17.04.2015 / 11:45 xeber –
Azərbaycanın orta məktəblərində "son zəng"in tarixi açıqlanıb. Lent.az-ın orta təhsil məktəblərindən əldə etdiyi məlumata görə, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində son zəng mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u olacaq. Buna səbəb isə mayın 31-nin bazar gününə təsadüf etməsidir. Bununla bağlı təhsil nazirinin yaxın vaxtlarda əmr verəcəyi gözlənilir.
Qeyd edək ki, 2011-ci ildən etibarən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
Mənbə : Lent.az