az

Şekide 36 yaşlı kişi sirke turşusu içdi


25.12.2015 / 23:11 xeber –

Şəkidə 36 yaşlı kişi intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 25-i axşam saat 22 radələrində rayonun Kiş kənd sakini, 1979-cu il təvəllüdlü Mətin Alışan oğlu Hüseynov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 36 yaşlı Mətin Hüseynov intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mətin Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

mənbə :
lent.az

Bakıda 18 yaşlı oğlanın meyiti tapılıb


16.12.2015 / 10:45 xeber –

Bakıda 18 yaşlı oğlanın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki fərdi yaşayış evlərindən birində baş verib. Gecə saatlarında R.Allahverdiyev küçəsində yaşayan 1997-ci il təvəllüdlü Məhəmməd Cəfərlinin meyiti evin hamamında aşkarlanıb. İlkin ehtimala görə, 18 yaşlı oğlan dəm qazından ölüb.

 

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırmaalar aparılır. 

mənbə :
lent.az

Bakıda kütlevi zeherlenme, 20 uşaq xestexanaya düşdü

17:50 xeber – Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumiikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir. “Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, hazırda xəstəxanada 15-ə yaxın adam var. Nazirlik onların sudan zəhərləndiyini təsdiqləyib. Xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur.

Məsələni diqqətdə saxlayırıq…

mənbə :
anspress

Azerbaycanda bir ailenin bütün üzvleri xestexanalıq oldu

13:15 xeber – Qaxda zəhərlənmə hadisəsi baş verib. Bir ailənin 5 üzvü göbələkdən zəhərləndiyi üçün xəstəxanaya çatdırılıb.

Qax Mərkəzi rayon Xəstəxanasından ANS PRESSə verilən məlumata görə, Əliyevlər ailəsininin üzvləri axşam axşam yeməyi zamanı göbələkdən istifadə ediblər.

Bir neçə saat sonra bütün ailə üzvləri özlərini pis hiss etdikləri üçün xəstəxanaya gətirilərək yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib. Gecəni tibb müəsisəsində keçirən Əliyevlər bu gün səhər evə buraxılıb.

Göbələkdən zəhərlənən ailə üzvləri bunlardır:

1.Zöhrə Məhəmmədiyyə qızı Əliyeva- 1939-cu il təvəllüdlü
1. Əliyar Xamis oğlu Əliyev- 1974-cü il təvəllüdlü
2. Zeynəb Hacımurad qızı Əliyeva- 1976-cı il təvəllüdlü
3. Xamis Əliyar oğlu Əliyev- 2001-ci il təvəllüdlü
5.Mahmud Əliyar oğlu Əliyev- 2005-ci il təvəllüdlü

Bundan əvvəl də iyul ayının 8-də Zaqatalada kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Çobankol kənd sakini olan Musayevlər ailəsinin 8 üzvü Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İnfeksiyon Xəstəliklər şöbəsinə yerləşdirilmişdi. Araşdırma nəticəsində ailə üzvlərinin iftar zamanı yedikləri qarpızdan zəhərləndiyi məlum olmuşdu.

mənbə :
anspress

Şekide dem qazından zeherlenme olub


18.10.2015 / 22:56 xeber –

Şəkidə 32 yaşlı kişi dəm qazından zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Sərxan Telman oğlu Salamov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 32 yaşlı Sərxan Salamov Şəki şəhəri Muxtar Hacıyev küçəsində kirayədə yaşadığı 4 nömrəli evin hamamında duş alarkən dəm qazından zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sərxan Salamovun vəziyyəti orta-stabil qiymətləndirilir.
 

Faktla bağlı araşdırma aparılır. 

mənbə :
lent.az