xeber –
Azərbaycanın para-taekvondo üzrə milli komandası bu gün yola düşür.
ANS PRESS-in məlumatına görə, millimiz aprelin 20-də Kişineuda keçiriləcək dördüncü Avropa çempionatında 12 taekvondoçu ilə təmsil olunacaq. Bu yarışda birinci yerin qalibinin aktivinə (G4) 40 xal yazılacaq.
Komanda Avropa çempionatına ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, eləcə də baş məşqçi, əməkdar məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılacaq.
Məşqçilər heyəti cari yarışa Rövşən Qəhrəmanlı (61 kq), Ayaz Axundov (61 kq), Namiq Abbasov (61 kq), Anar Hüseynov (61 kq-dan yuxarı), Əbülfəz Abuzərli (75 kq), Nicat Müslümov (75 kq), Fariz Əliyev (75 kq), Rövşən Rzayev (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı), Aleksandr Polişuk (75 kq-dan yuxarı), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq) ehtimad göstərib.
Bu çempionatdan əvvəl para-taekvondo üzrə milli komandamız 1 dəfə dünya dördüncüsü, 2 dəfə dünya birincisi, 2 dəfə dünya ikincisi və 3 dəfə Avropa ikincisi olmaqla yüksək göstərici ilə ən üst sıralarda qərarlaşıb.
Aprelin 17-də Kişineuya yola düşəcək idmançılarımız Vətənə aprelin 21-də qayıdacaqlar.
Mənbə : Anspress.com