xeber –
Yəməndə Mukalla şəhərinin hava limanı Əl-Qaidə terrorçuları tərəfindən ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, Cənub neft terminalı da terrorçuların nəzarətindədir.
Bu arada ölkənin nəzarətini Husi üsyançılarından almaq məqsədilə başladılmış kampaniya intensivləşdiyi üçün Birləşmiş Millətlər Təşkilatının Yəməndəki sülh elçisi Camal Benomar vəzifəsindən ayrılır. BMT bildirir ki, onun yerinə təyin olacaq şəxsin adı tezliklə açıqlanacaq. Təşkilat isə Benomarın dövründə mübarizə aparan sülh təşəbbüsünü bərpa edəcək.
Eyni zamanda Səuddiyə Ərəbistanının ABŞ-dakı səfiri Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyasının Husilərin Yəməni ələ keçirməmələri üçün əlindən gələni edəcəyini bildirib. Səfir Adil əl-Cubeir Vaşinqtonda müxbirlərə bildirib ki, səudiyyəlilər Husi rəhbərliyindəki parçalanmanı hiss edirlər. O, həmçinin bildirib ki, Husilərə qarşı hava hücumları nəticə verir.
Öz növbəsində İran prezidenti Həsən Ruhani isə hava hücumlarının Yəmənin infrastrukturunu dağıtmaqdan əlavə dinc əhalinin tələfatına səbəb olduğunu deyib.
Səuddiyə Ərəbistanının ABŞ-dakı səfiri isə BMT-nin hava hücumlarının dinc əhalinin ölümünə səbəb olduğuna dair ittihamlarını rədd edib.
Mənbə : Anspress.com