xeber –
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də qəbul keçirəcək.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Aydın Əliyev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvarküç.148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların – Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Mənbə : Anspress.com